reklam
Regionxeberlericom.az » Gündəm » Cavid Qurbanovun adamı o qədər harınlayıb ki... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

reklam

Cavid Qurbanovun adamı o qədər harınlayıb ki... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


Vətən müharibəsi qazisi Süleymanov Rüstəm Fazil oğlu Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Anar Qocayev, onun müavini Eldəniz Mehtiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyevanın əlbir olaraq, onun işinə bərpa olunmasına maneə törətdiklərini iddia edib.
Yeniavaz.com xəbər verir ki, qazi, bununla bağlı videomüraciət yayımlayıb. R. Süleymanov bildirib ki, xəstəxanada daha əvvəllər işlədiyi yer boş olsa da, onu işə qəbul etmirlər:
“Vətən müharibəsi qazisiyəm. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə müraciət etmək istəyirəm. Mənim Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında işlədiyim iş yeri boşdur. Mən dəfələrlə xəstəxananın baş direktoru Səadət Əliyevanın yanına gedib müraciət etsəm də, məni işimə bərpa etməyib. Bu haqda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısına da demişəm. Onun müavini Eldənizə(Mehtiyev) də demişəm. Bunlar da mənim işimə baxmayıblar. Çünki bunların üçü bir mafiyadır. İcra başçısı Azər Qocayev, onun müavini Eldəniz Mehtiyev və Kəlbəcər Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyeva, bu üçü bir mafiyadır. Burada bir mafiya yaradıblar. Şəhid ailələrinə, qazilərə, qazilərin valideynlərinə hörmətsizlik edirlər. Azər Qocayev dəfələrlə qazini, qazinin atasını kabinetindən qovub. Xahiş edirəm onların haqqında tədbir görəsiniz. Nəyə görə qazini işinə bərpa etmirlər, amma başqa namizədlər axtarırlar? Xəstəxananın baş direktoru dəfələrlə icra hakimiyyəti tərəfindən təzyiqə məruz qalıb. Ancaq icra hakimiyyətindən təyin olunan insanı işə götürürlər. Nəyə görə?”.



Paylaş:


Müəllif : Tarix:
15-05-2021, 10:33
Sikayət   


loading...
Загрузка...