reklam
Regionxeberlericom.az » Gündəm » Gənc başçı üçün də HƏBS YOLU GÖRÜNÜR... - Belə davam edərsə...

reklam

Gənc başçı üçün də HƏBS YOLU GÖRÜNÜR... - Belə davam edərsə...



Neftçala rayonunun, Sübh kəndinin əhalisinin,otlaq qıtlığı səbəbindən iri buynuzlu davarları arasında ölüm sayının artması ilə bağlı problemləri barədə şikayətlərini işıqlandırmışıq. Həmin yazıda problemi diqqətdə saxlayacağımızı bildirmişdik.
09 aprel 2021-ci il tarixdə Sübh kəndinin bir qrup əhalisinin Neftçala rayon İcra Hakimiyyətində qəbulda olduğunu öyrənib, ora yollandıq. İcra Hakimiyyətinin inzibati binasının qarşısında, gundelik-baku.com-un redaksiyasına ünvanlanmış ərizədə imzası olan sakinlərdən Kamal Cəbrayılovla görüşüb, vəziyyətlə maraqlandıq. Kamal Cəbrayılov müsahibəsi zamanı bildirdi ki, faktiki olaraq heç bir şey əldə edə bilməyiblər.
2018-ci ildən qeyd edilən problemlə bağlı dəfələrlə Neftçala rayon İH-də qəbulda olub, problemlərini dilə gətirsələr də, nə keçmiş İcra Hakimiyyəti başçısı İ.Vəliyev (06.04.2021-ci il tarixdə Lənkəran Ağir Cinayətlər məhkəməsində barəsində məhkəmə istintaqı başlamışdır) , nə də artıq bir ildən çoxdur Neftçala rayonuna icra hakimiyyəti başçısı təyin edilmiş cənab Mirhəsən Seyidov onların bu problemlərinin həllində yardımçı ola bilmirlər.
Kamal Cəbrayılovla müsahibəmiz zamanı bizə yaxınlaşan polis nəfəri mənə, Neftçala rayon İH-nin məsul işçisi olan Zaur Kərimovun məni qəbul otağına dəvət etdiyini bildirdi.
Qeyd edim ki, ilk müsahibəmdən sonra mənə qarşı müxtəlif istiqamətlərdən basqılar başlamışdı ki, bu da mənə keçmiş icra başçısı İ.Vəliyev dönəmini xatırlatmışdı. Diqqətimi çəkən digər oxşarlıq isə həmin gün qəbula gələn bir xanım şikayətçinin “deyirlər müəllimin yanına gəlmiş qohumuna şikayətlərinizi bildirsəniz o, sizə kömək edər sözləri oldu”. Mən həmin xanımdan müəllim dedikdə kimi nəzərdə tutduğunu və həmin o, qohumun kim olduğunu, hansı vəzifə tutduğunu soruşduqda xanım “müəllim” dedikdə icra başçısı cənab Mirhəsən Seyidovu nəzərdə tutduğunun kim olduğunu bilməsə də, onun başçının dayısı, yoxsa bibisi oglu oldugunu söylədi. Keçmiş icra hakimiyyətinin başçısı İ.Vəliyev də Neftçalaya ilk gələndə onun işlərini özünü keçmiş “KQB-ik” kimi təqdim edən dayısı aparırdı. Nə isə elə bu xatirələrlə məni qəbul otagına qəbul edən, Neftçala rayon icra hakimiyyəti aparatının iqtisadiyyat şöbəsinin məsləhətçisi cənab Zaur Kərimovun qəbuluna getdim. Qəribədir ki, cənab Zaur Kərimov otağa daxil olan kimi mənə ünvanladıgı ilk sual “ mənə nə lazım olduğu ” oldu?
Cavabında mən bu sualın mənə yox, dərdlərini deməyə gəlmiş şəxslərə ünvanlamalı olduğunu cənab Zaur Kərimovun diqqətinə çatdırıb, onları qəbul edib, dinləmələrini xahiş etdim. Mənim xahişimi geri çevirməyən Zaur Kərimov şikayətçilərdən Kamal Cəbrayılovu qəbul otağına dəvət etdi. Əvvəlcə cənab Z.Kərimov sözügedən ərazidə hər-hansı problemin olmadığını sübut etməyə cəhd etsə də, şikayətçinin tutarlı faktları qarşısında geri addım atmaq məcburiyyətində qalıb, bu ərazidə digər yerlərdən gətirilmiş xırda buynuzlu davarların olması, eləcə də bu ərazidə Fuad adlı şəxsə 5 ha torpaq sahəsinin icarəyə verilməsi faktını təsdiq etdi. Cənab Z.Kərimovun son sözü də bu oldu ki, yaxın bir-iki gün ərzində o,özü bizim iştirakımızla əraziyə baxış keçirəcək və problemi yerində araşdırıb icra hakimiyyətinə məruzə edəcək. Biz də cənab Z.Kərimova minnətdarlığımızı bildirib, Neftçala rayon İH-nin binasından çıxdıq. Bu görüşümüzdən üç gün sonra, mən cənab Zaur Kərimovla telefon əlaqəsi saxlayıb, ərizəyə baxış keçirib-keçirmədikləri ilə maraqlandım. Cənab Z.Kərimov bildirdi ki, guya o, şəxsən həmin əraziyə gedib, vəziyyəti yerində araşdırıb və şikayətçinin göstərdiyi faktlar təsdiqini tapmayıb.
Mənim, bəs niyə söz verdiyi kimi məni dəvət etməyib sualıma konkret cavab verə bilməyən cənab Zaur Kərimov, eyni zamanda şikayətçi Kamal Cəbrayılovun da həmin vaxt əraziyə dəvət edilmədiyini dedi. Digər mənbələrdən əldə etdiyim məlumatlardan isə məlum oldu ki, dogrudan da sözügedən əraziyə baxış keçirilib. Lakin bu əraziyə gedənlər arasında Zaur Kərimov olmayıb. Əvəzində icra başçısı cənab Mirhəsən Seyidov şəxsən özü əraziyə baş cəkib. Lakin “məsləhətçilər” icra başçısının şikayət ərizəsində imzası olanlarla yox, özlərinin “məsləhət” gördükləri şəxslə görüşdürüblər ki, həmin şəxs də icra başçısına həmin ərazidə heç bir şey olmadığını, şikayətçilərin bildirişlərinin əsassız olduğunu deyib və icra başçısı da həmin şəxsin evində bir stəkan samovar çayı içib, sağollaşıb geri qayıdıb. İndi də həmin şəxs başçının onun evində qonaq olmasından istifadə edərək kənddə de-fakto kəndxudalıq edir. Bütün bu baş verənlərdə qəribə bir nüans var ki, “məsləhətçiləri” israrla icra başçısını, şikayətçilərlə yox, tam başqa biri ilə görüşdürüblər. Bəlkə də cənab icra başçısı Mirhəsən Seyidov özü acığa şikayətçilərlə görüşməkdən imtina edib?
Vaxtı ilə sabiq icra başçısı İ.Vəliyev də şikayətçilərlə yox, hazırlamış anti şikayətçilərlə görüşüb, sonradan şikayətçilərin guya yalançı, böhtançı olması barədə yuxarı orqanlara məlumat verməsi taktikasından istifadə etməsini xatırlamalı oldum. Lakin bu taktikanın İ.Vəliyev üçün necə faciyəvi sonluqla nəticələndiyini hamı kimi cənab Mirhəsən Seyidovun da bildiyinə əmin olduğum üçün bu köhnə xatirələrimdən vaz keçib, bu nəticəyə gəldim ki, günah “kraldan” çox “kralçılıq” etməklə özünü şirin göstərməyə çalışan “məsləhətçilər”dədir!
Belə məsləhətçiləri olanın isə düşmənə ehtiyacı yoxdur... “Düşmən” demişkən dahi Nizaminin bir kəlamı burada tam yerinə düşər: Özünə düşmənin gözləriylə bax, onda yaxşı-pisi görərsən ancaq!
Uzun sözün qısası hamamın köhnəliyi ondadır ki, hələ də Neftçala rayon icra hakimiyyətində keçmiş icra başçısı İ.Vəliyevin cinayətlərini bilib, öz yumşaq kresloları, rahat kabinetləri, yüksək maaşları xatirinə susan, lazım gələndə İ.Vəliyevin cinayətləri barədə dövlət orqanlarına məlumat verən mənim kimilərə qarşı yalançı şahidlik edən çoxlu “məsləhətçilər” var.
Təzə “tas”ın hansı məbləğdə olmasını isə hələ ki, araşdırırıq, dəqiq məlumatımız olan kimi bu barədə də yazacağıq! Bir sözlə cidanı çuvalda gizlətmək olmaz!
P.S: Dəniz suyu Kür çayının əks axarına doğru 30 km irəlləyib. Əhali susuzluqdan əzab çəkir. Su-kanal idarəsinin müdiri isə deyir yuxarılara şikayət edin.
//gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
19-04-2021, 17:04
Sikayət   


loading...
Загрузка...