Məzahir Pənahovun 20 illik sədrliyi bitdi - davam, yoxsa tamam?
Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının indiki tərkibinin səlahiyyət müddəti başa çatıb. Qanunauyğun olaraq, komissiyaya sədr və üzvlər ilk iclasda seçilməlidir. Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin parlamentin yaz sessiyasında formalaşdırılacağı proqnoz edilsə də, bu, hələ gerçəkləşməyib.
Amma Seçki Məcəlləsinə görə, MSK-nın tərkibi yeni seçilmiş Milli Məclisin tərkibinə uyğun olaraq formalaşdırılmalıdır. MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.
Bəzi iddialara görə, bir neçə gün əvvəl 70 yaşının tamam olması münasibətilə ölkə Prezidenti tərəfindən “Şərəf” ordeni verilən MSK sədri Məzahir Pənahov vəzifəsindən gedəcək. Yeni MSK-ya onun namizədliyi verilməyəcək. Qeyd edək ki, Məzahir Pənahov 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 21 ildir MSK-ya sədrlik eləyən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib. M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.
Lakin Mərkəzi Seçki Komissiyasının yenidən formalaşacağı, məsələnin Milli Məclisin gündəliyinə nə zaman çıxarılacağı barədə rəsmi məlumat yoxdur.
Parlamentdə 1 mandatla təmsil olunan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bir müddət əvvəl “Yeni Müsavat” bildirmişdi ki, MSK-nın yenidən formalaşdırılmasının nədən gecikdiyi barədə onda dəqiq məlumat yoxdur: “Milli Məclisə seçkilərdən sonra seçki komissiyaları da yenidən formalaşdırılmalı idi. Yəqin ki, hələ bu məsələnin həllini tapmamasının səbəbləri var və o səbəblər mənə məlum deyil. Bizim Mərkəzi Seçki Komissiyasında təmsil olunmaq iddiamız var. Təbii ki, bunun üçün müraciət ediləcək. Nəticəsinin nə olacağını isə deyə bilmərəm. Amma bizim təbii ki, MSK-da, DSK-larda və məntəqə seçki komissiyalarında təmsil olunmaq iddiamız var. Bu hüququmuzdan istifadə etmək niyyətindəyik. O ki qaldı Məzahir Pənahovun yenidən MSK sədri olub-olmayacağına, bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Bu məsələ ilə bağlı məlumatım yoxdur. Bunu aidiyyəti instansiyalar daha yaxşı bilir”.
Milli Məclisdə 1 mandatla təmsil olunan REAL Partiyasının icra katibi Natiq Cəfərli isə deyib ki, yeni MSK-da Məzahir Pənahovun olmayacağı istisna deyil: “Məzahir Pənahovun həm yaşına, həm uzunmüddətli fəaliyyətinə görə artıq MSK-dan kənarda qalması ehtimalı var. Təbii ki, bu barədə qərarı biz vermirik”.
Qeyd edək ki, REAL dairə seçki komissiyalarında (DSK) təmsil olunmaq üçün MSK-ya müraciət də edib. Müraciətdə qeyd olunub ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə Erkin Qədirli 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçilib. E. Qədirli 31 avqust 2020-ci ildən qeydiyyata alınmış REAL Partiyasının üzvüdür. Parlament partiyaları üçün nəzərdə tutulan dövlət vəsaitinin bir hissəsi REAL Partiyasına ayrılır.
Müraciətdə bildirilir ki, hazırda parlamentdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur. 125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir: “Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Toplam 37 nəfər DSK üzvlüyünə namizədimizi 12-dən çox sayda DSK üzrə təqdim edə bilərik”.
Müraciətdə məsələnin müzakirəsi üçün MSK-dan görüş istənilir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:16-04-2021, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-04-2021, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
Dünən, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Dünən, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Dünən, 11:20