Vətənə canımız qurban, amma bundan sonra da yaşamalıyıq axı - Müharibə veteranı GİLEY EDİR
55 yaşlı Əhmədalı Abdulayev həm Birinci, həm də İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Əslən Füzulinin Xələfşə kəndindən olan müharibə veteranı Meydan TV ilə müharibə xatirələrini bölüşüb, iki müharibənin fərqlərindən, oxşar cəhətlərindən danışıb.
Birinci Qarabağ Müharibəsində illərlə, ikinci müharibədə isə 42 gün döyüşən Əhmədalı Abdullayev hazırda İmişlinin Bəhrəmtəpə qəsəbəsindəki köçkünlər üçün salınmış şəhərcikdə yaşayır.
Deyir, yaşına aldanmasın heç kim, ikinci müharibədə də ən azı birincidə olduğu qədər can qoyub:
“Sadəcə bir fərq var. Birincidə məğlubiyyətin verdiyi travmaları, ağrıları budəfəki müharibədə unutdum. Uzun illər müalicə olunmuşdum, gördüklərimi unutmaq asan olmamışdı. Bu dəfə həmin günləri təkrar yaşadım, xatırladım, amma sonu əvvəlki kimi bitmədi. Biz Şuşanı, Füzulini, Cəbrayılı və digər rayonlarımızı azad etdik”.
Əhmədalı Abdullayev deyir ki, sentyabrın 27-də müharibənin başlandığını eşidən kimi bir qrup keçmiş döyüşçü dostları ilə birgə Prezident İham Əliyevə müharibəyə könüllü qatılmaq üçün müraciət ediblər. Çox keçməyib ki, “hə” cavabı alıb, sentyabrın 29-da Füzulinin haramı düzü istiqamətindən döyüşə qatılıblar.
Müharibə veteranı bildirir ki, indiki müharibənin əvvəlkindən bir fərqi də geyim, yemək dərdlərinin olmaması imiş:
“Həm də çox yaxşı texnikalarımız var idi. Əvvəlki müharibədə krossovka, cins şalvarda döyüşür, günlərlə isti yemək üzünə həsrət qalırdıq. Sağ olsun Azərbaycan xalqı ki, bu dəfəki müharibədə əsgərlərin korluq çəkməsinə imkan vermədi. İnanın, səngərdə, güllələrin göydə uçuşduğu hissələrdə dolma, aş, bozbaş, balıq – hər cür nemətdən yeyir, içirdik. Siqaret, su, şokolad, nə bilim, paxlava, şəkərbura, hər şey var idi. Hələ uşaqların yazdıqları məktublara baxanda əsgərlərdə ruh yüksəkliyi yaranırdı. Elə biz də əsgərlərə mənəvi dəstək olurduq. Çoxu ilk dəfə idi güllə səsi eşidirdi. 18-19 yaşında uşaqlardır. Bizim kimi təcrübələri yox idi. Onlar bizim arxayınlığımızdan, rahat hərəkətlərimizdən sakitlik tapırdılar”.
“Birinci müharibədə torpaqlarımız işğal olmuşdu. Bu, bizim içimizdə qübar idi. İkincidə həmin əraziləri işğaldan azad etmək psixologiyamı xeyli düzəltdi”, - veteran danışır.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-04-2021, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-04-2021, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52