“Dəmir qapaz"ı haqq edən icra hakimiyyəti başçılarını siz də tanıyın - SİYAHI
İnformasiya dünyasının şah damarı hesab edilən qlobal internet məkanında ölkəmizin regionlarının hələ də kifayət qədər təbliğ olunduğunu demək çətindir. Bu gün cəmiyyətə informasiya ötürməli olan bütün digər vasitələrlə müqayisədə internet resursları daha sərfəli, faydalı hesab olunur. İnformasiyanın toplanıldığı və ötürüldüyü ən klassik forma isə saytlardır. Ümumdünya hörümçək toru (www – World Wide Web) artıq, demək olar ki, bütün cəmiyyətlərə başlıca təsir və təbliğ vasitəsidir. Lakin bu təsir və təbliğ vasitəsi o zaman effektli olur ki, yaradılmış informativ resursu, el dilində desək, “hörümçək toru basmasın”. Yəni yenilənməyən saytı yalnız və yalnız hörümçək toru ilə “bəzədilən” otaqla müqayisə etmək olar ki, o “otağ”a da heç kəs daxil olmur. Elə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet saytları kimi.
Bu günlərdə yerli icra hakimiyyətlərindən birinin saytına daxil olduqdan, digər saytların da nə vəziyyətdə olduğunu öyrənmək üçün apardığımız araşdırmadan sonra bu qənaətə gəldik.
Əvvəla onu deyək ki, yerli icra hakimiyyətilərinin saytları vahid forma əsasında hazırlanıb. Yəni şəhər və rayonun adı olmasa, ilk baxışda bu saytın hansı icra hakimiyyətinin saytı olduğunu müəyyənləşdirmək çətin olar. Buna bir iradımız yoxdur. Ancaq gəlin görək bu saytlar həmin rayonu - dövlətin o bölgədə həyata keçirdiyi tədbirləri, rayonun tarixini, mədəniyyətini, əhalinin yaşayış tərzini, bölgənin turizm potensialını necə təbliğ edir?
Təəssüf ki, bu suala birmənalı cavab vermək mümkün deyildir. Yerli icra hakimiyyətlərinin saytlarının bərbad vəziyyətdə olması, illərlə yenilənməməsi ciddi problemdir. Ancaq bizi düşündürən, bir vətəndaş kimi narahat edən daha ciddi problemlər vardır. Məsələn, Quba, Masallı, yaxud Şəmkir Rayon İcra hakimiyyətlərinin internet saytlarının yenilənməməsi, dizaynının bərbad vəziyyətdə olması bizi bir vətəndaş kimi narahat etsə də, qəzəbimizə səbəb olmur. Ancaq işğaldan azad edilmiş rayonların icra hakimiyyətlərinin saytlarına nəzər saldıqda o rayonların rəhbərlərinə adam deməyə söz tapmır.
Məsələn, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın rayon icra hakimiyyətlərinin saytlarında hələ də bu bölgələrimizin işğaldan azad olunması ilə bağlı məlumatlar yerləşdirilməyib. Bu icra hakimiyətlərinin saytlarında “İşğal”, “Rayonun işğalı”, “İşğal edilmiş ərazilər” adlı bölmələr vardır. Doğrudur, keçmişi unutmamalı, torpaqlarımızın işğalı ilə bağlı tarixi məlumatları gələcək nəsillərə çatdırmalıyıq ki, düşmənimizi unutmayaq. Biz demirik ki, saytlarda rayonların işğalı ilə bağlı məlumatlar olmasın. Ancaq “İşğal” bölməsi ilə yanaşı, “Zəfər” bölməsi də yaradılmalıdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz bu rayonları düşmən işğalından azad edib. Saytlarda Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı məlumatları özündə əks etdirən bölmələr yaradılmalıdır. Bu saytlarda isə “COVİD-19” bölməsi belə var, ancaq tarixi qələbəmizi əks etdirən məlumatlar yoxdur. Ədalət naminə deyək ki, Vətən müharibəsində şəhid olan igidlərimizlə bağlı bir-iki məlumata rast gəlmək olar. Ancaq bu, yetərli deyildir.
Dövlət başçısı bu günlərdə Zəngilan və Cəbrayıl rayonlarına səfər edib, bir sıra obyektlərin təməli qoyulub. Təəssüf ki, bu səfər və keçirilən tədbirlər barədə rayon icra hakimiyyətlərinin saytlarında bir cümlə ilə belə məlumat verilməyib.
Adı çəkilən rayon icra hakimiyyətlərinin başçıları bu barədə düşünməli, yol verilən bu ciddi nöqsanları tezliklə aradan qaldırmalıdırlar.
Moderator.az
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2021, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-05-2021, 09:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16