reklam
Regionxeberlericom.az » Gündəm » İbrahim Cəfərov ittiham olunur... - Belə deyirlər...

reklam

İbrahim Cəfərov ittiham olunur... - Belə deyirlər...



Gəncə Dövlət Aqrar Universiteti ( DAU ) və rektor İbrahim Cəfərov barəsində media üzərindən apardığımız xırda bir araşdırma ortaya xeyli suallar çıxardı.
Suallara keçməzdən öncə onu qeyd edək ki, rektor və ətrafı yazılan tənqidi yazılara görə, ancaq mətbuatı ittiham edir. Yəni özlərini az qala süddən çıxan qaşıq hesab edirlər.
Əlbəttə, biz demirik ki, mətbuatın yazdıqlarının hamısı 100 faiz düzdür. Amma ...
İndi görün, universitetin prorektoru Nizami Seyidəliyev yazılan tənqidlərə necə münasibət bildirib: “ Şəhərimizin icra başçısı Elmar müəllim İbrahim müəllimə qəti tapşırıb ki, qəzet və saytlarda dərc olunan məqalələrə əhəmiyyət verməsin. O bizim arxamızda dağ kimi dayanıb. İbrahim müəllim də kim nə yazır yazsın prinsipi ilə Elmar müəllimə arxayındır və bilirik ki, cənab başçı bizə təzyiq edənlərə lazımi cavabı verəcək”.
Deməli, prorektor deyir ki, ozamankı icra başçısı Elmar Vəliyev rektor İbrahim Cəfərova tapşırıb ki, mətbuatda yazılan tənqidə-zada fikir vermə.
Gör ölkənin təhsil ocağı hansı prinsiplə işləyir. İcra başçısı kimdir ki, rektora tapşırıq, özü də belə rüsvayçı tapşırıq versin ?
Əlbəttə, bizə də məlumdur ki, bu gün də rektor İbrahim Cəfərov sabiq kənd təsərrüfatı naziri İsmət Abasovun, şəhərin keçmiş başçısı Elmar Vəliyevin tapşırıqları ilə oturub-durur.
Prezident özü dəfələrlə medianı öz köməkçisi, dostu elan edibsə, sən kimsən axı, cənab İbrahim Cəfərov, medianın yazdıqlarını nəzərə almayasan.
Media nə yazır ki ?
Yazır ki, universitetdə həmişə dərsə gəlməyən tələbələr “aylıq” ödəyib. Media yazır ki, rektor ixtisar adı altında təcrübəli müəllimləri işdən çıxardıb kimlərisə işə götürür və elə-belə götürmür.
Mətbuat neçə vaxtdır qeyd edir ki, tələbələr imtahanlarda pul verməkdən beziblər...
Hazırda DAU-da adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara hansı saxta yollarla və necə maaş yazılmasını, onlara yazılan pulları da kimlərin almasını media yazır. Bunlar düz deyilmi, cənab rektor ?
Meşələrin qənimi, meşə gözətçilərinin maaşlarını illərdir həzm edən, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev neçə ildir Aqrar Universitetin müəllimidir.
Cənab rektor! İqbal Əliyevi bircə dəfə universitetdə görən olubmu ?
Onu tələbələr tanıyırmı..?
Belə “ölücan” məmur-müəllimlər, laborantlar kifayət qədərdir universitetdə.
Onların maaşını kim alır, cənab rektor ?
Bəlkə ölü canların maaşlarını bəyənmədiyiniz baş redaktorlar alıb ciblərinə qoyur ?
Cənab rektor !
Siz Gəncədə dairə Seçki Komissiyasının sədri olanda işçiniz 33 yaşlı Elnurə Orucova intihar edib. Bu barədə mediadan yazıları kim sildirib ?
Niyə ? Bunun əvəzində açıqlama verə bilməzdiniz ?
Xanımın intihar məktubunu niyə gizlədilər ?
Suallar çoxdur e, cənab rektor. Bununla biz deyil, yəqin ki, yaxın zamanlarda hüquq-mühafizə orqanları məşğul olacaq.
Və sonda sizə bir məsələhət.
Elmarlara, ismətlərə, güvənmə. Onların aqibəti bəllidir. Nəticə çıxart.
Bir də bir xatırlatma-yada salma:
Yadındadırmı, İbrahim Cəfərov ! Sizin əməllərinizdən yazdığımız üçün KİVDF-nin ozamankı rəhbəri Vüqar Səfərli başda olmaqla onun dəstəsini Gəncəyə dəvət edib restoranlarda qonaqlıqlar, sonra pay-püşlər payladın. İndi dostun Vüqar Səfərli səbrsizliklə sənin yolunu gözləyir, cənab rektor. //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
6-04-2021, 09:37
Sikayət   


loading...
Загрузка...