Ramin Bayramlı təkcə TƏBİB-in sədri yox, həm də TƏBİB olmalıydı… — "Yeni Klinika"nın əsas qayəsi, məramı insan sağlamlığının keşiyində dayanmaqdır
2018-ci ilin dekabrı… Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra Agentlik) nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) yaradılması haqqında Fərman imzalayır.
2019-cu ilin dekabrı… "İcbari Tibbi Sığorta" üzrə Dövlət Agentliyinin Idarə Heyətinin sədri Zaur Əliyev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının təyin edilməsi haqqında əmr imzalayır. Belə desək hələ dünyanın əmin-aman vaxtlarıdır. Bu təyinatı çoxları sıradan bir məmur təyinatı kimi qəbul edir. R.Bayramlının gənc olması bir çoxları tərəfindən rəğbətlə qarşılansa da, təyinata ağız büzənlər də az olmur. Hətta bəziləri məqsədli şəkildə qara piar da təşkil edir. Lakin sözün əsl həqiqi mənasında bu gənc oğlanın prezidentinə, dövlətinə, xalqına olan sadiqliyi tutduğu haqq yolundan çəkindirmir. Necə də olsa gözümüz kürsüdə qocalanlara öyrəşmişdi. Beləcə yeni yaradılmış bir qurum və cəmiyyətə o qədər də tanış olmayan bir gənc məmur...
Yavaş-yavaş Çindən qorxunc xəbərlər gəlməkdədir. Uhan şəhərində insanlığı sınağa çəkən yeni bir virus sürətlə yayılır və bu qapalı ölkənin sərhədlərini aşaraq dünyanı cənginə almağa başlayır. Telekanalların Uhandan verdiyi xəbərlərə o qədər də ciddi yanaşmayan şəxslər bilmirdi ki, bu çağırılmamış taclı qonaq tezliklə çoxlarının qapısını döyəcək.
Nəhayət vəziyyətin ciddiliyi ÜST-ü 2020-ci ilin fevralında Covid-19 virusunu pandemiya elan etməyə məcbur edir. Mart ayında bütün dünya, o cümlədən Azərbaycan evə qapanır… Azərbaycan ictimaiyyəti Ramin Bayramlını daha yaxından pandemiyanın ilk günlərindən tanımağa başladı. Vəzifəyə yenicə təyin olunan gənc bir kadr üçün ağır sınaq dövrü başlayır. Bu təkcə dövlət qarşısında bir sınaq deyildi, həm də insanlıq qarşısında imtahan idi.
R.Bayramlı ilk günlər heç kimin inanmadığı, ciddiyə almadığı, oyun adlandırdığı bu görünməz düşmənə qarşı ön cəbhədə vuruşmağa başladı. O həm insanları inandırmalı, həm də onları səfərbər etməli idi. R.Bayramlı təkcə TƏBİB-in sədri yox, həm də təbib olmalıydı...
Pandemiyanın başlanmasından artıq il yarıma yaxın bir müddət keçib. İndi ona inanmayan qalmayıb. Döymədiyi qapı da tək-təkdir. Bax bu müddət ərzində R.Bayramlının başçılığı ilə TƏBİB komandası Azərbaycanın tibb tarixində bir uğur səlnaməsinə imza atıblar. Həyatlarını ortaya qoyaraq, canlarını riskə ataraq. R.Bayramlı bu “müharibədə” “irəli” əmri verən sərkərdə olmadı, “ardımca” deyən bir komandir oldu!
Artıq üçüncü dalğası geridə qalan “taclı virusun” şıltaqlığından sonra ölkədə pandemik vəziyyət sabitləşməyə doğru gedir-yoluxma sayı hər gün azalmaqdadır. Təbii ki, bütün bunlar peşəkar yanaşmanın,dünya təcrübəsindən düzgün yararlanmanın və TƏBİB-in əsl vətənpərliyinin nəticəsidir. Bir gənc kadr üçün bundan ağır sınaq, imtahan ola bilməzdi. Bütün dünyada insanlığın təhlükə qarşısında qaldığı bir dövrdə bu sahəyə bilavasitə cavabdehlik daşımaq, məsuliyyəti üzərinə götürmək böyük risk idi. Amma, R.Bayramlı çiyinlərini bu yükün altına verdi və Azərbaycan səhiyyəsinin yeni bir uğur səlnaməsinə öz imzasını atmağı bacardı.
Bu çətin günlərdə TƏBİB kollektivi bir komanda kimi fəaliyyət göstərməyi bacardı. Hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək daha əzmlə, ürəklə fəaliyyət göstərdi. TƏBİB-in bütövlükdə Aparat rəhbərliyinin, departament rəhbərliyi əməkdaşlarından Mübariz Ağayevin fəaliyyətini qeyd etməmək mümkün deyil. Onların peşəkarlığı, əsl vətəndaş mövqeyi sərgiləməsi qazanılan uğurlarda böyük rol oynayıb. Məhz TƏBİB komandasının gərgin, şərəfli fəaliyyəti yüz minlərlə insanın həyatının xilas olunmasına, sağlamlığına qovuşmasına səbəb olub.
COVİD-19 pandemiyasının ilk günlərindən ağ xalatlı həkimlərimiz bu amansız düşmənə qarşı mübarizədə ön sıralardadır. Öz həyatlarını riskə ataraq normal şərtlər altında daşınması mümkün olmayan geyimlərdə günlərlə xəstəliklə mücadilə edən ağ xalatlı mələklər bu gün dünyamızın şəfqət,mərhəmət, sevgi simvoludur. Onlar bu gün də insanların həyatını xilas etməkdə, minlərlə ailəyə sevinc bəxş etməkdə davam edirlər.
Bu çətin günlərdə «Yeni Klinika»nın fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Klinikaya rəhbərliyə qısa müddətdə təyin olunmasına baxmayaraq Musa həkim artıq kollektivdə tamamilə yeni bir ab-hava formalaşdırıb. Ən yüksək səviyyədə tibbi xidmət, peşəkar personal xəstələrin sağlamlığına qovuşmasına şərait yaradır. Musa müəllimin yüksək rəhbərlik keyfiyyətləri klinikanı ən qısa müddətdə ölkənin seçilən tibb ocaqlarından birinə çevirib.
Baş həkimin müavini Aygün xanımın da klinikanın inkişafında rolunu xüsusilə qeyd etmək lazımdır. Aygün xanımın pandemiya dövründə peşəkarlığı, gərgin zəhməti amansız düşmənlə mübarizədə böyük rol oynadı. Ötən müddət ərzində istirahətsiz, gərgin fəaliyyət bugünki uğurların təməlindədir.
Nahaq deyil ki, «Yeni Klinika»da hazırda bütün xəstələrə eyni münasibət bəsləndiyinin şahidi olmuşam. İstər fəhlə olsun, istərsə də məmur. Qardaşım Sadiq Mahmudov da bir neçə gün öncə bu amansız virusa yaxalandı. «Yeni Klinika»ya etdiyimiz müraciətə verilən operativ reaksiya həqiqətən bizdə çox yüksək təəssürat yaratdı. Əgər nəzərə alsaq ki, xəstəxanada fəhlə kimi qeydə keçən qardaşımın sənədləri buna bariz nümunədir və məlumat üçün bildirirəm ki, «fəhlə» adı mənim tərəfimdən bilərəkdən təqdim olunmuşdur. Bu bir daha sübut edir ki, TƏBİB-in, «Yeni Klinikanın əsas qayəsi, məramı insan sağlamlığının keşiyində dayanmaqdır. Hal-hazırda klinikada müalicə alan qardaşım və digər pasiyentlər ən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunublar. Müalicə həkmi Firdovsi həkimin peşəkarlığı xəstələrdə inamı gücləndirir. Onun müalicə kursu virusun fəsadlarının minimuma endirilməsində çox böyük rol oynayır. Bütün tibbi personalın xəstələrə qarşı sərgilədiyi insani münasibət özlüyündə bir müalicə kursudur. Belə bir yüksək şəraitin yaradılmasına görə klinikanın rəhbərliyinə, eləcə də bütün tibb personalına təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram.
Bütün dünya çətin bir dönəmdən keçir. Qarşıda bizi hələ hansı çətinliklərin gözlədiyini proqnozlaşdırmaq mümkün deyil. Amma bir fakt ortadadır ki, Azərbaycan dövləti hər vasitə ilə xalqının yanındadır, onun sağlamlığının keşiyindədir. Tarix boyu təbiblər həmişə insanlığın keşiyində durublar, onu minbir bəladan, xəstəlikdən qoruyublar. Bu gün də xalqımızı görünməz düşməndən-amansız virusdan qoruyan TƏBİBimiz var. İnanırıq ki, onlar yazdıqları uğur səlnaməsini davam etdirəcəklər və xalqımız öz ağ xalatlı xilaskarları ilə bir daha qürur duyacaq!
Paylaş:
Müəllif : Fuad
Tarix:31-05-2021, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-05-2021, 11:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01