Alimpaşa Məmmədovun ardından KİM HƏBSƏ GEDİR? - İDDİA
Azərbaycanda daha bir icra başçısı qandallanıb. Bu dəfə Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, başçının birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanıblar. Qolları qandallanan Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilib. Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb. Prezident Alimpaşa Adil oğlu Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam da imzalayıb.
Alimpaşa Məmmədov son 2 il ərzində həbsə alınan 8-ci icra başçısıdır. O, 2014-cü ilədək vergi sistemində yüksək vəzifələrdə çalışıb. Bir sıra rayonlarda vergi idarəsinin, daha sonra 2 saylı Ərazi Vergilər İdarəsinin (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəisi vəzifəsində çalışıb. Ardınca isə Fazil Məmmədov onu sadiq və qeyri-rəsmi pultoplama işlərində bacarıqlı kadr kimi Vergilər Nazirliyi Bakı Şəhər Vergilər departamentinin rəisi vəzifəsinə yüksəltmişdi. Vergi sistemində çalışarkən onun adı “sahibkarlara divan tutanlar” sırasında hallanırdı. Nəhayət, A.Məmmədov 2014-cü ildə Fazil Məmmədovun dəstəyi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi. Həmin dönəmlərdə icra başçısı təyinatında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev söz sahibi idi. Alimpaşa Məmmədov Fazil Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra da müxtəlif manevrlərlə icra başçısı postunu qoruyub saxlaya bilirdi.
Alimpaşa Məmmədov vəzifə pilləsinə ayaq basana qədər toylarda tamadalıq etməsi ilə də ad çıxarıb. Bu haqda “Yeni Müsavat”ın 21.06.2018-ci il tarixli sayında “Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” - şok iddia" sərlövhəli yazı dərc etmişdik. Həmin yazıdan sitat: “Bu həmin Alimpaşa Məmmədovdur ki, cavanlığında tamadalıqla gün keçirib, toydan-toya, məclisdən məclisə 5-10 manat sahibi olub. Həmin günlərin birində də onun bəxt ulduzu parlayıb. O dövrlər yeni nazir təyin olunan Fazil Məmmədov kefinin saz vaxtında məclisdə dil-dil ötən tamadanın yanına çağırılmasını sifariş edib. Tamada gəlib və məclisdə seçilən qonağın şəninə mədhiyyələr söyləyib. Kənd tamadası olan Alimpaşa Məmmədovu bir neçə gün sonra Vergilər Nazirliyinə çağırıblar. Nazirliyə tamada kimi gedən Alimpaşa Məmmədov oradan qayıdanda artıq vergi əməkdaşına çevrilib. İllərlə vergilər sistemində çalışandan sonra Fazil Məmmədov özünün qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir rayonuna Alimpaşa Məmmədovu başçı göndərə bilib. Alimpaşa Məmmədov daha tamadalıq eləmir. Amma tamadalıq peşəsinin vərdişlərini də unuda bilmir. Şəmkirdə idarə, müəssisə və təşkilatların rəhbərləri onun iclasbazlığından beziblər. İcra başçısı, demək olar ki, hər gün iclas keçirir, saatlarla danışır, vədlər verir, sözdə görüləcək işləri bəh-bəhlə rəhbər işçilərə təqdim edir. Başçı iclas keçirdiyi saatlarda isə vətəndaşlar saatlarla rəhbər işçilərin qapısı ağzında onların işə gələcəyi ümidi ilə gözləyirlər. Rəhbər işçilər isə iclaslardan sonra iş yerlərinə çatınca görüləcək işləri birə-beş artır, vətəndaşları qəbul etməyə vaxtları qalmır. Təbii ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur”.
Alimpaşa Məmmədovun və həbs edilən bəzi icra başçılarının pula belə həvəsli olmasının əsas səbəbi də keçmişləri ilə əlaqəlidir. Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil” restoranında ofisiant işləyib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev uzun illər “Qara bazar”da dollar alverçisi kimi tanınıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılarkən evindən milyonlar çıxan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı Hava Limanında kassir işləyib. Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib. Həbs olunan Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib. Qeyd edək ki, Kürdəmirin və Cəlilabadın sabiq icra başçıları da həbsdədir.
Son olaraq Alimpaşa Məmmədovun həbsinin ən yaxın adamı və qohumu sabiq nazir Fazil Məmmədovun Avropada yeni biznesləri və əmlakları ilə bağlı xəbərlər fonunda baş verməsi maraq doğurur. Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə böyük biznes şəbəkəsi var. 1990-cı il təvəllüdlü Əbdül Əliyev Birləşmiş Krallıqda nə az-nə çox, 8 şirkət qeydiyyatdan keçirib və onlardan 6-sı hazırda fəaliyyətdədir. Əbdül Əliyev 5 il əvvəl Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova ilə ailə qurub, faktiki olaraq bu evlilik ərəfəsində sabiq nazirin yeznəsi Avropada bir-birinin ardınca şirkətlərə sahib olmağa başlayıb. Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini vəzifəsində çalışıb. Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Namiq Əliyev nazir müavini postuna təyin olunmamışdan əvvəl 1991-ci ildən Respublika Prokurorluğunda prokurorun köməkçisi və digər vəzifələrdə çalışıb. Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədov da tezliklə Alimpaşa Məmmədovun yanına göndəriləcək. Qeyd edək ki, dünən Fazil Məmmədovun kiçik qardaşı Fərhad Məmmədov 52 yaşında vəfat edib. Fərhad Məmmədov qaraciyər sirrozundan əziyyət çəkirmiş.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:28-04-2021, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-04-2021, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16