Sahil Babayevin komandası ölkədə narazılıq yaradır - Nazirin fəaliyyəti yarıtmazdır
“Dövlətin funksiyalarından biri də vətəndaşların normal güzəranının təmin olunması üçün münasib şəraitin yaradılması, ehtiyacı olanların, xüsusilə də müxtəlif səbəblərdən iş qabilyyətini ya tam, ya da qismən itirənlərin sosial problemlərinin həllində onlara yardım göstərmək və sosial müdafiələrinin təmin edilməsidir. Qeyd edilən sahələrdə dövlət siyasətinin həyata keçirilməsi üçün ölkəmizdə kifayət qədər qanunlar qəbul edilsə və normativ bazalar yaradılsa da, onların bir qismində, xüsusilə də, “Məşğulluq haqqında”, “Pensiya haqqında” qanunlara və onların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsinə ehtiyac var. Təəssüf ki, vətəndaşların yaşayış səviyyəsinə əsaslı şəkildə təsir edən qanunların tələblərinin yerinə yetirilməsində ciddi problemlər mövcuddur. Bu isə vətəndaşlar arasında ciddi narahatlıq doğurur”.
Bunu Reyting.az-a Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, əhalinin sosial müdafiəsi sahələrinə məsul olan bəzi məmurlar unudurlar ki, məsuliyyətsizliyi kimin etməsinə baxmayaraq vətəndaş günahı dövlətdə görür.
Partiya sədri bildirib ki, vətəndaşların, xüsusilə də aztəminatlı əhalinin, şəhid ailələrinin, qazilərin, əlillərin sosial müdafiəsinin gücləndirlməsi sahəsində hər il dövlət səviyyəsində müəyyən tədbirlərin görülməsinə baxmayaraq, bu sahələrdə ciddi qüsurlar var. Bunun əsas səbəblərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yarıtmaz fəaliyyəti ilə bağlıdır.
T. Qənioğlu diqqətə çatdırıb ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dövlət siyasətinin həyata keçirilməsinə məsul olan Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin fəaliyyəti yarıtmazdır.
Partiya sədri xatırladıb ki, Əmək və əhalinin sosial müdafiəsi naziri bu günlərdə əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlandığını və xeyli sayda əlillik dərəcəsinin ləğv edildiyini bildirib. Nazir diqqətə çatdırıb ki, araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əllilik, 90 minə yaxın pensiya işi ləğv edilib.
T. Qənioğlu qeyd edib ki, S. Babayev bu ilin əvvəlində görülən tədbirlər nəticəsində dövlət büdcəsinə 750 milyon manat qənaət edildiyini (?) açıqlayıb. Partiya sədrinin sözlərinə görə, belə getsə, “qənaət edilən” vəsaitin həcmi 2021-ci ildə daha da artacaqdır: “Heç kim korrupsiyanın və rüşvətin baş alıb getdiyi bu sahədə qeyri-qanuni əlillik dərəcəsinin və pensiyaların verildiyini və müvafiq yoxlamaların aparılmasının zəruriliyinin inkar etmir. Ancaq bunun üçün yoxlama prosesini normal təşkil etmək lazımdır. Bu günlərdə gözdən əlil olanlara verilən əlillik dərəcəsinin yoxlanılması ilə bağlı KİV-də heyrətamiz bir yazıya rast gəldim. Məlumdur ki, əvvəllər əlilliyə dair tibbi rəyi yerli həkim-ekspert komissiyaları verirdisə, bu ildən, yoxlamadan keçmək istəyənləri Bakıda yerləşən Milli Oftolmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyasına göndərirlər. Belə çıxır ki, bu Mərkəzdən başqa digər tibb ocaqlarında fəaliyyət göstərən həkmilərin hamısı rüşvətxordur? Axı indiki pandemiya şəraitində ölkənin müxtəlif rayonlarından Bakıya gəlmək o qədər də asan deyildir. Bundan əlavə, hamının qeyd edilən Mərkəzdə yoxlamadan keçməsi üçün aylarla vaxt lazımdır və bu müddət ərzində onların pensiyaları verilmir. Tutaq ki, biri əlilliyinin təsdiq edilməsi üçün 5 ay növbədə durub və yoxlama zamanı onun əlilliyi təsdiqlənib. Ancaq bu halda da onun ötən 5 ay ərzində kəsilən pensiyası qaytarılmır. Bu, hansı qanuna və məntiqə sığır?”
T. Qənioğlu sonda diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr dəyişikliyi özünü doğrultmayıb və yenilərin fəaliyyəti vətəndaşı dövlətdən narazı salmağa istiqamətlənib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-04-2021, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-04-2021, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti