reklam
Regionxeberlericom.az » Gündəm » Əhali iki pis arasında seçim qarşısında... və hökumətin cavabı yoxdur - NƏ ETMƏLİ?

reklam

Əhali iki pis arasında seçim qarşısında... və hökumətin cavabı yoxdur - NƏ ETMƏLİ?



Havalar isindikcə insanlar tibbi maska taxmaqda daha çox əziyyət çəkdiklərini deyirlər. Şikayətlərdən məlum olur ki, bir çox insan açıq havada maska taxmaq qərarının ləğv edilməsi tərəfdarıdır. Artıq “Facebook” sosial şəbəkəsində “nəfəsalaq” həştəqi ilə paylaşımlar da edilməsinə başlanılıb.

Həkim-farmakoloq Müşfiq Hüseynov AYNA-ya açıqlamasında deyib ki, həqiqətən də maska nəfəs almaqda müəyyən qədər çətinlik yaradır: “Ümumiyyətlə, insanlar yaşlandıqca nəfəs borularında problemlər yaranır. Bu da ürək-damar probleminə gətirib çıxarır. Bu, maska taxsaq da belədir, taxmasaq da. Burada bir faktoru nəzərə almaq lazımdır ki, maska sadəcə olaraq insanın daha bol oksigenlə təminatının qarşısını alır. Əsas problem də budur ki, maska taxanda dərindən nəfəs ala bilmirsən”.

“Cavanlarda elə də fərq etmir, çünki onlarda ürək, qan-damar sistemi yaxşı işləyir. Yaşlılarda, xüsusilə də stenokordiya xəstələrində, ürəyinə stend qoyulan insanlarda, taxikardiya, bradikardiyası olan, qan-damar sistemində pozğunluq olan insanlarda problem ola bilər, çünki tibbi maska oksigenin tam təminatının qarşısını alır”, - deyə mütəxəssis bildirib.

Həkim əlavə edib ki, açıq havada sosial məsafə gözlənilirsə, tibbi maskaya ehtiyac yoxdur: “Parkda yürüyüşə çıxıramsa, orada insanların sayı azdırsa, sosial məsafəni qorumağa imkan verirsə, niyə maska taxmalıyam? Amma əhalinin sıx toplaşdığı yerlərdə - marketlərdə, avtobuslarda, Nizami küçəsi kimi insanların çox oluğu yerlərdə artıq iki zərərdən birini seçmək lazımdır: ya yoluxma, ya nəfəs darlığı”.

Hüseynov bu halda maska taxmağı tövsiyə edir: “Elə duruma gəlib çıxmışıq ki, iki pisdən birini seçməliyik. Buna görə bizdə fikir vermisinizsə, yaşlı insanlarda adətən tibbi maska burundan aşağı olur, çünki nəfəs ala bilmirlər. Virusdan qorunsalar da, gələcəkdə ürək-damar xəstəliyindən ciddi əziyyətlər çəkəcəklər”.

İnsanların sözgüdən şikayətini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat nümayəndəsi Elnarə Baxışa ünvanladıq. Bu barədə TƏBİB həkimlərinin nə düşündüyünü öyrənməyə çalışdıq. Elnarə Baxış bildirdi ki, TƏBİB-in işi ancaq stasionar müəssisələrdə müalicədir: “TƏBİB bununla bağlı qərar verən qurum deyil. Qərarı Nazirlər Kabineti verir. TƏBİB yalnız stasionar müəssisələrdə mülaicə işinə baxır”.

“Bəs bu barədə Operativ Qərargah nə düşünür? Yaxın günlərdə açıq havada tibbi maska taxma qaydasının aradan qaldırılacağını gözləyə bilərikmi?” sulları ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədova müraciət etdik. Aldığımız cavab isə belə oldu: “Bu suala cavabım yoxdur”.


Paylaş:


Müəllif : Tarix:
10-04-2021, 09:24
Sikayət   


loading...
Загрузка...