Fuad Abbasova görə deputatla səfir üz-üzə gəldi – qalmaqal
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə “Yenicag.az”a sabah Azərbaycana deportasiya ediləcəyi gözlənilən jurnalist Fuad Abbasovla bağlı qalmaqallı müsahibə verib. Həmin müsahibə deputatla Rusiyadakı səfirimiz Polad Bülbüloğlunu üz-üzə qoyub.
Partiya sədri jurnalistin Azərbaycan heç bir dəxli olmadığını və onun Türkiyə vətəndaşı olduğunu bildirib. A.Əlizadə F.Abbasovun ölkəmizə deportasiya olunacağı təqdirdə, bunun P.Bülbüloğlunun xidməti olacağını qeyd edərək, səfirlə bağlı bəzi iddialar səsləndirib: “Yəqin ki bu, Poladın (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu - red.) xidmətidir. Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu... Rusiya televiziyaları Polada müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Xahiş edirik ki, azərbaycanlı politoloqları bizə təqdim edəsiz. Polad Bülbüloğlu isə onlara belə təqdimat vermişdi ki, rusdilli Azərbaycan politoloqları yoxdur, amma Türkiyə vətəndaşı olan Azərbaycan əsilli politoloq var. Onu göndərmişdi... Olmazdı ki, Türkiyə vətəndaşı Fuad Abbasova verilən pulları versinlər bizim rusdilli politoloqlara və o verilişlərə göndərsinlər? Rusiyalı deputatlar Milli Məclisdə olanda mən Kalaşnikovdan soruşdum ki, niyə sizin tok-şoularda azərbaycanlı politoloqlar yoxdur? O da cavab verdi ki, səfiriniz bizə rəsmi cavabında rusdilli Azərbaycan politoloqlarının olmadığını bildirib”.
Səfirin deputata cavabı gecikməyib. P.Bülbüloğlu jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi və iştirakı ilə bağlı mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib: “Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları mənə müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Bu səbəbdən də biz həmin tok-şoularda iştirak üçün politolqolar təqdim etməli olduq”.
Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib. P.Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: “Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil. O, yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.
P.Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: “Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə müraciət etmişik ki, bizə tok-şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır”.
P.Bülbüloğlunun dediklərinə A.Əlizadə “Yeni Müsavat” sərt cavab verdi: “Açığı, ona heç cavab vermək fikrim yoxdur. Çünki o kimdir ki, ona bir cavab da verim? Əgər səfir olmasaydı, ölkəmizi təmsil etməsəydi, ona elə cavab verərdim ki, dəymişləri dura-dura kalları tökülərdi. Mən özümə bərabər insanlara cavab verə bilərəm. Uzun illərdir səfirdir, heç olmasa bir dəfə Azərbaycan Konstitusiyasını açıb oxusun. Deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşıdır. Konstitusiyanı oxusa, bilər ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilir, ya yox? Onun belə fikirlər səsləndirməsi sadəcə, ayıbdır. Mətbuata diqqət edin, görəcəksiniz ki, Fuad Abbasov Azərbaycan yoxsa Türkiyə vətəndaşıdır. Polad Bülbüloğlunun yalanlarını çıxarmaq üçün mənə niyə belə suallar verirsiniz? Bundan sonra ona cavab vermək belə fikrim yoxdur. Hər bir insan özünə bərabərhüquqlu olanla mübahisə edər. Deyib ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır. Kiminlə istəyirsə aparsın, mənə nə dəxli var?”
Paylaş:
Müəllif : Yazar
Tarix:27-05-2019, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-05-2019, 09:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16