reklam
Regionxeberlericom.az » Gündəm » "Heç nədən bizi dövlətdən narazı salırlar..." - Saatlıda NARAZILIQ

reklam

"Heç nədən bizi dövlətdən narazı salırlar..." - Saatlıda NARAZILIQ



“Oğlumun uşaqlıqdan əlilliyi var, ayağını çəkir. 3-4 yaşından bu günədək də əlilliyə görə pensiya alıb. Bu yaxınlarda pensiyasını kəsiblər, vermirlər. Uşaq da sağalmayıb, əvvəlki kimidir, indi mən burdan nə anladım? Yəni səbəb nədir, bilmirəm”.

Saatlının Əlisoltanlı kəndinin sakini Natiq Sarıyev belə deyir. Ata bildirir ki, problemi ilə bağlı aidiyyatı qurumlara - Saatlı Rayon Mərkəzi Xəstəxanasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Ancaq cavab ala bilməyib: “Nə də kimsə məni məlumatlandırmır ki, uşağın pensiyasının kəsilmə səbəbi nədir. Bəlkə uşağım sağalıb, amma mənim xəbərim yoxdur?”

Natiq Sarıyev deyir ki, oğlu Məhəmməd Sarıyev dünyaya gələndə sağlam olub. 3-4 aylığında xəstələnib. Düzgün təyin edilməyən müalicə, iynə və dərmanlar onun halını pisləşdirib və uşaq ağır vəziyyətə düşüb: “İlk apardığımız həkim sistemlər, dərmanlar yazdı. Kəndə qayıtdıq, hamısını aldıq və müalicəyə başladıq. Elə müalicənin 2-ci günündə uşaqda tutmalar, qıcolmalar oldu. Çox pis duruma düşdü, yaman qorxduq, elə bildik öləcək. Qaçırtdıq Bakıya, həkimlərə. Çox çətinliklə özünə gəldi. Həmin vaxtdan sonra da onda nevroloji problemləri yarandı. Beynində sıxılma var, eyni zamanda sol ayağını içəri atır, ayağı get-gedə daha da əyilir”.

Natiq Sarıyev deyir ki, oğlunun ayağında, beynində problem olduğu, nevroloji problemlərinin varlığını 3 yaşında biliblər. Elə həkim ekspertizasının rəyi ilə həmin vaxtdan pensiya alır: “Az alırdı, yavaş-yavaş artıb olmuşdu 200 manat. Həmin pulla ildə lazım olan müalicələrini etdirirdik. Bir sözlə, xəsrclərini qarşılayırdı. Amma indi məcburam hamısını özüm edəm. Kənd yeridir, çətinliklə dolanırıq. Birini edirəm, biri qalır, üzülürəm. Bu uşağın problemi olduğu halda, haqqı olan pensiya niyə kəsilməlidir axı? Üstəlik, vəziyyətində hər hansı bir dəyişiklik də yoxdur”.

Ailə pandemiyadan öncə, 2020-ci ilin əvvəlində Məhəmmədi İrana da aparıb. Həkimlər baxıb, müayinə ediblər və nevroloji problemlərinin odluğunu, ayağının bu səbəbdən get-gedə əyildiyini bildiriblər: “Üstəlik, zehni problemi də var. Məsələn, dərs yadında qalmır. Dəfələrlə oxuyur, amma heç nə yadında qalmır. Artıq anlamışıq, bu uşaq oxumayacaq. Deyirik, heç olmasa gələcəkdə o da təsərrüfatla dolana, eyni zamanda dövlətin verdiyi pensiya da hardasa dadına çatar. İndi bizi yarıyolda qoydular. Razıyam, aparsınlar tamamilə sağaltsınlar, pensiya lazım deyil. Amma problemi var axı, faktiki hər il bir ətək pul tökürük müalicələrinə və düzəlmir”.

Ata bildirir ki, oğlunu bu yaxınlarda Saatlının həkim komissiyasından da keçiriblər. Verilən rəydə də bildirilir ki, uşaq xəstədir və reablitasiyaya ehtiyacı var: “Heç nədən bizi dövlətdən narazı salırlar. Ya aparıb sağaltsınlar, ya da pensiyasını versinlər. Faktiki xəstədir və ona pensiya düşür. Daimi diqqətə, qayğıya, müalicəyə ehtiyacı var”.



Paylaş:


Müəllif : Tarix:
27-05-2021, 10:40
Sikayət   


loading...
Загрузка...