FAZİL MƏMMƏDOVUN NAZİRDƏN 73 MİLYONLUQ XAHİŞİ… – “Şahin Mustafayev özünü sığortalamaq istədi”
“Fazil Məmmədov Vergilər Nazirliyindən uzaqlaşdırıldıqdan sonra onun milyardlarla dövlət vəsaitini mənimsədiyi barədə faktlar üzə çıxdı və hələ də yeni-yeni faktlar aşkarlanmaqdadır. Vergidə aparılan islahatlardan sonra Fazil Məmmədovun nazir olduğu dövrdə bu sahədə ciddi pozuntulara yol verdiyi ortaya çıxdı. Vergi sistemində şəffaflığın yaradılması istiqamətində görülən tədbirlərdən sonra məlum olub ki, ötən illər ərzində külli miqdarda dövlət vəsaiti bu sahəyə rəhbərlik edən şəxslər tərəfindən mənimsənilib. Buna görə hətta ölkə rəhbərliyi də Fazil Məmmədov və ətrafının fəaliyyətini sərt şəkildə tənqid edib. Onun tərəfindən dövlət içərisində “maliyyə piramidası”nın yaradıldığına açıq işarə vurulmuşdur”.
Bu fikirlər sabiq nazirin ətrafında baş verənlərdən xəbərdar olan məlumatlı mənbə tərəfindən “AzPolitika.info”-ya göndərilən yeni məktubda əksini tapıb.
Fazil Məmmədov müflis olması görüntüsü yaradır, yoxsa sabiq nazir ifşa olunur?
Məktubdakı digər məlumatlara keçməzdən öncə qeyd edək ki, son aylarda sabiq vergilər naziri Fazil Məmmədova məxsus bisnes strukturlarında, o cümlədən “AtaBank”da son illər qeyri-adi hadisələrin baş verdiyinə dair məlumatlar yayılıb. Bu məlumatlardan Fazil Məmmədovun biznesinin batmaq ərəfəsində olduğu fikri meydana çıxır.
Məsələn, “AzPolitika.info”ya daxil olan məlumatlarda sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunub. Başqa bir məlumatda isə “AtaHoldinq” və “Synergy Group”da maliyyə və idarəetmə böhranın hökm sürdüyü, “AtaSığorta” ASC-də ciddi problemlərin yarandığı, bu şirkətlərin də iflas edə biləcəkləri vurgulanır.
Maraqlıdır ki, xeyli müddət keçsə də, nə “AtaBank”dan, nə yazılarda adları çəkilən şirkət və şəxslərdən, nə də Fazil Məmmədovun özü tərəfindən bu məlumatları təkzib edən hər hansı açıqlama verilməyib. Bu da yayılan məlumatları Fazil Məmmədovun “gizli” biznesini əlində saxlamaq üçün özü tərəfindən mətbuata ötürüldüyünə dair fikirlərin formalaşmasına səbəb olub. Fazil Məmmədovun bununla guya müflis olduğu, biznes strukturlarında işlərin qaydasında getmədiyi, bütün pullarının yaxınları və ətrafı tərəfindən mənimsənildiyi görüntüsünü yaratmağa çalışdığı bildirilir.
Əlbəttə, bunu da istisna etmək olmaz. Neçə illər ərzində ölkəda sahibkarların “dərisini soyan”, iş adamları üçün Azərbaycanı “cəhənnəmə” çevirən “vergi-reket sisteminin” başında duran birinin yığdıqlarını qorumaq üçün belə bir yola da baş vurması mümkündür…
Ancaq “AzPolitika.info”-ya göndərilən yeni məlumatlar heç də Fazil Məmmədovun məsum obrazını formalaşdırmağa xidmət etmir. Əksinə, ölkədə yüksək dövlət vəzifəsi tutmuş birinin səlahiyyətlərindən istifadə edərək özü üçün necə geniş biznes şəbəkəsi qurduğunu ifşa edir. Vəzifədən çıxarıldıqdan sonra isə bir çox imtiyazlarını itirdiyindən, əvvəlki kimi qanunsuz dövr edən 100 milyonlar üzərində hökm vermək səlahiyyəti olmadığından, biznes strukturlarının ciddi maliyyə problemləri ilə qarşəlaşdığını göstərir. Yənu, bu faktlar Fazil Məmmədovun (eləcə də başqa bir çox vəzifəli şəxsin-müəl.) əslində sahibkarlıq qabiliyyətinin olmadığını, sadəcə, vəzifənin hesabına belə böyük biznesə sahibləndiyini, kreslosunu itirən kimi, biznesinin də batmağa başladığını göstəririr…
20 milyon Mərkəzi Banka, 73 milyon Sahibkarlığın İnkişafı Fonduna…
Qayıdaq yeni məlumatlara. Bu yaxınlarda Fazil Məmmədovun daha bir külli miqdarda dövlət vəsaitini “havaya sovurması” faktı ortaya çıxıb. Bu dəfə dövlətə qarşı talançılıq cənab Məmmədova məxsus, son dövrlərdə qalmaqallı fəaliyyəti ilə gündəmə gələn “AtaBank” vasitəsilə edilib.
“AtaBank”ın maliyyə durumunun ağır olduğuna dair mediada yayılan məlumatların həqiəti əks etdirdiyini vurğulayan mənbə, bankın öhdəliklərinin hər gün artdığını bildirir: “Bu öhdəliklər içərisində dövlət qarşısında olan hissə də az deyildir. Bankın rəsmi maliyyə açıqlamasına əsasən, Mərkəzi Bank qarşısında 20 milyon manat ödənilməmiş öhdəliyi vardır.Əldə olunan məlumata görə, bankın dövlət qurumları icərisində ən çox borcu isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu qarşısındadır. Nə az, nə çox – 73 milyon manat”.
Şahin Mustafayev şərait yaradıb, “AtaBank”ın rəhbərliyi vədinə əməl etməyib…
Mənbənin məlumata görə, bu öhdəliyin yerinə yetirilməsi üçün dövlət tərəfindən “AtaBank”a dəfələrlə müraciətlər edilib: “Lakin heç bir nəticə olmamışdır. Hətta, deyilənlərə görə Fazil Məmmədov ilk vaxtlar borcun ödənilməsinə möhlət verilməsi üçün qurumun tabe olduğu iqtisadiyyat naziri Şahin Mustafayevdən xahişlər də edib. İlk vaxtlar borcun ödənilməsinə nazirlik tərəfindən şərait yaradılıb. Ancaq “AtaBank”ın rəhbərliyinin verdiyi vədə əməl etməməsi səbəbindən banka qarşı ciddi tədbirlərin görülməsi qərara alınıb. Belə ki, bankın likvidlik probleminin olması, ağır maliyyə vəziyyətinə düşməsi səbəbindən o, Fondun müvəkkil bankları sırasından çıxarılmış (yəni bu bankla Fond öz rəsmi əlaqələrini kəsmiş və ona vəsaitlərin ayrılmasına qadağa qoymuşdur) və hüquqi tədbirlərin görülməsi qərara alınmışdır.
Yaranmış 73 milyon manat öhdəliyinə görə nazirlik bankı aidiyyəti məhkəməyə verib. Məhkəmə də “AtaBank”dan 73 milyon manat borcun tutularaq İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna ödənilməsi barədə qərar qəbul etmişdir”.
Mənbənin məlumatına görə, Şahin Mustafayevin bir vaxtlar F.Məmmədovun Vergilər Nazirliyində müavini olmasına baxmayaraq, onun bankını məhkəməyə verməsinə səbəb Prezidentin sərt açıqlaması olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin əvvəlki illərdə vergidə “maliyyə piramidası” yaradılmasına dair açıqlamasından sonra F.Məmmədovun fəaliyyətinin ciddi araşdırılmasına başlanıldığı bildirilir. Fonddan alınmış vəsaitlərin də “maliyyə piramidası”nın içərisinə qatılaraq mənimsənilməsi istisna olunmur: “Ehtimal olunur ki, Ş.Mustafayev özünü “piramida” riskindən sığortalamış və banka qarşı ciddi tədbirlərin görülməsinə qərar vermişdir”.
Fazil Məmmədov bacısı oğlunu “qurban” verəcək, yoxsa onu qoruyacaq?
Mənbə Fondun “AtaBank”la bağlı yaranmış 73 milyonluq probleminin artıq ölkə rəhbərliyinin də diqqətinə çatdırıldığını bildirir: “Dövlət səviyyəsində bu banka qarşı belə bir addımın atılması maliyyə bazarında “AtaBank”ın fəaliyyətinin arzu edilmədiyini göstərir. Bankın indiki rəqabət mühitində fəaliyyət göstərməsi üçün heç bir resursu yoxdur. Belə görünür ki, bu bank maliyyə dayanıqlığının olmaması səbəbindən, artıq iqtisadi münasibətlərdə tərəfdaş kimi iştirak edə bilmir. Eyni zamanda “AtaBank”ın daxilində yaranmış idarəetmə problemi, ard-arda peşəkar kadrların bankı tərk etməsi, bankda bu problemləri həll edəcək bir rəhbər komandanın olmaması, burada müsbətə doğru addımların atılacağına şübhə yaradır”.
Mənbə yaranmış bu gərgin vəziyyətdə batırılmış 73 milyon manat dövlət vəsaitinin məsuliyyətinin kimin üzərində qalacağının maraq doğurduğunu bildirir: “Fazil Məmmədov bankın sədri olan bacısı oğlu Dəyanət Quliyevi qurban verəcəkmi, yoxsa onu qoruyaraq bu məsuliyyətin boynuna atılacaq bankın başqa səlahiyyətlisi seçiləcək?”
“AtaBank”ın müxbir hesablarına, bütün əmlaklarına həbs qoyula bilər
Saytımıza verilən məlumatda o da qeyd edilir ki, “AtaBank”a qarşı çıxarılmış məhkəmə qərarının icra olunacağı təqdirdə bankın müxbir hesablarına, bütün əmlaklarına həbs qoyulacağı şübhəsizdir: “Bu isə bankın fəaliyyətinin tamamilə dayandırılması deməkdir. Əlavə olaraq, əgər Mərkəzi Bank ona olan 20 milyon borcun qaytarılması prosesinə başlayarsa, “AtaBank”ın vəziyyətinin hansı hal alacağını düşünmək çətin deyildir.
Bank özü haqqında məlumatda Sahibkarlığın İnkişafı Fondunun müvəkkil bankı olduğunu qeyd etsə də, əslində fəaliyyətinin riskli olması və öhdəliyini yerinə yetirməməsi səbəbindən Fond “AtaBank”ı öz müvəkkil bankları siyahısından çoxdan çıxarmışdır. Hətta verilən məlumata əsasən, bankın oxşar qurumlarla, məsələn, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə də əməkdaşlığı yox səviyyəsindədir. İlkin maliyyələşməni apara bilməməsi səbəbindən bank bu Fondun da imkanlarından istifadə edə bilmir.
Fazil Məmmədovun sahibi olduğu “AtaBank” tərəfindən dövlətin külli miqdarda vəsaitinin məsuliyyətsiz idarəetmə nəticəsində mənimsənilməsi, sözsüz ki, bağışlanılmayacaqdır. Bu qərarın ardınca yuxarı dairənin tapşırığı ilə hüquq-mühafizə orqanlarının “AtaBank”da geniş araşdırma aparacağı istisna edilmir”.
Qeyd olunan iddialarla bağlı həm Fazil Məmmədovun, həm də “AtaBank”ın mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-05-2019, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-05-2019, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16