“Xəstəxanalarda yeni çarpayıların açılmasına ehtiyac yarana bilər” - Professordan ŞOK xəbərdarlıq
Son günlər koronavirusa yoluxma sayı min nəfər ətrafında dəyişir. Digər tərəfdən də təhlükəli “Britaniya ştammı” Azərbaycanda da peyda olub və uşaqlar üçün də təhlükəli olduğu deyilir. Görəsən, ekspertlər bu dönəmlərdə insanlara nə kimi tövsiyələr edirlər? Novruz bayramında qapanmalar lazımdımı? Xəstəxanalarda çarpayı problemi olmayacaq ki? 3-cü dalğa başlayarsa, nə qədər davam edə bilər? Bu və digər suallarla bağlı həkimlərlə danışdıq.
Tibb üzrə ekspert, professor Adil Qeybulla mövzu ilə bağlı qəzetimizə bildirdi ki, əvvəla “Britaniya ştamı” SARS-CoV-2 virusunun çoxsaylı ştammlarından biridir, mutasiya olan formasıdır və daha çox yolxuculuğu ilə fərqlənir: “Təbii ki, yolxuculuq nə qədər çox olarsa, bir o qədər adamın xəstələnmə ehtimalı ola bilər. O ki qaldı qaydaların sərtləşdirilməsinə, epidemiploji vəziyyətin pisləşməsindən asılı olaraq müəyyən qaydalar sərtləşə bilər. Karantin qaydalarının sərtləşdirilməsi birbaşa ona bağlıdır. Amma yaxşı olar ki, bu Novruz günlərində qaydalar kəskin sərtləşməsin. SMS icazələrin həyata keçirilməsi insanların psixikasına mənfi təsir edə bilər. Amma bayramdan sonra vəziyyət yenidən dəyərləndirilə bilər. Epidemioloji vəziyyət pisləşərsə, sərt tədbirlər görülə bilər”.
Professora görə, yoluxma sayı çoxalarsa, bu virusun üçüncü dalğası sayıla bilər: “Rəqəmlər artıq mini keçirsə, artma dinamikası varsa, bunu üçüncü dalğa kimi dəyərləndirmək olar. O ki qaldı xəstəxanalarda çarpayıların olub-olmamasına, ikinci dalğa zamanı xəstəxanalarımızda təxminən 40 min nəfərə yaxın çarpayı ehtiyatı vardı. İndi ola bilər ki, müəyyən xəstəxanalar həmin siyahıdan çıxarılıb. Amma yenə də potensial qalır. Lazım olsa başqa xəstəxanalar da bu işə cəlb oluna bilər”.
A.Qeybulla koronavirusdan sağalanların qripə yoluxmasına, bu zaman hər hansı fəsadın olub-olmamasına da münasibət bildirdi: “Digər soyuqdəymə halları ilə bağlı, əgər COVİD-lə eyni vaxtda başı baş verərsə xəstənin vəziyyəti ağırlaşdıra bilər. Bəlkə də COVİD-in bəzi ağırlaşmaları yuxarı tənəffüs yollarındakı infeksiyaların paralel ağırlaşması ilə bağlı olur. Əgər belə hal olarsa, xəstələr klinikaya yerləşdirilməli, ciddi müalicə almalıdırlar”.
Həkim-infeksionist Nilufər Məmmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Britaniya ştammı” iki gündür Azərbaycanda aşkarlanıb. Bunun digərlərindən fərqi daha sürətlə yayılmasıdır. Bunu nəzərə alaraq təbii ki, Novruz bayramı ərəfəsində əhalidən özünün qorunma qaydalarına daha ciddi riayət etmələri tələb olunur. Qapanmalar olsa da, olmasa da, hər bir halda insanlar özlərini qorumalıdırlar. Bu virusun yoluxduruculuğu digər ştammlara nisbətən daha yüksəkdir. Yüksək olması o deməkdir ki, rəqəmlər çox sürətlə qalxa, yoluxma sayı yenidən pik səviyyəyə çata bilər. Bu isə o deməkdir ki, xəstəxanalarda yerlərin təkrar dolma təhlükəsi var. Xəstəxanalarda yeni çarpayıların açılmasına ehtiyac yarana, yeni xəstəxanaların açılmasına ehtiyac yarana bilər. Bu halların qarşısını almağın ən gözəl yolu yenidən bəzi məhdudlaşdırmaların edilməsidir, əhalinin sıx toplaşdığı yerlərin fəaliyyətinin məhdudlaşdırılmasıdır. Qorunma tədbirlərinə daha ciddi riayət olunmasına nəzarət olunmalıdır. Maskadan istifadə etmək, əl gigiyenası, qapalı məkanlardan uzaq durulması kimi tədbirlərə ciddi riayət olunmalıdır".
İnfeksionist ölkəmizə gətirilən “AstraZeneca” vaksinləri ilə bağlı deyilənlərə də münasibət bildirdi: “Qeyd etmək istəyirəm ki, Azərbaycanda istifadə olunan ”CoronaVac" vaksini Britaniya ştamına qarşı effektivdir. O ki qaldı digər vaksinlə bağlı məsələyə, Almaniya və bir sıra Avropa ölkələri tərəfindən yan təsirlərin olduğu bildirildi. Ümumdünya Səhiyyə Təşkilatı bunu öz üzərinə nəzarətə götürdüyünü qeyd etdi. ÜST-ün son məlumatlarında qeyd edilib ki, bu vaksinin xeyri ziyanından çoxdur. Təbii ki, ziyanlar da araşdırılacaq, yekun qərar əhaliyə bildiriləcək".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-03-2021, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-03-2021, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti