reklam
Regionxeberlericom.az » Gündəm » Qohumunun maşını olduğu üçün Qusar sakininə sosial yardım verilməyib

reklam

Qohumunun maşını olduğu üçün Qusar sakininə sosial yardım verilməyib



Ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş Qusar Rayon sakini Adil Kərimxanova imtina gəlib.

RegionXəbərləri.com məlumat verir ki, imtina səbəbi kimi ailənin istifadəsində nəqliyyat vasitəsinin olması göstərilir.

Məsələ ilə bağlı “Regionnews.az”a danışan A. Kərimxanov deyir ki, Quba rayon DSMF-nun əməkdaşı Məmmədrzaya (red-soyadını bilmir) müraciət edən zaman bildirmişəm ki, mənim həyətimdə dayanan avtomobil qohumundur, xarab olduğu üçün dayanıb qalıb: “Öncədən bildirmişəm ki, maşın mənim deyil, qohumundur. Mənim adıma heç bir maşın sənədi, etibarnamə, sürücülük vəsiqəsi yoxdur, hətta idarə etməyi də bilmirəm".

Lakin cavabında ona bildirilir ki, həyətində nəqliyyat varsa mütləq yazılmalıdır. Qeyd edilir ki, həyətdə avtomobil varsa aktda göstərilməsi zəruridir.

Xatırlatmaq üçün bildirək ki, ölkədə pandemiya ilə əlaqədar sərt karantin rejimi zamanı 190 manatın verilməsində vətəndaşın mülkü, gəlirləri yoxlanılırdı. Əgər adına avtomobil, torpaq sahəsi olduğu halda imtina gəlirdi. Maraqlıdır, ünvanlı dövlət sosial yardımının təyin olunması zamanı şəxs haqqında yoxlanış aparılırmı, yoxsa mülklər haqqında tətbiq olunan akt əsasında aparılır?

Məsələ ilə bağlı Quba DSMF Məmmədrza adlı əməkdaşı ilə əlaqə saxladıq. O, bu barədə danışmayacağını dedi:

"Mənim telefonuma gündə 200 dəfə zəng gəlir, bizim idarə regional idarədir. Mən bu işə təzə gəlmişəm. Mən bilmirəm siz kimsiz, nəçisiniz. Vətəndaşla idarəyə yaxınlaşın, nə sözünüz varsa deyin. Mən necə bilərəm nə məqsədlə zəng edirsiniz, buna səlahiyyətiniz varmı? Mən hamıya bir-bir cavab vermə məcburiyyətindəyəm? Necə bilirsinizsə elə edin, elə yazın".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili saytımıza açıqlamasında bildirib ki, Qusar rayon sakini Adil Məmmədnəbi oğlu Kərimxanovun ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciəti üzrə DSMF əməkdaşları tərəfindən yaşayış ünvanına baxış keçirilib:

"Müayinə zamanı vətəndaşın həyətində 1 ədəd vaz 2106 markalı avtomobil aşkarlanıb. Tərtib olunan aktda avtomobilin istifadədə olması qeyd olunub və Adil Kərimxanov həmin sənədi imzalayıb. Bundan əlavə vətəndaşın həyat yoldaşı Sevinc Kərimxanovanın adına torpaq pay mülkiyyətinin olub-olmaması ilə bağlı sənəd istənilsə də, heç bir sənəd təqdim olunmayıb.

Vətəndaş yaranmış uyğunsuzluğu aradan qaldırıb, elektron qaydada yenidən müraciət edərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranıb-yaranmamasına yenidən baxılacaq".

Mehdili əlavə edib ki, əgər vətəndaş mülklə bağlı akta imza atıbsa, deməli, ona aid olduğunu təsdiqləmiş olur:

"Bu halda bazada onu yoxlamağa ehtiyac qalmır. Əgər vətəndaş narazıdırsa, yenidən müraciət edə bilər, araşdırılmasını yoxlatdıra bilər".


Paylaş:


Müəllif : Tarix:
3-04-2021, 14:15
Sikayət   


loading...
Загрузка...