Baba Rzayevin qardaşından Prezidentə təxribat: sahibkarı aldadıb intihara çatdırıb -Milyonluq iş
Ölkədə hər cür məmur özbaşınalığı, harınlığı ilə qarşılaşmışdıq, amma belə misli görünməmiş qudurğanlıq, saymazlıq, dövlətə və Prezidentə qarşı təxribat haqda ilk dəfə eşidirik. Bu günədək ayrı-ayrı nazirlər, vəzifəli şəxslər, icra başçıları, komitə sədrləri müxtəlif qanunsuzluqlara imza atıblar, maliyyə cinayətləri törədiblər, buna görə həbs ediləni, cəzalandırılanları var, lakin bəhs edəcəyimiz məsələ Azərbaycanda analoqu görünməyən haqsızlıq, vicdansızlıq və dövlət rəhbərliyinə qarşı provokasiya hesab edilməlidir.
Belə ki, Prezident İlham Əliyevin açılışında iştirak etdiyi ölkənin ən böyük tikinti və sənaye obyekti sayılan Mingəçevir AZİES-in tikintisi ilə əlaqədar bu işdə əməyi olanların haqqı pozulub, hüquqları tapdanıb, onlara ödəniləcək maliyyə indiyə qədər ünvanına çatdırılmayıb.
Nazirin adı qarışan qalmaqallı işdə sükutu…
Bu barədə energetika naziri, Pərviz Şahbazova müraciət edən Nicat Həsənov və Rəşad Şirinov sensasion faktlar açıqlayıblar. Ölkədə keçirilən kadr islahatlarından sonra nazir təyin olunan Pərviz Şahbazov əslində adının bu işdə hallanmaması, məsələnin ictimailəşməməsi üçün onların müraciətinə operativ və yerindəcə reaksiya verməli, problemi yoluna qoymalıydı. Lakin cumhuriyyet.az-a o da məlum olub ki, nə Energetika naziri, nə də bu işdə adı keçən və cavabdeh tərəflər vətəndaşların şikayətini həll ediblər.
N.Həsənov və R.Şirinovun müəllifi olduğu müraciətdə nazirin nəzərinə çatdırılır ki, şəxsən P.Şahbazovun 2018-ci ildəki səfəri zamanı Mingəçevir AZİES-in tikintisinin boya işlərini yerinə yetiriblər.
“Amma həmin o boya işlərinin ödənişi hələ də yerinə yetirilməyib. Mən gördüyüm işlərin hamısının sübutunu şəkil və videolar ilə sizə təqdim etməyə hazıram.
Cənab nazir, mənim babam Nağı Qəhrəmanov və dayım Çapay Qəhrəmanov hər zaman vətəninə, dövlətinə layiqli xidmət göstəriblər. Biz də onların yolunu gedərək dövlətimizə xidmət edirik. Sizdən artıq dərəcədə xahiş edirəm, bizə köməklik edəsiniz”, -deyə müraciətdə bildirilir.
Nazirə edilən müraciətdə aysın olur ki, onlar “YAPSAN” firması olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. Ana firma – podratçı “ELEKTRO İNDUSTRİES” QSC olub.
Müraciətdə deyilir ki, hələ ana şirkət “Azərenerji” ASC ilə boyama işləri barədə müqavilə bağlanmadığına görə onlar qeyri-rəsmi olaraq işə başladıqları üçün arada qeyri-rəsmi olaraq qiymət razılaşması əldə olunub.
“Yapsan” MMC 1 milyon 670 min manatı ödəmir – Dərəbəylik
Daha sonra cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bu qiymət razılaşmasında, diametri 20 sm-dan böyük olan boru materiallarında 1 m2 üçün 14,70 AZN ƏDV-siz, diametri 10 sm-dan kiçik olan boru materiallarında 1 p/m üçün 4,40 AZN ƏDV-siz, diametri 10 sm-dan 20 sm-ə qədər olan metalkonustruksiya və ya boruların 1 p/m üçün 7,90 ƏDV-siz, metal boruların istiyə davamlı boya ilə rənglənməsi üçün 1 m2 17,95 ƏDV-siz qiymət təyin olunmasında razılaşıblar. 2018-ci ilin oktyabrından boya işlərinə start verilib. Şikayətçilər bunu votsap nömrələrinə göndərilən şəkil və videolarla sübut etməyə hazırdır.
“Mən boya işlərinə 2018-ci ilin oktyabrında başlamışam. Bunu şəkillər və videolar ilə və aldığım boyalar ilə sübut edirəm. Sonradan 2019-cu ilin aprelində “Yapsan” MMC ilə bağlanılan rəsmi müqavilə 1 m2 üçün 10,10 AZN (on manat on qəpik) rəsmi qiymət razılaşması təklif etdi və qeyri-rəsmi qiymət razılaşmasını və p/m üçün olan məbləği qeyri rəsmi olaraq veriləcəyini əmin etdilər, boya işlərinə aid ilk ödənişi 2019-cu ilin iyununda ediblər.
2018-ci ilin oktyabrından, 2019-cu ilin aprel ayına qədər işlədiyim işin qeyri-rəsmi hissəsinin rəsmi hissəsi ilə olan fərqinin ödənişi bu günə qədər Şirinov Rəşada ödənilməyib”, -deyə nazir Pərviz Şahbazovun diqqətinə çatdırılır.
N.Həsənov bildirir ki, bu gün həm dövlətə olan vergi borcunu ödəyə bilmir, həm də 2019-cu ilin avqustundan bu günə qədər fəaliyyətini bərpa edə bilməyib: “Üzümə də bütün dövlət orqanlarının qapıları bağlıdır. Heç bir yerdə işləməyimə də imkan vermirlər. Bu məbləğ nə az, nə çox 1 milyon 670 min manat vəsait edir.
Xahiş edirəm, qeyri-rəsmi qiymət razılaşmasında təyin olunan paqon metrlərin və hər kvadrat metrə aid olan 4,60 AZN (dörd manat altmış qəpik) kəsr məbləğini mənə ödəsinlər. Mən həm dövlətə olan vergi borcumu ödəyim, həm də fəaliyyətimi bərpa edə bilim.
Həmçinin, Azərbaycan İES “MMC”-nin daxilində inzibati binanın təmizlik işlərini və tullantıların ərazidən uzaqlaşdırılmağını etdirmişəm. Onunda məbləği 35 000 manat edib. İndiyə kimi ala bilməmişəm”.
“Azərenerji” ilə “ELEKTRO İNDUSTRİES” QSC-nin müqaviləsiz oyunu
Əslində bu faktlar və nazirə edilən müraciət kifayət etməliydi ki, vətəndaşlara olan borc ödənilsin. Amma nə nazirlik işə qarışır, nə şirkət dövləti, onun rəhbərliyini sayır.
Bu, ölkədə görülən işlərə kölgə salmaq, vətəndaşlarda narazılıq yaratmaq və dövlət başçısına qarşı təxribat törətmək, sabotaj etmək deməkdir. Həmçinin, ərazidə tikinti zamanı iclas etmək üçün köhnə yeməkxananın yanında Sədr otağı adlandırılan otaqları da təmir ediblər. Bu da 37 594,65 ƏDV-siz məbləğ edir. Bunun da ödənişi “Azərenerji” ASC ilə “ELEKTRO İNDUSTRİES” QSC müqavilə olmadığına görə qeyri-rəsmi olaraq adıçəkilən şikayətçi tərəflərə ödənilməlidir.
N.Həsənov və R.Şirinov qeyd edirlər ki, bunu da indiyədək ödəməyiblər: “Mən bütün bu yazdıqlarımı ayın tarixi ilə şəkillər və videolar vasitəsi ilə sübut edirəm.
Bütün bu gördüyüm işlərin sübutu üçün 2018- ci ilin oktyabrından mən Rəşad Şirinov və komandasının zavodun daxilində sadaladığım bu işlərin görüldüyünü kamera vasitəsi ilə arxivdən çıxarıb baxa bilərsiniz.
Mənim dövlətə olan vergi borcumu 2019-cu ilin avqustundan şirkətə qoyulan bloka görə bu günə qədər hesablanan, peniya da daxil olmaqla borcumun ödənilməsini tələb edirəm. Ümumi ödəniləcək məbləğ “ELEKTRO İNDUSTRİES” QSC-dən şirkətin peniyasından əlavə 1 670 000 manatdan yuxarıdır.
2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və “YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında “Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq. Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb.
Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm.
Müqavilənin uzanma müddəti “Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olmuşdur. Xahiş edirəm, insani hisslərlə yanaşı, mənim həm şirkətimin yenidən bərpasını həll edəsiniz, həm də mənim həmin müddətdə yaranan borclarımın qarşılığını ödəyəsiniz”.
Prezidentin iştirak etdiyi obyektdə sandal
Müraciət müəllifi qeyd edir ki, flaşkartda həmin dövrə aid olduğunu sübut edən foto, video və yazışmalar var.
Onun sözlərinə görə, problemlərini dövlətin nəzərinə çatdırdıqları üçün hədə-qorxu ilə üzləşirlər. O da bir daha yada salınır ki, bu sənaye obyektinin açılışında Prezident iştirak edib.
Bununla belə borclu tərəflər görülən işlərə görə ödəniş etmir, dövlət rəhbərliyinin diqqəti və iştirakı olan layihə ilə bağlı qalmaqal yaradır, əməyi olan şəxsləri narazı salırlar.
Müraciət müəllifləri bildirirlər ki, nə olursa-olsun, həqiqət və ədalət öz yerini tapacaq. Onların sözlərinə görə, boya işinə ayrılan vəsaitin onlardan oğurlanması ilə bağlı haqlı olduqlarını sübut etmək üçün sona qədər mübarizə aparacaqlar.
Bundan əlavə, xüsusi vurğulanır ki, bu işlə əlaqədar bütün dosye, foto və video sübutlar Prezident İlham Əliyevə təqdim olunacaq.
“Baba Rzayevin qardaşı Emin Rzayev pulumu yeyə bilməyəcək. Lakin xəstəlik tapıb ölməmiş bütün bunlar baş verməlidir. Cənab Prezident, xahiş edirəm ki, Sizin dövlət büdcəsindən ayırdığınız vəsaitlə görülən bu layihə ilə bağlı boya işlərinin smetası yenidən hesablansın, yoxlanılsın, həqiqət üzə çıxsın. Nəyə görə Emin Rzayev daha çox qazansın, biz ziyana getməliyik, evimi, maşınımı satmalıyam?”, -deyə müraciətdə sual olunur.
Müraciətdə deyilir ki, Emin Rzayev onların pulu ilə dövlətin müəssisəsini qurtarır, bir az da pullanır: “Ad qazanır, ancaq mən məhv oluram. Cənab sədr Baba Rzayevden Allah razı olsun, hətta onu da aldadıb ki, artıq pulu Şirinov Rəşada vermişəm. Halbuki, heç ziyanımı qarşılamadı. Mənə yalvarırdi ki, cənab sədr bizi qovmasın, sən bütün işləri bitir, mən sənin nə xərcin varsa verəcəm”.
Baba Rzayevə yalan məlumat
“Azərenerji” tərəfindən “Elektro Industries” QSC-yə boya işlərinə görə “AZIES Mingəçevir” layihəsinə görə normal pul ayrılıb. Müraciətdə qeyd olunur ki, həm paqonmetr, həm kvadratmetr üçün ödəniş olmalıydı: “Mən strateji obyektdə özbaşına necə iş görə bilərdim?
Ən böyük obyekt inzibati bina, laboratoriya binası (6 mərtəbə), maşın zalı və bir çox layihələr bitirmək üçün mənə yalvardı, axırda pul verilməyəndə Rəşad bacarmadı? Ona görə Prezident gəlib razı qaldı, təşəkkür etdi. Allah görür, haqqımı kəsənlər cavab verəcəklər”.
Redaksiya olaraq onu da deyək ki, bu işdə müraciət müəlliflərinin və qarşı tərəfin əlaqə nömrələri var. İstər nazirlik, istərsə digər müvafiq orqanlar tərəflərlə məsələni aydınlaşdıra bilərlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-06-2021, 14:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-06-2021, 14:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09