Dubay generalı - bizim "Səhra tülküsü"
Hansısa yaramaz jurnalistlər AMEA şefi Ramiz Mehdiyevin səhhətinin pisləşməsi xəbəri yaymışdılar, idarə bunu dərhal təkzib elədi. Akademiyanın saytından bəyan edildi ki, Ramiz müəllim sağ və salamatdır, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edir, yaz görüm siz tərəfdə havalar necədir...
Bunun özü çox yaxşı haldır. Akademiyanın öz şefinin səhhətini nəzarətdə saxlamasını nəzərdə tuturam. Yenə bu işin öhdəsindən gəlirlərsə, min şükür. Yoxsa camaatımızda yanlış təsəvvürlər var ki, guya akademiya özünə, arvad-uşağına mənzil, maşın, bağ almaq, dövlət büdcəsinin bir qırağında parazitlər kimi yapışıb xalqın əmlakını sümürən arxaik, Mezozoy erasından qalma canlılardan ibarətdir. Qəti belə deyil. Ən azı Ramiz müəllimin vaxtlı-vaxtında iynəsini vurur, belinə banka qoyur, dabanına zəli düzürlər.
Lakin akademiklərimiz xalqdan narazıdır, bu yaxında biri intervü vermişdi, deyirdi xalq bizə lazımi qədər diqqət göstərmir. Yazıq xalq da elə bilir akademikləri orda gecə-gündüz saç töküb, göz şişirdib elmi kəşflərə imza atır, xalqın güzəranını yaxşılaşdıran üsullar hazırlayır. Ancaq bunlar bizdən dərman istəyirlər.
Hərçənd, bizdə elm öyrənməklə kütbeyinlik arasında hansısa ciddi fərq qoyulmur, hətta savadsızlıq insanın daha yaxşı yaşamasına səbəb olur. Nə qədər az öyrənsən, o qədər qabağa gedirsən. Biz uşaq olanda hər yerdə Maksim Qorkinin “Mən həyatda qazandığım uğurlara görə oxuduğum kitablara borcluyam” şüarını yazardılar, indi təklif edirəm şərurlu İsfəndiyarın “Mən savadsız adamam” sözlərini yazsınlar. Çünki artıq neçənci dəfədir İsfəndiyar müəllim intervülərində, məhkəmə salonlarında və başqa ictimai məkanlarda özünün düz-əməlli orta məktəb də oxumadığını vurğulayır. Ancaq Bakıda hara baxsan, hansı tinə burulsan İsfəndiyar müəllimin şirkətləri tərəfindən ucaldılan cürbəcür binalar görərsən. Bisavad adam bizdə milyoner olursa, gör savadlılar nə qan eləyir... Zarafat edirəm, heç zad edə bilmir. İki universitet qurtarıb uzağı taksi sürərsən.
"Ərəblər Qaxa gəlibsə, bizim Nəcməddin müəllim də Dubaya gedib. O da orda ov ovlayıb, quş quşlayır. Yəni, biz Ərəbistana ovçunun generalını göndərmişik, siz isə narazı qalırsınız. Hətta bu hərbi əməliyyata “Səhra tülküsü” adı qoymalıyıq".
Əvəzində bəzi soydaşlarımız Amerikada ana yurdun adını ucaldıblar. Keçən il ABŞ dövləti karantinə görə şirkətlərə ucuz kreditlər verir, yardımlar göstərirdi. Orda vətəndaşlıq almış azərbaycanlı ailə isə bundan sui-istifadə edib, saxta şirkətlər təsis eləyərək neçə milyon dollar (yanılmıramsa, 8 milyon) dövlət vəsaitini qapazlayıb. İşin üstü açılıb, soydaşlarımızı qazamata basıblar. İndi bu yerdə sual ortaya çıxır: əgər həmin saxtakarlığı Bakıda eləmək mümkündürsə, sən niyə vətəni atıb Amerikaya-zada gedirsən? Elə burda adamlar var ki, saxta orderlə bir mənzili üç adama satıb milyoner olur. Dağa-daşa düşməyin anlamı nədir? Sanki bunlar Kolumbdur, Hindistana təzə yol kəşf eləməyə gediblər. Yəqin çox patriot ailədir, Azərbaycan həqiqətlərini yaymağa gedibmişlər, araya virus girib, bunları pis yola döndərib. Allah bu korona çıxaranın evini yıxsın, onu yarasa ətinə həsrət qoysun, ilahi, amin!
Vətən-qürbət münasibətlərini tənzimləmək, burada balanslaşdırılmış siyasət yürütmək vacibdir. Məsələn, bu saat hamı ərəblərin yurdumuzda hacıleylək ovlamasını pisləyir. Deyirlər ekologiyamıza ziyan vurulur. Lakin bəzi hacılar ekologiyamıza daha ağır zərbə vurur, bunu görmək istəmirik. Üstəlik, ərəblər Qaxa gəlibsə, bizim Nəcməddin müəllim də Dubaya gedib. O da orda ov ovlayıb, quş quşlayır. Yəni, biz Ərəbistana ovçunun generalını göndərmişik, siz isə narazı qalırsınız. Hətta bu hərbi əməliyyata “Səhra tülküsü” adı qoymalıyıq.
İndi söz əlaqədar təşkilatlarındır: bəs sizin savadınız haracan çatır?
Zamin HACI //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:26-03-2021, 10:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-03-2021, 10:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti