reklam
Regionxeberlericom.az » Gündəm » Kəmaləddin Heydərovun MATAH TENDERYEYƏNİ... - İLGİNC FAKT

reklam

Kəmaləddin Heydərovun MATAH TENDERYEYƏNİ... - İLGİNC FAKT



Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tenderin qalibini elan edib.

Şəxsi heyət üçün səhra geyim dəstləri və digər yumşaq inventarlar satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.Açıq tenderin qalibi "Şahdağ Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi qalibə 1 milyon 765 min 787 manat ödəyəcək.

Sözügedən "Şahdağ Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti əslində FHN-nin tenderlərini bundan əvvəl də qazanıb. Məsələn keçən il Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-təchizat İdarəsi yumşaq inventarların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurularkən də tenderin qalibi "Şahdağ Təchizat" MMC elan olunmuşdu.

Həmin vaxt isə qalib şirkətə 3,8 milyon manat ödənildi.

Xatırladaq ki, "Şahdağ Təchizat" 2017-ci ildə cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Bu günə şirkətin 6 119 manat vergi borcu var.

Hər halda bu faktın özü belə müvafiq dövlət qurumlarının araşdırma aparması üçün kifayət qədər cəlbedicidir.

Görünəni odur ki, "Şahdağ Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti FHN şefi Kəmaləddin Heydərov üçün çox əzizdir...

Tender müsabiqəsilə bağlı maraqlı məqamlardan biri odur ki, hal-hazırda da "Şahdağ Təchizat" MMC-nin dövlət büdcəsinə 83 min 128 manat 55 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.


Paylaş:


Müəllif : Tarix:
7-06-2021, 13:23
Sikayət   


loading...
Загрузка...