reklam
Regionxeberlericom.az » Gündəm » Səhiyyədə oğurlana pullar hara gedir? - İDDİA

reklam

Səhiyyədə oğurlana pullar hara gedir? - İDDİA



Son aylarda iki nazirimizin – Gənclər və İdman naziri Azad Rəhimovun və Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin müalicə üçün xaricə getməsi ilə bağlı rəsmi xəbər yayıldı.
Düzdür Əbülfəz Qarayevin ölkədən çıxmasına “stop” qoyulduğu üçün geri qayıtdı.

Söhbət nədən gedir ?

Nəinki yüksəkçinli, hətta orta ranqlı məmurlarımızın qarnı ağrıyan kimi Almaniyaya, ABŞ-a, ən pis halda Türkiyəyə gedirlər.
Yaxşı öz ölkəmizdə normal səhiyyə yoxdurmu ?
Rəsmi xəbərlərə inansaq guya allah qoymasa hər il müasir tibbi avadanlıqlar alırıq, hətta rayonlarda müasir xəstəxanalar inşa edilir.
Bəs onda bu məmurlar niyə xaricə qaçırlar ?
Bəs onda sağ ayağın əvəzinə sol ayağı kəsən, kor bağırsağın əvəzinə nazik bağırsağı kəsən səhiyyəmizə nə ad verək ?
Bir ölkədəki pandemiya dövründə səhiyyə naziri tapılmaya, nazir müavini Nigar xanım Əliyeva isə özünü “Qara Ledi” hesab edə, daha deməyə söz qalmır.
Görəsən, 61 yaşlı bu qadın hansı savadına, hansı bacarığına, hansı keyfiyyətinə görə, ölkə səhiyyəsinə rəhbərlik edən şəxslrdən biridir.
Təsəvvür edirsiniz, xəstaxanada əməliyyat zamanı işıqlar sönür, generatorlar işləmir. Generatorlar kimlərin bağlarındadır ?
Yaxşı səhiyyə nazirimiz bu gündədir, bəs onun şanlı müavinləri hara baxır ?
Görəsən, vətəndaşların qəbuluna məsul olan Nigar xanım, şikayətçiləri vaxtlı-vaxtında qəbul edə bilməzmi ?
Görəsən Nigar xanımın başı hansı qara işlərə qarışıb ?
Adamın “kliçkası” “ Qara ledi” olanda noolar ?
Nə vaxta qədər qara-qura işlərlə məşğul olmaq olar ?
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, Nigar xanımın adı son illər ərzində ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərinin mənimsənilməsində və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib.
Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açıb.

Nigar Əliyevanın oğlu Kamran Qurban oğlu Şahbazovun 777 nömrəli bahalı avtomobil kolleksiyaslndan, şəhərin mərkəzindəki obyektlərindən, apteklərindən və s söhbət açmaq isə başqa bir yazının mövzusudur.
Bizi izləyin. //gundelik-baku.com//



Paylaş:


Müəllif : Tarix:
24-03-2021, 09:34
Sikayət   


loading...
Загрузка...