reklam
Regionxeberlericom.az » Gündəm » Professor və müəllimlər universitetdəki qanunsuzluqlardan Prezidentə ŞİKAYƏT ETDİLƏR

reklam

Professor və müəllimlər universitetdəki qanunsuzluqlardan Prezidentə ŞİKAYƏT ETDİLƏR


Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqronomluq” fakültəsinin bir qrup professor və müəllimi sözügedən universitetdə hökm sürən qanunsuzluq və özbaşına seçki keçirilməsi məsələsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə professor-müəllim heyəti ADAU-da Təhsil Nazirliyi tərəfindən göndərilmiş “ölkəmizdə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq seçkilərin keçirilməsi xüsusi karantin rejimi başa çatana kimi təxirə salınır” məzmunlu rəsmi məktuba məhəl qoyulmamasından bəhs edib.

Müraciətdə qanunsuz seçkilərdə dekan seçilmək üçün sənədlərini təqdim edən şəxslərin adları da sadalanıb. Bu şəxslər “Aqronomluq” fakültəsinin sabiq dekanı, dosent İsmayılov Məhərrəm Musa oğlu, Gəncə Dövlət Universitetinin Elmi katibi, dosent İsmayılov Teymur İsmayıl oğlu, GDU-nun sabiq kafedra müdiri, saxta diplom satışına görə həbs olunan və həbsdən yenicə çıxan Rəhimov Vaqif İnqilab oğlu, ADAU-nun “Bağçılıq” kafedrasının müdiri, dosent İdrisov Hüseyn Əkbər oğlu, ADAU-nun “Ekologiya” kafedrasının müdiri, dosent Bayramov Musa Əhməd oğludur. Heyət dekanlığa namizədlərin qanunsuz əməllərini, xüsusilə də, Musa Əhməd oğlu Bayramovun DİM-in adına xələl gətirdiyini, hətta narkotik vasitələrin satışı ilə məşğul olduğunu da ifşa ediblər. Sonda isə universitetin ziyalıları Cənab Prezident İlham Əliyevdən ADAU-dakı bu özbaşınalıqların qarşısını almağı xahiş ediblər.


Paylaş:


Müəllif : Tarix:
6-05-2021, 17:59
Sikayət   


loading...
Загрузка...