Ona mandat şirkətini qorumaq üçün lazım imiş?.. - Görünəni budur...
Ölkəmizdə bir çox elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan şirkətlər var. Lakin bu şirkətlərin bir çoxunun fəaliyyətindən insanlar şikayətlənir.
Ən çox şikayət olunan isə “ Kontakt home” mağazalar şəbəkəsidir.
“Kontakt home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb.
Bu dəfə isə “Kontakt home” mağazalar şəbəkəsinin başqa bir fırıldağı üzə çıxıb.
Belə ki, vətəndaş redaksiyamıza müraciət edərək bildirib ki, 28.12.2019-cu il tarixində “Kontakt home” mağazalar şəbəkəsindən kredit yolu ilə 1 illik müddətə mobil telefon alıb və kredit ödənişlərini yerinə yetirib. Lakin ödənişlərin yerinə yetirilməsinə baxmayaraq 5 aydan sonra, yəni 2021-ci ilin may ayından mobil telefonun rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoyulub.Vətəndaş mağazaya yaxınlaşaraq məsələni aydınlaşdırmaq istədikdə ona bildirilib ki, ödənişlərdə bir neçə gün gecikmə olduğu üçün əlavə olaraq 14 manat 19 qəpik cərimə faizi hesablanıb və bu məbləğ ödənilmədiyi üçün mobil telefonun istifadəsinə məhdudiyyət qoyulub.
Vətəndaş isə öz növbəsində bu cərimə faizlərindən məlumatsız olduğunu bildirib. Əgər borc varsa, nəyə görə son ödənişdən sonra məlumat verilməyib ki, qalıq borc var.
Digər tərəfdən bu cərimə faizləri hansı qayda ilə hesablanıb?
Ən əsası isə vətəndaş bildirib ki, bütün ödənişlərin demək olarki vaxtında ödənildiyi halda bir neçə gün gecikməyə görə belə cərimə faizlərinin olması, xüsusilə də ölkə rəhbəri cənab İlham Əliyevin pandemiya dövründə Banklara, Kredit təşkilatlarına, mağazalar şəbəkəsinə və.s vətəndaşlara güzəştlərin edilməsini tövsiyyə etdiyi bir vaxtda belə halların baş verməsi xoşagəlməzdir.
Mağazadan isə özünü məsul şəxs kimi təqdim edən Zöhrab adlı şəxs bildirib ki, Prezident sizin Prezidentinizdir özünüz bilərsiniz “Kontakt home” un öz qayda-qanunları var.
Bundan sonra vətəndaş deyilən cərimə faizini ödəyib və mobil telefonuna qoyulan məhdudiyyətin aradan qaldırılmasını istədikdə bunun üçündə əlavə olaraq 20 manat ödəniş olunması istənilib. Əsas kimi isə “Kontakt home”-la bağlanan müqavilədə 3.4-cü bənddə belə bir tələbin olması göstərilib. Müqavilənin 3.4-cü bəndində isə qeyd olunur ki, məhdudiyyətin aradan qaldırılması üçün mağaza əlavə ödənişlər tələb edə bilər. Buradan sual meydana cıxır ki, hansı qanun əsasında Kontakt home müştəri ilə bağladığı müqavilədə bu bəndi qeyd edir.Ən əsası da həmin bənddə dəqiq bir məbləğ göstərilmir. Belə çıxır ki, müqaviləyə əsasən Kontakt home istənilən məbləği vətəndaşdan tələb edə bilər.
Belə nəticəyə gəlmək olarki, Kontakt home-un rəhbərliyi cənab İlham Əliyevin tövsiyyələrini qulaq ardına vurduğu kimi özündən qanunlar da çıxarır.
Sonda onu da bildirək ki, bu şirkət Milli Məclisin üzvü Elnur Allahverdiyevə məxsusdur.
Deyəsən cənab Elnur Allahverdiyev dövlətin içində dövlət yaratmaq, Prezidentin tövsiyyələrini qulaqardına vurmaq istəyir. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:17-05-2021, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-05-2021, 10:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32