Rafil Hüseynov haqqında İDDİA - İLGİNC
Deməli, Masallı rayon İcra Hakimiyyətinin saytında http://www.masalli-ih.gov.az/page/40.html Məktublar bölməsi var.
Rafil Hüseynov rayonda icra başçısı olarkən, özünə “sevgi”, daha doğrusu, zəhmətkeş məktubları yazdırırmış.
Bu məktublara baxanda yada məşhur filmdəki dialoq düşür.
- Vəsf et, məni, şair
- Vəsf zamanı deyil, afət .
Cənab Rafil Hüseynov, sən hələ də başa düşmürsən ki, vəsf zamanı deyil ?
İndi iş görmək, dövlət başçısının siyasətini yüksək səviyyədə icra etmək zamanıdır. Sən isə...
Məktublar....
Salam, çox hörmətli Rafil müəllim! Biz sizi həmişə əməyə və insanlara yüksək dəyər verən dövlət xadimi kimi tanıyırıq...
Cənab Rafil Hüseynov !
Sən nə vaxtdan dövlət xadimi olmusan ? Sənin işin ən yaxşı halda dövlət xadimi, cənab Prezident İlham Əliyevin siyasi kursunu icra etməkdir. Onu da bacarmırsan. Əksinə dövlətin siyasətini yerlərdə gözdən salırsan, etdiyin əməllərlə dövlətin siyasətinə kölgə salırsan.
İndi özün de görək, sən hara dövlət xadimi hara ?
Ayıb deyil, özünə belə təriflər qoşdurursan...
Məktublar davam edir...
Sizin kəndimizə gəlişiniz uşaqdan-böyüyə bütün əhalinin sevincinə səbəb oldu...
Cənab Rafil Hüseynov!
Sən özünü kiminlə müqayisə edirsən?
Sən kimsən, bəlkə ölkə başçısısan, böyük rəhbərsən, kimsən ki, kənd camaatı, UŞAQ-dan-böyüyə sənin pişvazına çıxa ?
Bəlkə, Makedoniyalı İsgəndərin nəvəsisən, bəlkə Ağqoyunlu Uzun Həsənin qohumusan, bəlkə...
Sən bu məktublardan heç abır-həya etmirsən ?
Bəlkə, sənə bir heykəl qoyaq, bəlkə könlündən nəsə keçir...
Adama deyərlər ki, övladını göstər kim olduğunu deyək. Sənin polis zabiti olan oğlun bütün ölkənin gözünün qarşısında gecə klublarından, barlardan poz verib şəkillər paylaşır. Sənin qiymətini oğlun verib. Sən isə rayon sakinlərindən bəy tərifi yığırsan və onu icra hakimiyyətinin saytında verirsən. Sənin bu hərəkətlərinə bir nəzarət edən yoxdur ?
Şanlı məktublar davam edir...
Hörmətli cənab başçı Rafil Hüseynov !
Masallıda dolma festivalına görə, sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə bəxş etdiyinizə görə Sizə təşəkkür edirik.
Ay kişi, nə dolma, nə küftə festivalı ? Sən niyə öz işinlə məşğul olmursan ?
Həm də sən kimsən axı ? Bütün bu görülən işlərə görə, xalq öz Prezidentinə minnətdardır.
Daha bir bəy tərifi..
Cənab başçı !
Rayonun Çaxırlı kəndində inkubator sexi açdığınıza görə, sakinlər sizə minnətdardır.
Belə məktublar bir deyil, beş deyil...
Deyəsən, yaxın zamanda Rafil Hüseynov kimilərin timsalında hər dərədə bir bəy, dərə bəyləri məsələsinə son qoymaq lazım gələcək. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2021, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-04-2021, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25