Biləsuvarda MƏMUR ÖZBAŞINALIĞI... - ƏRŞƏ DİRƏNİB!
Biləsuvar rayon sakini Elxan Nağıyev Məmmədəli oğlu yerli məmurlardan şikayətçidir.
Belə ki, 3 övlad atası olan Elxan Nağıyevin sonuncu oğlu Rafət Nağıyev fiziki qüsurludur. Əqli və fiziki qüsurlu doğulan Rafət Nağıyevə dövlət öz qayğı və himayəsini əsirgəməyib. Belə ki, Heydər Əliyev Fondu ildə 3 dəfə olmaqla- Yeni il, Novruz və Qurban bayramlarında 18 yaşınadək fiziki qüsurlu uşaqlara bayram sovqatı göndərir. Amma görünən odur ki, dövlətin bu humanist siyasətinə kölgə salmağa çalışanlar da var.
Nağıyevlər ailəsinin üzvü də yardım alanlar siyahısında olub. Lakin Cebhe.info-ya üz tutan Elxan Nağıyev bildirir ki, son iki ildə Rafət Nağıyevə görə verilən yardımı ala bilmirlər. Rayon sakini qeyd edir ki, əvvəllər yardımı Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon nümayəndəliyindən alıb. Lakin indi həmin yardımı almaq üçün müraciət etsə də, ona bildiriblər ki, adın; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıdan çıxarıb. Vətəndaş xəstə övladını bir daha DSMF-ya aparıb, xəstə olduğunu göstərsə də, problem həllini tapmayıb.
Elxan Nağıyev Biləsuvar rayonunun icra başçısı Faiq Qürbətovun qəbulunda olub. Ona problemin həll olunacağını deyən başçı vətəndaşı, necə deyərlər, “yola verib”.
Daha sonra Elxan Nağıyev Faiq Qürbətovun müavini, korrupsioner icra başçısı Mahir Quliyevin sağ əli olmuş Xanlar Məmmədovun qəbulunda olub. Xanlar Məmmədov da öz təbirincə vətəndaşı “yola verərək”, nazirliyə ərizə yazmalı olduğunu deyib. Elxan Nağıyev isə rayonun məsələ ilə əlaqədar qurumlarına müraciət etdiyini, siyahıya alındığını bildirib.
Maraqlıdır, rayonda nazirliyin müvafiq qurumları olduğu halda, nəyə görə vətəndaş eyni problemlə əlaqədar nazirliyə ərizə yazmalıdır? Onda problemi həll etməyən yerli qurumlar nə işə yarayır?
Onlara vətəndaşın probleminin həlli maraqlı deyil, bu, Heydər Əliyev Fondunun humanist siyasətinə belə kölgə salmaq istəklərindən açıqca görünür. Hazırda fikizi qüsuru olan uşaq yerli qurumların və məmurların yarıtmaz siyasəti nəticəsində iki ildir ki, bayram sovqatından məhrum edilib. Xalqı hakimiyyətdən narazı, şanlı qələbəmizə kölgə salmağa çalışanlar sosial problemləri süni şəkildə formalaşdırmaqla xalqla hakimiyyət arasında yenidən uçurum yaratmağa çalışırlar. Elxan Nağıyev sözügedən problemin həlli ilə bağlı ölkə başçısından və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:22-03-2021, 08:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-03-2021, 08:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti