Mehman Soltanov Ədliyyə Nazirinə “badalaq gəlir?” - İDDİA
Hər kəsə bəllidir ki, Ədliyyə Nazirliyi — hüquq sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının dövlət qurumlarından biridir və bu dövlət qurumunun, məhz Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri var. Belə ki, XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan dərhal sonra, Milli Hökumətin tərkibində Ədliyyə Nazirliyi təşkil olunur və 22 noyabr 1918-ci il tarixdə isə onun Əsasnaməsi təsdiq edilir. Həmin vaxtlardan bugünə qədər Nazirlik böyük tarixi inkişaf yolu keçmiş və getdikcə də təkmilləşmişdir. Onu da qeyd edək ki, Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunur və bununla da Azərbaycan ədliyyə tarixində yeni bir mərhələ başlayır. Faktdır ki, bu gün Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirir, əhali arasında hüquqi yardımın yaxşılaşdırması, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılması işlərini təmin edir, ümumiyyətlə bu sahəni təkmilləşdirməklə gələcək inkişafımız üçün zəmin yaradır.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” xüsusi Fərmanı imzalaması və Nazirliyin yeni strukturunun təsdiq olunması, məhz Azərbaycan ədliyyəsinin təkmilləşdirilməsi sahəsində yeni bir mərhələnin əsasını qoydu. Bir sözlə, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 18 il ərzində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər həyata keçirilmiş, Nazirlik müstəqil Azərbaycan Respublikasının hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Hazırda Nazirliyin sturuktur vahidlərində vəzifə sahibi olan elə şəxslər var ki, onlar üzərinə düşən vəzifələrini lazımınca yerinə yetirə bilmirlər. Bu da onu söyləməyə əsas verir ki, deməli həmin şəxslər bugünkü hüquq siyasətinin əhəmiyyətinə ciddi yanaşmırlar. Məsələn, bir anlığa diqqət yetirək ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi-10, mən-9 ünvanında qeydiyyatda olan Arif Qabil oğlu Məmmədovun 2019-cu ildən üz-üzə qaldığı problem də, məhz hüquq siyasətimizə kölgə salınması yöndə atılan addımlardan biridir. Belə ki, adı çəkilən bu şəxs üz-üzə qaldığı problemin mahiyyəti haqda belə qeyd edir: “2019-cu ildə mənim Bağırov Samir Rafiqoviç adlı şəxsə 500 manat pul borcum var idi. Həmin vaxtlarda o, məndən ona verəcəyim pulu istədi, o halda bildirdim ki, indi pulum yoxdur. Belə bir cavabımın qarşılığında Samir Bağırov məndən şəxsi mülkiyyətimdə olan 99-NU-734 dövlət nömrə nişanlı avtomobilimi tələb etdi. Avtomobilimin bazar qiyməti təqribən 10 min manat məbləğində olardı. Müəyyən söz-söhbətdən sonra avtomobilimi Samir Bağırova verməyə razı oldum. Qeyd edim ki, həmin vaxtlarda şəxsiyyət vəsiqəm yox idi və biz sənədləşmə işlərini həyata keçirmək üçün ilk əvvəl “Asan Xidmət”ə getsək də, adı çəkilən qurumdan “şəxsiyyət vəsiqəsi olmadan belə bir sənədləşmə işlərini həyata keçirmək mümkün deyil” cavabını verdilər. O halda Samir Bağırov mənə “Bakı şəhəri, Xətai metrosunun yaxınlığındakı 6 saylı notariat kontorunun notariusu tanışımdır, mən həmin şəxsin köməkliyi ilə sənədləşmə işlərini həyata keçirəcəyəm” dedi. Elə ki, qeyd olunan notariat kontorunda olduq, o halda adı çəkilən qurumun əməkdaşları notariat kontorunun xüsusi notariusu Ərəstun İmanovun razılığı əsasında 4 yanvar 2020-ci il tarixdə şəxsiyyət vəsiqəm olmadan, məhz mənə məxsus sürücülük vəsiqəmlə sənədləşmə işlərini həyata keçirdilər. Sənədləşmə işləri həyata keçirilərkən Ərəstun İmanova sual verdim ki, şəxsiyyət vəsiqəsi olmadan belə bir sənədləşmə işini necə həyata keçirmək olar? Cavabında o, “Mən Fikrət Məmmədovun qohumuyam, get sən işinlə məşğul ol, sənin şikayətinə baxan olmayacaq, bu kontorda belə bir şeylər adi haldır” deyə cavab verdi. O halda sual oluna bilər ki, əgər sürücülük vəsiqəsi ilə sənədləşmə işlərini həyata keçirmək mümkündürsə, hansı səbəbdən “Asan Xidmət”də belə bir sənədləşmə işləri həyata keçirilmir?
Qeyd edim ki, bu cür qanunsuzluq əməli ilə bağlı Ədliyyə Nazirliyinə ünvanladığım müraciətimə 16 yanvar 2021-ci il tarixdə Nazirliyin Sərdar Səlimov adlı əməkdaşı mənə zəng etdi və o, problemin mahiyyəti haqda bir neçə sual verib cavab əldə etsə də, sonda həmin şəxs də şəxsiyyət vəsiyyəti olmadan baş etibarnamənin verilməsinin qeyri-mümkün olduğunu bildirdi. Belə bir olayla üz-üzə qaldıqdan sonra bir neçə dəfə Ədliyyə Nazirliyinə, 19 fevral 2021-ci il tarixdə isə, məcbur olub problemin həlli məqsədilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya rəsmi qaydada müraciətlərimi ünvanlasam da, təəssüflər olsun ki, bu günə qədər də qol qoyulan qanunsuzluq əməli ilə bağlı lazımi araşdırma işləri aparılmayıb. Sonuncu məktubuma 22 fevral 2021-ci il tarixdə Ədliyyə Nazirliyi, Notariat idarəsinin rəis müavini Mehman Soltanovun imzası ilə təsdiq olunmuş 05/14-08/7-13 saylı məktubla cavab verilib. Verilmiş cavab məktubunda qanunvericiliyin tələbləri pozulduğuna görə, 6 saylı notariat kontorunun xüsusi notariusu Ərəstun İmanova xəbərdarlıq olunduğu qeyd olunub. Mehman Soltanov tərəfindən belə bir cavabın verilməsi onu sübut edir ki, adı çəkilən bu şəxs qol qoyulan qanunsuzluq əməlini ört-basdır etməkdə maraqlı görünür. Bu da ondan irəli gəlir ki, Ədliyyə Nazirliyinin Notariat idarəsində rəis müavini vəzifəsini daşıyan bu şəxs uzun illərdir ki, bugünkü vəzifəsində çalışır və ona məxsus kreslo artıq “çürümək üzrədir”. Keçmiş tarixə ekskurs edib bir xatırlatmanı yada salaq ki, vaxtilə Mehman Soltanov Xızı rayonunun həbs olunan notariat kontoru notariusunun da qanunsuzluq əməllərini ört-basdır etməyə çalışırdı. Son anda əsl həqiqətlər hər kəsə bəlli oldu. Qeyd edim ki, 4 yanvar 2020-ci il tarixdə 6 saylı notariat kontorunda həm kobud qanun pozuntusuna yol verilib, həm də mənə külli miqdarda maddi və mənəvi ziyan vurulub”.
Bütün bunlar onu söyləməyə əsas verir ki, 04 yanvar 2020-ci il tarixdə 6 saylı notariat kontorunda baş verən qanunsuzluq, sanki ölkəmizin Ədliyyə Nazirliyi üçün böyük bir “üzqaralığıdır”. Çünki, bugünə kimi ictimai fikirdə ölkəmizin ədliyyə sahəsinə qarşı xüsusi bir inam hissi, etibar və s. var idisə, artıq bu cür yanaşmalar Ədliyyə Nazirliyinə olan inamı heçə endirmək üzrədir. Necə ola bilər ki, 19 aprel 2000-ci il tarixdən nazir vəzifəsini icra edən Fikrət Məmmədovun rəhbərlik etdiyi bir qurumda belə bir qanunsuzluğa qol qoyulur və baş verənlərin araşdırılması yöndə aidiyyatı üzrə bir neçə dəfə rəsmi məktub ünvanlanır, sonda da qarşı tərəfə başdansovdu cavablar verilir. Bu da onu söyləməyə əsas verir ki, ya cənab Nazir idarəçiliyini artıq belə bir xətt üzərində davam etdirməkdə qərarlıdır, ya da ki, tabeçiliyində çalışanlar, ələlxüsus Mehman Soltanov ona “badalaq gəlmək”də davam edir. O, halda sual oluna bilər ki, görəsən bu ölkədə notariat xidmətləri haqqında neçə Qanun var ki, bir tərəfdə “olmaz” cavabı verilir, digər tərəfdə “olar” cavabı verilir? Yəni, necə olur ki, qeyd olunan sənədləşmə işlərini “Asan Xidmət”də həyata keçirmək mümkün olmur, amma 6 saylı notariat kontorunda isə, məhz belə bir sənədləşmə işlərinin həyata keçirilməsinə “yaşıl işıq” yandırılır? Deməli, ən əzından bu məmləkətdə notariat xidmətləri haqqında iki Qanun var ki, 6 saylı notariat kontorunda bu cür qanunsuzluq əməllərinə qol qoymaq mümkün olur.
Düşündürücü hal odur ki, qeyd olunan qanunsuzluq əməli ilə bağlı artıq neçənci dəfədir ki, ölkənin Ədliyyə Nazirinin ünvanına rəsmi qaydada müraciətlər ünvanlanır və cənab Fikrət Məmmədovdan problemin araşdırılması yöndə aidiyyatı üzrə tapşırıq verməsi də xahiş olunur. Çox təəssüflər olsun ki, qeyd olunan problemi lazımınca araşdırmaq, zərərçəkən şəxsə ətraflı məlumat vermək, həmçinin qanunsuzluq əməlinə qol qoyan şəxsin hüquqi məsuliyyətinin müəyyən olunması yöndə müəyyən addımları atmaq əvəzinə, Ədliyyə Nazirliyinin Notariat idarəsində rəis müavini vəzifəni icra edən Mehman Soltanov, hələ də “müdafiə zonası”nda durub 6 saylı notariat kontorunun xüsusi notariusu Ərəstun İmanovu müdafiə etməklə məşğul olur. O halda sual oluna bilər ki, görəsən cənab Nazir bu cür əməl və amal sahibi olan bir şəxsi daşıdığı vəzifəsindən niyə uzaqlaşdırmır? Deməli, bizim bilmədiyimiz incə məqamlar var ki, həmin məqamlar hələ də cənab Nazirə sərf edir.
Bu yöndə baş verənləri əsas tutaraq hazırda belə bir qənaətə gəlmək olar ki, 19 aprel 2000-ci il tarixdən nazir vəzifəsini icra edən Fikrət Məmmədovun rəhbərlik etdiyi bu nazirliyin tabeli qurumlarından olan notariat kontorlarında, məhkəmə sistemində, müvəqqəti saxlama təcridxanalarında, cəzaçəkmə müəssisələrində və s. kimi sahələrdə insan hüquq və azadlıqlarının müdafiəsi əsas meyar olaraq qəbul edilmir. Bir məqama xüsusi diqqət yetirək ki, indiyə kimi ölkəmizin məhkəmə-hüquq sistemində atılan addımlar beynəlxalq aləmdə böyük marağa səbəb olsa da, qəbul olunmuş qərarların, yeniliklərin çoxu kağız üzərində qalmaqdadır. Yəni, onların çoxu heç bir halda icra olunmur. Bütün bunlar da onu söyləməyə əsas verir ki, artıq ictimaiyyətin ədliyyə naziri cənab Fikrət Məmmədova olan inamı heçə enib və bu şəxs yerində olmayan vəzifə sahiblərindəndir. Çünki, bu Nazirliyin sturuktur vahidlərində baş verən qanunsuzluqlar, hərcmərcliklər və s. hər kəsi belə qənaətə gəlməyə sövq edir.
Mövzunu diqqətdə saxlayacağıq.
Nyus.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:31-03-2021, 15:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-03-2021, 15:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29