reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycan da quru sərhədlərini açır? - "Bu, bizə baha başa gələ bilər”

reklam

Azərbaycan da quru sərhədlərini açır? - "Bu, bizə baha başa gələ bilər”



Xəbər verdiyimiz kimi Gürcüstan iyunun 1-dən quru sərhədlərini açır. Qonşu ölkəyə quru yolla PCR testinin neqativ nəticəsi ilə daxil olan şəxslər üç gün ərzində öz hesablarına təkrar test verməli olacaqlar.

Maraqlıdır, Azərbaycanda quru sərhədlərin açılmasına ehtiyac varmı? Bu, turizm sahəsinə necə təsir edəcək?

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sfera.az-a açıqlamasında qeyd edib ki, hava və ya quru sərhəddi olmasından asılı olmayaraq, istənilən sərhəddin açılması gələcəkdə turizmin inkişafı üçün müsbət amildir:

"Lakin indi daxili turizmə üstünlük verilsə, daha yaxşı olardı. Çünki daxili turizm də ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və daha çox gəlir gətirə bilər. Vaxtından əvvəl quru sərhədlərin açılması isə, münasib deyil. Pandemiya hələ səngiməyib, xəstələnlərin sayı kifayət qədərdir. Nəzərə almaq lazımdır ki, koronavirusun yeni ştammları ortaya çıxır, daha hansı fəsadların ola biləcəyi haqqında məlumatımız da yoxdur. Quru sərhədlər açılarsa, o ştammların Azərbaycana gəlməsi mümkündür ki, bu da vəziyyətin pisləşməsinə səbəb ola bilər. Bu baxımdan quru sərhədlərlə bağlı tələsmək olmaz, çünki bu, bizə baha başa gələ bilər”.

Daxili turizmin hazırkı vəziyyətindən bəhs edən müsahibimiz qeyd edib ki, bayram günləri, həftə sonları regionlardakı otellərdə bir yer belə tapılmır:

"Hamısı artıq tutulub. Bu da onu göstərir ki, bölgələrdə yeni otellərin inşasına ehtiyac var. Gürcüstan quru sərhədlərini açmaqla iqtisadiyyatına xeyir vermək istəyir. Amma Azərbaycanda daxili turizmlə bağlı imkanlar da genişdir, onunla quru sərhədlər məsələsinin kompensasiya etmək olar. Hazırda şimal-şərq bölgəsinə üz tutanlar daha çoxdur. Məsələn, Quba, Xaçmaz, Qusar, o cümlədən şimal-qərb – Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı kimi bölgələrə üstünlük verilir. Cənub bölgəsində isə, Lerik, Masallı, Lənkəran ön plandadır. Birinci yeri ümumiyyətlə, şimal-qərb və şimal-şərq zonaları tutur. Otellərdə xüsusilə şənbə-bazar günləri və bayramlarda yer tapmaq mümkünsüzdür”.

Ekspertin fikrincə, digər ölkələrə üz tutan vətəndaşların sayında azalma var və bunun əsas səbəbi pandemiyaya görə insanların qorxmasıdır.


Paylaş:


Müəllif : Tarix:
31-05-2021, 13:27
Sikayət   


loading...
Загрузка...