reklam
Regionxeberlericom.az » Gündəm » Obyektləri girov qoyulan sahibkarlar "Xalq Bank"dan və məhkəmədən ŞİKAYƏT EDİRLƏR

reklam

Obyektləri girov qoyulan sahibkarlar "Xalq Bank"dan və məhkəmədən ŞİKAYƏT EDİRLƏR



Azərbaycanda 2015-ci ildə başlanan “MTN işi”nin təsiri altında qalan problemlər bu gün özünü göstərir. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamı, “Akula Akif” ləqəbli Akif Mustafayevin şəriki Mərhəmət Bəşirov 2009-cu ildə Bakıda “Yasmin” biznes mərkəzini tikib.

Mərhəmət Bəşirov 30-a yaxın sahibkara həmin binadan obyekt satıb. 2015-ci ildə isə həmin binanı “Xalq Bank”a girov qoyaraq külli miqdarda kredit götürüb. Daha sonra krediti ödəyə bilmədiyi üçün həbs edilib və bina bankın mülkiyyətinə çevrilib.

Bu gün həmin sahibkarlar binanın önünə toplaşaraq ictimaiyyətə müraciət ediblər.

Sahibkar İlqar Məhərrəmov bildirib ki, 2009-cu ildə həmin binadan obyekt alıb: “2015-ci ildə Mərhəmət Bəşirov bizdən xəbərsiz binanı banka girov qoyaraq təxminən 15 milyon manat kredit götürüb. Binanın 16 min kvadratmetri girov qoyulub, amma ümumi sahə 22 min kvadratmetrdir.

Bizim banka qarşı iddiamız yoxdur. Sadəcə bizim də hüquqlarımızın, əlimizdə olan sənədlərin tanınmasını istəyirik. Binanın girişinə mühafizəçi qoyulub, bizi içəri buraxmırlar”.

İ.Məhərrəmov bildirib ki, Mərhəmət Bəşirovun cinayət işində zərərçəkmiş kimi tanınıblar.

Digər sahibkar Natəvan Bağırova qeyd edib ki, binanın təməli qoyulanda buradan obyekt alaraq pulunu hissə-hissə ödəyib: “Mənim əlimdə sənədlərim də var. Amma bizi içəri buraxmırlar ki, girib obyektlərimizdən əşyalarımızı götürək. Mənim ikinci mərtəbədə 144 kvadrat təmirli obyektim var. Lakin burada əmlakım ola-ola başqa yerdə obyekt icarəyə götürüb sahibkar kimi fəaliyyət göstərirəm.

Yasamal məhkəməsinin qərarı ilə bizi obyektlərdən çıxarıblar. Hansı məhkəməyə gediriksə, hüquqlarımız tanınmır. Binanın 5 mərtəbəsi girov qoyulub, amma bura 7 mərtəbədir. Qalan iki mərtəbənin obyektləri bizə qaytarılmalıdır. “Xalq Bank” isə bütün binanı mənimsəyib və bizi içəri buraxmır”.

N.Bağırova bildirib ki, Nərimanov rayon məhkəməsi onların mülkiyyət hüququnu tanıyan qərar çıxarıb: “Amma apellyasiya məhkəməsi bu qərarı ləğv etdi. Həmin zaman Mərhəmət Bəşirovu şahid kimi gətirdilər, bizim pul ödədiyimizi təsdiqlədi”.

“Xalq Bank”ın sözçüsü Elşən Eynullayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi getdiyi üçün hər hansı şərh, açıqlama verilməsi düzgün olmaz.

Qeyd edək ki, Mərhəmət Bəşirov “Mars-M” firmasının rəhbəri, Texniki Universitetin prorektoru Bəşir Bəşirovun oğludur.

Mərhəmət Bəşirov uzun illər bizneslə məşğul olub. Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra bu firma ətrafında qalmaqallı proseslər gündəmə gəlib.

“Mars-M” şirkətində 25 faizlik payı olan “Akula Akif” ləqəbli Akif Mustafayev şirkətə qarşı iddia qaldırıb. Mərhəmət Bəşirov vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq etməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az



Paylaş:


Müəllif : Tarix:
3-05-2021, 17:16
Sikayət   


loading...
Загрузка...