Qəbələdə şəhid adını daşıyan məktəbə düşmən münasibəti... - FOTOLAR
Bum Qəbələnin ən böyük qəsəbələrindən biridir. Təəssüflər olsun ki, bu qəsəbənin məktəbi qəzalı vəziyyətdədir. Şəhid Təbriz Yaqubovun adını daşıyan məktəb 1983-ci ildə istifadəyə verilib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 627 şagirdin təhsil aldığı məktəbin vəziyyəti olduqca acınacaqlıdır. Üç mərtəbədən ibarət olan məktəbdə 30 sinif otağı mövcuddur. Hazırkı vəziyyətdə bu sinif otaqlarının 10-dan istifadə etmək, demək olar ki, mümkün deyil. 34 il bundan əvvəl istifadəyə verilən məktəbdə bu günə kimi bir dəfə də olsun, əsaslı təmir işləri aparılmayıb.
Məktəbdə hazırda istilik sistemi yoxdur, elektrik sistemi bərbad haldadır. Döşəmə betondan ibarətdir, pəncərələrdən istifadə etmək mümkünsüzdür. Binanın özülünün daşları ovulduğundan məktəb hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Təhsil müəssisəsinin dam örtüyü də yararsız vəziyyətdədir. Xüsusi ilə payız-qış mövsümündə yağış və qar suları dam örtüyündən damaraq sinif otaqlarını bərbad hala salır.
Məktəb direktoru Məlahət Dadaşovanın sözlərinə görə, təhsil müəssisəsinin qəzalı vəziyyətdə olması şagirdlərin dərsə davamiyyətinə də təsir göstərib. Bu da nəticədə tədrisin keyfiyyətinə mənfi təsir edir. O bildirir ki, aidiyyəti qurumlar tərəfindən məktəbin təmiri ilə bağlı lazımi tədbirlər görülməzsə, uçmaq təhlükəsi ilə üzləşən məktəbdə gələcəkdə bədbəxt hadisələr qaçılmaz olacaq.
Müəllim işgüzarlığı, gözəl və səliqəli sinif otaqları, müasir texniki qurğular, heç şübhəsiz ki, təhsilin uğurlu nəticələrinə hesablanmış ən mühüm amildir. Millətin gələcəyi olan təhsilə qayğı qeyd etdiyimiz kimi, bu gün ölkədə gündəmdə olan əsas məsələlərdən biridir. Zaman-zaman xırda təmir işləri görülməsinə baxmayaraq, məktəb binası uçmaq üzrədir.
Müəllimlərlə söhbətdən məlum olur ki, köhnə qapı-pəncərələri, uçulmuş tavanı olan bu binanı qışda qızdırmaq mümkünsüzdür. Soyuq sinif otaqları əsl xəstəlik mənbəyidir. Məktəbin hasarı rolunu oynayan lövhələr sovetlər dönəmindən qalan yadigardır. Məktəbin həyətindəki mal-qara, ev quşları, zibilliklər adamın gözünə girir.
Şəhidin şəkli və adı həkk olunmuş lövhədəki abidə-kompleks xarabalığı xatırladır. Təmirsiz dəhliz və sinif otaqları, demək olar ki, boşdur. Quru divarları və sınıq-salxaq oturacaqları olan otaqların heç birində əyani vəsaitə, dərs cədvəlinə, bir barmaq yazıya belə, rast gəlmək olmur. Halbuki qəsəbə sakinləri məktəbin sovetlər dövründə olduqca səliqəli və rayonun ən sayılıb-seçilən təhsil ocaqlarından biri olduğunu deyirlər.
Məktəbin mövcud durumu haqqında əlaqədar təşkilatların xəbəri var və məktəbin əsaslı təmir olunacağını bildirirlər. Qəbələ Rayon Təhsil Şöbəsinin əməkdaşı Yaşar Nəzirov da deyir ki, yaxın zamanlarda məsələ həll olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2019, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2019, 09:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24