"Naməlum şəxslər söküb apardılar, dedilər ki,..." - Mingəçevir sakini şikayətçidir
Qış arxada qalsa da, bir sıra problemlər, xüsusilə də istilik təchizatı bölgələrdə də həll edilməmiş qalıb.
Mingəçevir şəhər sakini Aydın Əsədovun Cebhe.info redaksiyasına ünvanladığı şikayəti də məhz bu barədədir.
Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 6, mənzil 27-də yaşayan Aydın Əsədov onların yaşadığı ünvana yaxın ərazilərin mərkəzləşdirilmiş istilik sistemi ilə təchizatının yenidən bərpa olunduğunu bildirib və vurğulayıb ki, buna baxmayaraq, yaşadığı ərazidəki binalar hələ də diqqətdən kənardadır.
Aydın Əsədovun sözlərinə görə, bir neçə il əvvəl naməlum şəxslər tərəfindən ərazidəki qazanxananın köhnə boru və avadanlıqları sökülüb:
" Həmin naməlum şəxslər tez bir zamanda qazanxananın yeni boru və avadanlıqlarla təmin edilərək istifadəyə veriləcəyini bildirdilər. Onların dedikləri öz təsdiqini tapmadı. Hər il qış fəslində istilik baxımından çox əziyyət çəkirik".
Aydın Əsədov həmçinin qeyd edib ki, problem barədə dəfələrlə Mingəçevir və Bakıdakı aidiyyəti qurumlara məktublar ünvanlayıb, lakin heç bir müsbət cavab almayıb.
Aydın Əsədov ərazidəki qazanxananın indiki vəziyyətinin fotolarını çəkib redaksiyamıza göndərib.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-03-2021, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-03-2021, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti