Ərəbləri Azərbaycanda kimlər silahlandırıb? - İLGİNC
10 ildən artıqdır ki, çaba göstəririk ki, biz də turizm ölkəsi olaq. Bu istiqamətdə dövlət proqramına qədər qəbul etmişik. Hətta Dövlət Turizm Agentliyi adlı bir qurum da yaratmışıq. Amma elə bir ciddi uğur qazana bilməmişik. Baxmayaraq ki, bu məqsədlə yüz milyonlarla büdcə vəsaiti xərcləmişik. Və xərcələməkdə davam edirik.
Məsələn, 5-6- il qabaq başlanan turizm hərəkatı Azərbaycana xala xətrin qalmasın deyə 5-10 min turistin gəlməsinə səbəb oldu. Və gələn turistlərlərin bir qismi isə cəmiyyətimizə, mənəviyyatımıza və təbiətimizə ancaq ziyan vurdular.
Nəzərə alaq ki, son illər Azərbaycana ərəb ölkələrindən bir xeyli turist gəlir. O ərəblər ki, onlar Avropada diskriminasiyaya məruz qalırlar. Daha doğrusu, onları orada adam yerinə qoymurlar. Biz isə onları bəh-bəhlə yuxarı başa keçirik. Gələn ərəblər isə daha çox tərbiyəsiz hərəkətləri ilə yadda qalır. Yəqin ki, Hilton oteldə ərəblərin ayaqyolu ilə yataq otağını səhv saldıqları, “Four Seasons Hotel”də həyat yoldaşı ilə nahar edən azərbaycanlı xanıma restoranın ortasında təcavüz etmə cəhdi və daha nələr-nələr çoxlarının yadındadır.
Dünyanın heç bir ölkəsində əcnəbi vətəndaşa bu qədər hüquq tanınmır. Bir tək bizdə belədir. Bu bədəvi ərəblərə o qədər meydan vermişik ki, onlar Azərbaycanı özlərinin ovçuluq bazası hesab edirlər. Hər il payız və qış mövsümündə onlarla ərəb şeyxi Azərbaycana gəlir, flora və faunamıza zərər vurur, sonra da çəkilib gedirlər. Və bir dövlət qurumu bununla bağlı səsini belə çıxartmır. Çünki gələn ərəblər əsasən azərbaycanlı məmurların iş ortaqlarıdır. Bizim məmurların maraqları isə hər zaman qanunlarımızdan və mənəvi dəyərlərimizdən yuxarıda dayanıb. Belə olmasa idi son bir həftədə ərəblərin özbaşınalığına dair iki faktla üzləşməzdik.
Ərəblər əvvəlcə Hacıqabulda göyərçinlərin başına oyun açdılar. O göyərçinlərin ki, dünyada onları sülhün, əmin-amanlığın rəmzi kimi tanıyırlar. İslamda isə göyərçinin xüsusi anlamı var. Göyərçin müqəddəs hesab edilir. Hətta el arasında deyirlər ki, göyərçinin ayaqlarının qırmızı rəngi Kərbəla qətliamındakı şəhidlərin qanından götürülüb. Amma ərəblər üçün göyərçinlər sadəcə əyləncə predmetidir. Bu da onu sübut edir ki, Azərbaycana gələn ərəb “turistləri” sadəcə insanlıqdan uzaq varlıqlardır. Ona görə də Avropa onlara qırmızı işıq yandırıb. Biz isə…
Qax rayonunun Acınohur ərazisində ərəblərin törətdikləri özbaşınalıq heç bir sübuta ehtiyacı olmayan cinayətdir. Qudurğan ərəblər rahatlıqla Qax Dövlət Təbiət Yasaqlığına daxil olur. Və burada istədikləri şəkildə ov edirlər. Üsətəlik “Qırmızı kitab”a düşən quşları və heyvanları sərbəst şəkildə gülləbaran edirlər.
Belə olmasa idi, yasaqlıqdakı nadir Qafqaz durnası ovlanılmazdı. Mütəxəsisslər qeyd edir ki, çox az artım xüsusiyyətinə malik Qafqaz durnalarının sayı vur-tut 200-250 cütdən ibarətdir. Amma bu, nə ərəbləri narahat edir, nə də onların Azərbaycanda özbaşına hərəkətlərinə göz yuman məmurların.
Əminliklə demək olar ki, ərəblər öz “hünərlərini” sosial şəbəkələrdə yayımlamasa idi, bundan cəmiyyətin xəbəri olmazdı. Və bu qədər də ajiotaj yaranmazdı. Hamı bilir ki, ərəblər hər qış Azərbaycana ov mövsümünə gəlirlər. Və Allah bilir ki, hər gəlişlərində də faunamıza nə qədər ziyan vururlar. Çünki onlara yaşıl işıq yandıranlar sıradan bir məmurlar deyil.
Təsadüfi deyil ki, son olaydan sonra bəlli oldu ki, onlar təkcə Qafqaz durnasını deyil, ovlanması qadağan olan digər quşları o cümlədən, qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.
Sosial şəbəkələrdə gedən ciddi müzakirələrdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xala, xətrin qalmasın” bir məlumat yaydı. Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirdi ki, “hadisə yerindəcə araşdırılıb. Və günahkarlar cəzalandırılıb. Günahkarlar 4 min manata yaxın cərimələnib”.
Edilən açıqlamanın məzmunu da göstərir ki, nazirlik zorən məlumat yayıb.
Əvvəla, ona görə ki, ərəblərin əməlləri inzibati xəta yox, cinayət məsuliyyəti yaradır. Çünki ovlanması qadağan olan heyvanların və quşların məqsədli şəkildə məhv edilməsi cinayətdir. Cinayətkar isə cərimələnmir, həbs edilir. İctimai təhlükə yaratdığına görə o cəmiyyətdən təcrid edilir. Amma neyləyək ki, ərəb turistlərinin güclü arxaları var. Bəzi mətbu orqanlar yazdı ki, həmin ərəblər Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qonaqlarıdır. Amma Heydərov açıqlama verdi ki: “Onları tanımıram”.
Əslinə baxsan başqa cür açıqlama da gözlənilən deyildi. Kim durub cinayətkarın dostu olduğunu söyləyər ki?! Amma hər halda ərəblərin əli böyük məmurlarımızın ətəyində olmasa idi Hacıqabuldan vurub Qaxdan çıxmazdı.
İkincisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərəblərə qarşı gördüyü “tədbir”in özü də şübhə doğurur. Belə olmasaydı, ən azından cərimələnən şəxslərin kimliyi deyilərdi. Hikmət Əlizadənin açıqlamasında isə bununla bağlı heç nə deyilmir. Deməli, Nazirlik sadəcə iz azdırır.
Artıq məsələ ictimailəşib. Bu gün hamı bu məsələdən danışır. Danışmayan isə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Çünki ərəblərin hərəkətlərində kifayət qədər cinayət tərkibli məqamlar var.
Məsələn, ərəbləri qoruqlara kim buraxıb? Onların hərəkətlərinin məsuliyyətini kim boynuna götürüb? Ümumiyyətlə, əcnəbi vətəndaş Azərbaycanda odlu silahı necə əldə edib? Və onların odlu silahdan istifadə etməsi Azərbaycan qanunvericiliyinə uyğundurmu?
Buyursun, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər səlahiyyətli orqanlar bu suallarımıza cavab versin.
Surxay Atakişiyev,
KONKRET.az
Paylaş:
Müəllif : Yazar
Tarix:27-03-2021, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-03-2021, 10:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16