Ağcabədidə məhkəmə belə işləyirmiş... - NARAZILIQ!
Əgər xatırlayırsınızsa, ötən il redaksiyamızda olan Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün Səfərov Cəlil Hayqan oğlunun onu təhdid edən Ağcabədi rayonunun Hüsülü kənd sakini Puri Siyavuş Həsən oğlunun hərəkətləri barədə məlumat vermişdik. Şikayətçi C.Səfərov «Təzadlar»a açıqlamasında bildirmişdir ki, qəbirstanlıqda başına «Makarov» tipli tapança dirəyərək onu öldürməklə təhdid edən Ağcabədi rayonunun Hüsülü kənd sakini Puri Siyavuş Həsən oğlu ilə bağlı aidiyyəti dövlət orqanlarına məlumat versə də, Ağcabədi polisi heç bir tədbir görməyib və araşdırma aparmayıb. Nəticədə, bu gün Siyavuş Puri rayonda rahat həyatını yaşayaraq əməllərini davam etdirir. Ona görə də C.Səfərov yenidən redaksiyamıza gələrək mətbuat vasitəsilə Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət etmək qərarına gəlib.
Beləliklə, C.Səfərovun Azərbaycan Respublikasının Baş Prokuroruna (Qeyd edək ki, şikayətçinin müraciəti həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Daxili İşlər naziri cənab Vilayət Eyvazova ünvanlıdır) yazılı və videomüraciətini təqdim edirik. Müraciətdə deyilir:
«Hörmətli cənab Baş Prokuror!
Bildirirəm ki, 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal edildikdən sonra ailəmizlə birlikdə Ergi qəsəbəsində məskunlaşdıq. Həmin vaxtdan 2013-cü ilə qədər Ağdam Rayon İcra Hakimiyyətindən 15 illik icarəyə götürdüyüm 40 hektar topaq sahəsində kənd təsərrüfatı işləri ilə məşğul oldum. Təsərrüfat işləri ilə bağlı yaxın dostum, ailəvi get-gəlimiz olan Ağcabədi rayonunun Hüsülü kənd sakini Puri Siyavuş Həsən oğlundan illik 10 faizlə sələmə 41 min manat pul götürdüm. Soğan əkdim. Ancaq həmin il kənd təsərrüfatı məhsullarının xaricə ixracında məhdudiyyət yarandığına görə əldə etdiyim tonlarla məhsul zay oldu. Külli məbləğdə ziyana düşdüm. Ona görə də 2 il Puri Siyavuş Həsən oğlundan götürdüyüm pulun yalnız faizini ödədim. Növbəti illərdə də təsərrüfatdan qazanc əldə edə bilmədim. Bu səbəbdən də Ağcabədidəki evimi banka girov qoyaraq kredit götürüb Siyavuş Purinin pulunun faizini vermək məcburiyyətində qaldım. İki ildən sonra Siyavuş Puridən xahiş etdim ki, maddi imkanım artıq tükənib, faizi dayandırsın, götürdüyüm pulun özünü hissə-hissə qaytarım. Siyavuş əvvəlcə razı oldu. Mən də "CİP", Jiquli "06" markalı avtomobillərimi, mal-qaramı satıb hissə-hissə əsas borcdan 26 min manatı Siyavuşa qaytardım. Ona ödədiyim borclar barədə əlyazma şəklində qeydlər də vardır, özü də bunu inkar etmir. Ancaq sonradan Siyavuş özünün də başqasına borc ödədiyini deyərək faizin dayandırılmasına razı olmadı. Lakin mənim də həmin dövrdə baş vermiş pul devolvasiyalarından sonra maddi imkanım çətinləşdi, qalan 15 min manat borcumu qaytara bilmədim, vaxt istədim. Ona görə də Siyavuşla aramızda narazılıq yarandı.
2017-ci ilin aprel ayında Siyavuş Puri zəng edərək mənimlə görüşmək istədiyini bildirdi. Görüş yerimiz Ağcabədi rayonunun Rəncbərlər kəndinin yaxınlığı oldu. Dəfələrlə telefonda Siyavuşa demişdim ki, məni intihar həddinə gətirmə, imkan ver, pulunu hissə-hissə qaytarım. Siyavuş məni yaxınlıqdakı qəbiristanlıqda bir məzarın yanına aparıb dayandı, dedi ki, telefonda tez-tez özünü öldürəcəyini deyirsən, bax bu adamın da mənə borcu vardı, intihar edərək canını qurtarmaq istədi, özünü öldürdü, amma mən onun ailəsindən əl cəkmədim, pulumu aldım, sən də özünü öldürsən, borcunu ailəndən alacam. Sonra da cibindən tapança çıxarıb mənə doğru tuşladı və hədə-qoxu ilə onun maşınına oturmağımı tələb etdi. Bilirdim ki, onun doğmaları Ağcabədidə yüksək vəzifədə çalışır, özünün də hər şeyə qadir imkanları var. O, məni öz maşını ilə Ağcabədi rayon notariat kontorunun arxa tərəfindəki uçuq bir evin yanına gətirdi. Maşından düşüb həmin evin yaxınlığında dayanan tanımadığım bir adama yaxanlaşdıq. Sonra uçuq evin içərisinə daxil olduq.
Siyavuş mənə dedi ki, qalan borcu rəsmiləşdirmək üçün bu adamın adına yazılan müqaviləni imzala, ölüm-itim dünyasıdır, səninlə nə işim var ki?! Həmin adamın kim olduğunu soruşdum. Siyavuş dedi ki, həmin adam onun bacısı qızının həyat yoldaşıdır, adı Həsənov Arzu Zeynal oğludur. Dedim, axı mən bu adamı tanımıram, ondan pul götürməmişəm. Siyavuş isə dedi ki, sən müqaviləni imzala, sonra tanış olarsınız, bundan sonra qalan pulu, yəni 15 min manatı ona verərsən. Mən də inanıb Siyavuşun təzyiq və təhdidləri altında Arzu deyilən adamın əlindəki kağızı imzaladım. Siyavuşun dediyi borc müqaviləsini imzalayarkən kağızda gözümə 18 rəqəmi sataşdı. Öz aləmimdə fikirləşdim ki, yəqin qalan borcumun faizini də üstünə gəlib, ona görə də 18 min manat yazılıb, halbuki Siyavuşa qalan borcum 15 min manat idi. Hesab etdim ki, əsas borca 3 min manat faiz əlavə edib. Müqaviləni imzalayandan sonra Siyavuş binadan bayıra çıxdı. Bu zaman Arzu adlı şəxs məndən mobil telefon nömrəmi aldı. Bundan sonra Siyavuş məni öz şəxsi avtomobili ilə qəbiristanlıqda qalan maşınımın yanına gətirdi. Siyavuş dedi, narahat olmayım, müqavilə imzalatmaqda məqsədi onu özünün də borclu olduğu adamlara göstərməkdir ki, onun da başqalarından alacaqları var. Sonra da o, bu barədə hüquq-mühafizə oqanlarına şikayət etməməyimi xahiş etdi.
Hörmətli cənab Baş Prokuror!
Aradan bir neçə gün keçəndən sonra Arzu Həsənov zəng edərək mənimlə görüşmək istədiyini bildirdi. Mən onunla Ağcabədi şəhərindəki Heydər Əliyev parkının qarşısında görüşdüm. Arzu məndən imzaladığım müqavilədəki yazılanlardan xəbərim olub-olmadığını soruşdu. Mən "yox" cavabı verdim. O da qayıtdı ki, sən öz əlinlə öz evini yıxdın, imzanla mənə 180 min manat borclu olduğunu təsdiqlədin, bunun altından necə çıxasaqsan? Dedim, ola bilməz. İkincisi də, bu notariat qaydasında imzalanan sənəd deyil, adi bir kağızdır, amma mən 15 min manat borcumu inkar etmirəm. O, imzaladığım kağızı mənə göstərdi. Həqiqətən də müqavilə deyilən borc kağızında 180 min manat yazılmışdı. Soruşdum ki, o, bu saxtakarlığa niyə razılıq verib? Dedi ki, onun da Siyavuşdan alacağı var, ona görə bu işə qarışıb. Həm də əlavə etdi ki, haqqında çoxsaylı şikayətlər olan Siyavuşun adı hüquq-mühafizə oqanlarının siyahısında olduğu üçün bu işdə də adının hallanmasını istəmir. Həqiqətən də elədir, Siyavuş rayonda faizə pul verərək, sonradan borcunu qaytara bilməyənlərin çoxunu ağlar günə qoyub. Elə Siyavuşun idarə etdiyi maşının 04 BB 111 dövlət nömrə nişanı əslində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan Əsgər adlı şəxsə məxsusdur, borcunu qaytara bilmədiyinə görə maşınının nömrəsini tutub əlindən alıb.
«Məni ölümlə hədələyən, başıma tapança dirəyən Siyavuş Purinin yaxın qohumları Ağcadədi rayonunda yüksək vəzifələrdə çalışırlar, ona görə də…»
Hörmətli cənab Baş Prokuror!
Bir müddətdən sonra Siyavuş mənə hədə-qorxu gəlməyə, hətta ölümlə təhdid etməyə başladı. Mən bu barədə Arzu Həsənovla söhbət etdim. O, mənə hüquq-mühafizə orqanlarına şikayət etməyimi söylədi. Bundan sonra Siyavuş Purinin başıma gətirdiyi oyunlar, məni ölümlə təhdid etməsi barədə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təzlükəsizlik Xidmətinə şikayət ərizəsi ilə müraciət etdim. Həmin şikayət ərizələri baxılması üçün Ağcabədi rayonunun aidiyyəti qurumlarına göndərildi. Onlar da məni dəvət edib şikayətlə bağlı izahatımı aldılar. Amma heç bir tədbir görülmədi. Çünki məni ölümlə hədələyən, başıma tapança dirəyən Siyavuş Purinin yaxın qohumları Ağcadədi rayonunda yüksək vəzifələrdə çalışırlar, ona görədə də Ağcabədi polisi onun başını sığallayır… Qayını Rüfət Hüseynov Ağcabədi rayon Məşğulluq Mərkəzinin direktoru, qayınatası Tofiq Hüseynov “Azərişıq” ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəis müavinidir. Siyavuş Purinin və qohumlarının rayonda restoranları, şadlıq sarayları və s. var… O, yüksək vəzifə tutan qohumlarına arxalanaraq rayonda "at oynadır", hüquq-mühafizə orqanlarının isə onunla heç bir işi olmur. Ona görə də Siyavuş Puri məni hədələyirdi ki, səni öldürəcəm. Mən də qorxumdan evdən çölə çıxa bilmirdim.
Hörmətli cənab Baş Prokuror!
Bir gün xəbər tutdum ki, Siyavuş Purinin göstərişi ilə Həsənov Arzu Zeynal oğlu məndən 159.000 manat məbləğində pul tələbi iddiası, həmçinin iddianın təmin tədbiri olaraq mənə məxsus Ağcabədi şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə, habelə guya Ağdam rayonu, Ergi qəsəbəsində yerləşən şəxsi fermamda saxladığım 400-500 baş qoyun-quzu və mal-qaranın üzərinə həbs qoyulması xahişi ilə Ağdam Rayon Məhkəməsinə ərizə verib.
«Ağdam Rayon Məhkəməsinin hakimi Elşad Bayramov heç bir əsası olmayan, notariusda təsdiqlənməyən, qeyd kitabına yazılmayan dırnaqarası borc müqaviləsini əsas tutub qurama məhkəmə prosesi keçirdi ki…»
Halbuki mənim satmağa heç bir baş quzum da yox idi, nəyim var idi satıb sələmə olan borca vermişdim. Təsəvvür edin, pul Ağdam Rayon Məhkəməsinin hakimi Elşad Bayramovun gözünü necə tutmuşdursa, heç bir əsası olmayan, notariusda təsdiqlənməyən, qeyd kitabına yazılmayan saxta borc müqaviləsini əsas tutub belə bir iddia ərizəsi əsasında qurama məhkəmə prosesi keçirdi. Sonra isə saxta iddiaçı tərəfindən tərtib olunan ssenari və saxta "müqaviləyə" hüquqi sənəd kimi istinad etməklə, heç bir məhkəmə araşdırması aparılmadan 1 fevral 2018-ci il və 14 avqust 2018-ci il tarixdə mənə qarşı qanunsuz 2(013)-672/2018 saylı Qətnamə qəbul etdi. Bu ədalətsizliyin son həddi, hakim özbaşınalığının təsdiqi idi! Mən isə Ağdam Rayon Məhkəməsinin hakimi Elşad Bayramovun 1 fevral 2018-ci il tarixli əsassız və qanunsuz Qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verərək Qətnamənin ləğv edilməsini xahiş etdim. Çünki məhkəmə hər hansı sübuta istinad etmədən mülahizələr əsasında qərardad qəbul etmişdi və Ağdam icra şöbəsi də mənim deyil, qardaşım Səfərov Xudaverdi Hayqan oğluna məxsus 180 baş qoyun-quzuya, onun atına və eşşəyinə həbs qoymuşdur. Ağdam Rayon Məhkəməsi isə 9 aprel 2018-ci il tarixli, 2(013)-672/2018 saylı Qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli, 2(013)-672/2018 saylı Qətnaməsindən verdiyim şikayətin guya müddətinin ötürülməsi əsası ilə geri qaytardı. Ağdam Rayon Məhkəməsinin 9 aprel 2018-ci il tarixli, 2(013)-672/2018 saylı Qətnaməsindən verdiyim şikayətə baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli Qərardadı ilə şikayətim təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 9 aprel 2018-ci il tarixli, 2(013)-672/2018 saylı Qətnaməsi ləğv edildi və Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli, 2(013)-672/2018 saylı Qətnaməsindən verdiyim şikayətə baxılması barədə qərardad qəbul edildi. Məhkəmə kollegiyasının iclasında mən və vəkilim şikayətimi müdafiə edərək, Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli, 2(013)-672/2018 saylı Qətnaməsinin ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdik. Ancaq məhkəmə kollegiyası şikayətimin təmin edilməməsi və Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli, 2(013)-672/2018 saylı Qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul etdi.
Mən bu əsassız və qanunsuz məhkəmə Qətnamə və Qərardadından şikayət etdikdən sonra iş Ağcabədi Rayon Məhkəməsinə göndərildi. İşlə bağlı iki dəfə məhkəmə prosesi keçirildi. Sonra şikayətim üzrə iş materialları Ağcabədi rayon Polis Şöbəsinə göndərildi.
«Cənab Baş Prokuror, təəssüflər olsun ki, Ağcabədi rayon prokuroru Salman Səmədov da qanunsuz hərəkətlərə yol vermiş, məni ölümlə hədələyib üzərimə silah çəkmiş şəxsi müdafiə etdi, çünki…»
Ağcabədidə məhkəmə belə işləyirmiş...
Onu da qeyd etmək istəyirəm ki, 12 yanvar 2019-cu il tarixdə teleqramla Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək Puri Siyavuş Həsən oğlunun məni və ailə üzvlərimi dəfələrlə hədələməsi, üzərimə tapança çəkməsi və s. qanunsuz hərəkətləri barədə məlumat verdim. Cənab Baş Prokuror! Təəssüflər olsun ki, Ağcabədi rayon prokuroru Salman Səmədov da qanunsuz hərəkətlərə yol vermiş, məni ölümlə hədələyib üzərimə silah çəkmiş şəxsi müdafiə etdi. Çünki onun qayını Rüfət Hüseynov Ağcabədi rayon Məşğulluq Mərkəzinin direktoru, qayınatası Tofiq Hüseynov “Azərişıq” ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəis müavinidir.
Siyavuş Purinin və bu qohumlarının rayonda restoranları, şadlıq sarayları və s. var. Mən isə məcburi köçkünəm, iki övlad atasıyam, müharibədən zərərçəkmiş sadə insanam. Ağcabədi rayon prokuroru Salman Səmədovun mənə göndərdiyi məktubdan məlum oldu ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərdiyim müraciət 16 fevral 2019-cu il tarixdə İctimai Təhlükəsizlik Bölməsində (İTB) işə alınaraq mənə Siyavuş Puri ilə aramda olan pul mübahisəsinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməyim tövsiyə olunurdu. Prokuror cinayət faktlarına açıqca göz yumurdu! Belə olan halda, mən 2 aprel 2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və müxtəlif dövlət orqanlarına müraciət edərək Siyavuş Puridən aldığım pulu qaytarmağıma baxmayaraq, onun məndən sələmə pul verdiyini, artıq pul tələb etdiyini, həmin artıq pulu verməkdən imtina etdiyim üçün ailə üzvlərimi və özümü ölümlə hədələdiyini, məni Rəncbərlər kənd qəbiristanlığına aparıb üstümə silah çəkərək ölümlə hədələdiyini, 2016-cı ilin mart ayında məni Ağcabədi rayon notariat kontorunun yaxınlığında əslində pul borcum olmadığı və tanımadığım Həsənov Arzu Zeynal oğlu adından saxta borc müqaviləsi bağladığını, sonradan Arzu Həsənovun mənim barəmdə məhkəməyə müraciət edərək pul tələbi irəli sürdüyünü, əsassız və qanunsuz məhkəmə qərardadları çıxarıldığını bildirdim.
Müraciətimdə göstərilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və hüquqi qiymət verilməsi üçün Ağcabədi rayon Polis Şöbəsinin İTB-də toplanmış material və sözügedən müraciətim RPŞ-nin İstintaq bölməsində baxılması üçün aidiyyəti üzrə Ağcabədi rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənova göndərildi. Ancaq müstəntiq Elvin Əlizadə işi obyektiv aparmadır və qarşı tərəfi müdafiə etdi. Bir tərəfdən də Siyavuş Puri tanımadığım adamları öyrədərək üstümə salır, məni şərləyib barəmdə polis şöbəsinə şikayətlər etdirir ki, guya mən həmin adamların pulunu alıb qaytarmıram. Ancaq həmin adamlar özləri Siyavuş Puri tərəfindən öyrədildiklərini səmimi etiraf edirlər. Eyni zamanda, Arzu Həsənovla dəfələrlə etdiyim telefon söhbətlərində onunla aramda borc pul alış-verişi olmadığını özü etiraf edib. Bu telefon danışıqları Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təsdiq olunmuşdur. Ancaq Ağcabədi Rayon Məhkəməsi bu sübutu da nəzərə almadı. Mən dəfələrlə bütün bunlar barədə Ağcabədi rayon Prokurorluğuna və polis şöbəsinə məlumat versəm də, heç bir müsbət dəyişiklik olmadı.
Belə ki, Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Məmmədov Nizami Ağa oğlu cinayət işi başlanmasının rədd edilməsi barədə qanunsuz qərar qəbul etdi. Sanki Ağcabədi polisi məni ölümlə hədələyən Siyavuş Purinin, onu himayə edən qayını Ağcabədi rayon Məşğulluq Mərkəzinin direktoru Rüfət Hüseynovun və qayınatası "Azərişıq" ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəis müavini Tofiq Hüseynovun qarşısında aciz qalıb. Nəticədə, bu gün Siyavuş Puri rayonda rahat həyatını yaşayır, pis əməllərini davam etdirir.
Hörmətli cənab Baş Prokuror!
Başıma gətirilən bu müsibətlər barəsində Sizə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin hakimi Elşad Bayramov kimiləri tərəfindən qanunlarmızın ayaqlar altına atılmasına imkan verməməyinizi və pozulmuş hüquqlarmın bərpa edilməsinə kömək etməyinizi xahiş edirəm. Ağdam Rayon Məhkəməsinin hakimi Elşad Bayramov haqqında müvafiq tədbir görülsün ki, onun çıxardığı ədalətsiz Qətnamələrdən mənim kimi digər zərərçəkmiş şəxslər də ziyan çəkməsin.
Hörmətli cənab Baş Prokuror!
Sonda onu da xahiş edirəm ki, bu iş Azərbaycan Respublikası Baş Prokurorluğunda İstintaqa Nəzarət İdararəsinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin nəzarəti altında obyektiv araşdırılsın».
***
Şikayətçi C.Səfərov əməkdaşımızla söhbətində onu da deyib ki, Siyavuş Purinin şər-böhtanları ilə üzləşməsi azmış kimi, onun əsassız şikayətləri əsasında hətta ''Bandotdel''ə (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Terrorizm və Banditizmə qarşı Mübarizə şöbəsi), Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə çağırılıb. Bunun absurd olduğunu vurğulayan C.Səfərov bəzi məmurların rüşvətxorluğa, korrupsiyaya meylli olmasından sui-istifadə edən Siyavuş Puri kimilərinin şər-böhtanı ilə üzləşdiyini və artıq belə yaşamaqdan bezdiyini bildirib.
P.S. Cəlil Səfərovun üzləşdiyi məhkəmə və məmur özbaşınalığı ilə bağlı videomüraciətini təqdim edirik. //tezadlar.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:28-05-2021, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-05-2021, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08