“Expressbank” 5 manata görə min oyun edir... - GİLEY
"“Express Pay”dən “Azəriqaz”ın “Smartkart”ına 5 manat vurdum, karta oturmadı, çekdə də hər hansı məbləğ göstərmədi. Yolumun üstündə “Expressbank” var, soruşdum, qeydə aldılar. Dedilər ki, bəli, ödəniş edilib, amma karta oturmayıb. Pulunuz ya karta oturacaq, ya da sizə xəbər edəcəyik gəlib götürəsiniz". DİA.AZ bildirir ki, bu barədə Aygün Əhmədova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.
Daha sonra narazı vətəndaş yazır: "İkinci variantı məqbul hesab etməsəm də, dedim görək nə edəcəklər. İki gün sonra zəng vurdular ki, karta oturda bilmərik, ya sizin hansısa başqa kommunal ödənişinizi edə bilərik, ya da yaxınlaşıb bankdan götürə bilərsiniz. Kommunal ödənişləri etdiyim üçün, banka gedəndə, dedim ki, bunu da maraqlanım, nağd götürüm. Qarşıma Ərizə nümunəsi qoyublar ki, oturun belə bir ərizə yazın banka, araşdıraq, sonra sizə pulu qaytarılması prosesi ilə bağlı məlumat veriləcək. Təbii ki yazmadım, müştəri olaraq bunu hörmətsizlik hesab etdim. Sistemdə görünür ki, pulum sizdədir, bunu geri qaytarmaq üçün ərizəyə nə ehtiyac var? Bu nə qaydadır axı? Pulum sənin aparatının normal işləməməsi ucbatından yüklənməyib, 5 manata görə indi vaxtımı niyə alırsan?
Və o pulu karta oturtmaq sistemi bu qədər çətindir?
Bankda şikayət etmək istədim, yerində şikayət qəbul edilmədiyi bildirildi. Qaynar xəttlərinə şikayət etdim, 1 həftədən çox keçib, reaksiya yox".
Paylaş:
Müəllif : Yazar
Tarix:5-06-2021, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-06-2021, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti