Sumqayıtda kimlər narazılıq yaradır... - VİDEO
Sumqayıtda Qarabağ əlillərinə qarşı baş verən qanunsuzluqdan, ədalətsizlikdən, rəsmi müraciət olunmasına baxmayaraq, Respublika Prokurorluğunun bu işə biganə qalmasından söz açılan məktubu oxucuların diqqətinə təqdim edirik:Cənab Prezident!
Görülən bütün işlərin fonunda bəzi məmurların Sizin tapşırıqlarınızı yerinə yetirilməsində yol verdiyi nöqsanlar təəssüf doğurur. Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və onun təyin etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti nəzdində Sumqayıt nəqliyyat MMC-nin sədri Rüstəmov Xannı aşkar korrupsiya və rüşvətxorluq əməlləri ilə məşğul olaraq Sumqayıt şəhər əhalisi arasında ciddi narazılığa səbəb olmuşdur. Şəhərdə nəqliyyat islahatı aparılması adı altında çirkli oyunlar quran Sumqayıt nəqliyyat MMC heç bir hədd və hüdud tanımır. Sumqayıt nəqliyyat MMC-nin sədri Xannı Rüstəmov vətənimizin ağır günlərində könüllü olaraq cəbhə bölgəsinə getmiş və orada Sumqayıt şəhərinin adını ucaldaraq torpaqlarımız uğrunda canlarını qurban verən müharibə əlillərinə qarşı xüsusi qəddarlığı ilə fərqlənməkdədir. O, 1998-ci ildən etibarən 11(on bir) nəfər Qarabağ əlilləri və şəhid ailələri tərəfindən təsis edilmiş və Sumqayıt şəhər əhalisinə nümunəvi xidməti ilə seçilən 2(iki) saylı marşrutun müharibə əlillərinin əlindən zorla alınmasında tutduğu vəzifəsindən sui istifadə etməkdədir. Aşkarca rüşvət tələb edən və əlillər tərəfindən ödənilən 4000 (dörd min) manatlıq aylığa qane olmayan bu harınlamış rüşvətxorun əməlləri nəticəsində müflisləşərək aciz duruma düşmüş Qarabağ əlillərini həyatlarından bezdirməyə nail olmuşdur.
Bizə müraciət edən Sumqayıtlı Qarabağ əlilləri hüquqi cəhətdən heç bir mübarizə yolu qalmadığını hesab edərək (onlar faktlarla bağlı Baş prokurorluğa müraciət etmiş və heç bir nəticə ala bilməmişlər) yaxın gələcəkdə problemlərini şəxsən Sizin diqqətinizə çatdırmaq məqsədilə aclıq aksiyasına başlayacaqlarını bildirmişlər.
Biz İctimai Birlik rəhbərləri olaraq bu hadisənin baş verməməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşərək problemin həllinə çalışmaq niyyətindəyik. Lakin hesab edirik ki, Ali Baş Komandamız olaraq şəxsən Sizin dəstəyinizə ehtiyacımız vardır.
Möhtərəm Prezident!
Sizin rəhbərliyiniz ilə son illər Azərbaycanda xüsusilə qeyri neft sektorunda sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı aparılan islahatlar nəticəsində ölkəmizin iqtisadiyyatı analoqu olmayan inkişaf yolu keçmişdir. Bu inkişafdan bəhrələnən Sumqayıtlı Qarabağ əlilləri 2012-ci ildə öz fəaliyyətlərini daha da səmərəli etmək və sərnişin daşımada yüksək tələblərə cavab verən avtobusların alınması üçün bankdan külli miqdarda kredit götürərək yeni avtobuslar almışlar. Ən pisi də odur ki, onlar kreditlərini ödəyib qurtarmamış onların sahibkarlıq fəaliyyətinə ağır zərbə vurulmuşdur.
Cənab Prezident!
Siz özbaşınalıq edən məmurlara qarşı çox sərtsiniz. Hesab edirik bu yerdə də sərt ölçü götürməyinizə zərurət vardır. Odur ki, xahiş edirik Sumqayıt şəhərində baş verən və Qarabağ əlillərini son dərəcə çıxılmaz vəziyyətə salan qanun pozuntusunu araşdırmaq və baş vermiş rüşvətxorluq və korrupsiya hallarını həyata keçirən cinayətkarların cəzalandırılması üçün Respublika Baş Prokurorluğuna müvafiq tapşırıqlar verəsiniz.
Əvvəlcədən təşəkkür edirik.”
Təşkilat rəhbərləri yaxın günlərdə Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcoğvla görüşüb məsələni müzakirə etmək üçün ona da müraciət ünvanlayıblar! \\azerinfo.az\\
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2019, 10:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Sumqayıtda Qarabağ əlillərinə qarşı baş verən qanunsuzluqdan, ədalətsizlikdən, rəsmi müraciət olunmasına baxmayaraq, Respublika Prokurorluğunun bu işə biganə qalmasından söz açılan məktubu oxucuların diqqətinə təqdim edirik:Cənab Prezident!
Görülən bütün işlərin fonunda bəzi məmurların Sizin tapşırıqlarınızı yerinə yetirilməsində yol verdiyi nöqsanlar təəssüf doğurur. Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və onun təyin etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti nəzdində Sumqayıt nəqliyyat MMC-nin sədri Rüstəmov Xannı aşkar korrupsiya və rüşvətxorluq əməlləri ilə məşğul olaraq Sumqayıt şəhər əhalisi arasında ciddi narazılığa səbəb olmuşdur. Şəhərdə nəqliyyat islahatı aparılması adı altında çirkli oyunlar quran Sumqayıt nəqliyyat MMC heç bir hədd və hüdud tanımır. Sumqayıt nəqliyyat MMC-nin sədri Xannı Rüstəmov vətənimizin ağır günlərində könüllü olaraq cəbhə bölgəsinə getmiş və orada Sumqayıt şəhərinin adını ucaldaraq torpaqlarımız uğrunda canlarını qurban verən müharibə əlillərinə qarşı xüsusi qəddarlığı ilə fərqlənməkdədir. O, 1998-ci ildən etibarən 11(on bir) nəfər Qarabağ əlilləri və şəhid ailələri tərəfindən təsis edilmiş və Sumqayıt şəhər əhalisinə nümunəvi xidməti ilə seçilən 2(iki) saylı marşrutun müharibə əlillərinin əlindən zorla alınmasında tutduğu vəzifəsindən sui istifadə etməkdədir. Aşkarca rüşvət tələb edən və əlillər tərəfindən ödənilən 4000 (dörd min) manatlıq aylığa qane olmayan bu harınlamış rüşvətxorun əməlləri nəticəsində müflisləşərək aciz duruma düşmüş Qarabağ əlillərini həyatlarından bezdirməyə nail olmuşdur.
Əvvəlcədən təşəkkür edirik.”
Paylaş:
Müəllif :
Yazar
Tarix:11-03-2019, 10:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29