Cahangir Əsgərov İDEALın keçmiş sahibini NECƏ MÜFLİS EDİB... - ÇƏKİŞMƏ...
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov iyunun 21-də məhkəmədə dindirilərkən bir daha vurğulayıb ki, ona qarşı irəli sürülmüş mənimsəmə ittihamı əsassızdır. Onun sözlərinə görə, eyni audit şirkəti 2017-ci ildə də yoxlama aparanda onun xeyrinə rəy verib. İndi isə elə həmin dövrlə bağlı rəy onun əleyhinədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində İlqar İsmayılov vəkillərinin suallarını cavablandırıb. O bildirib ki, 1999-cu ildə təkbaşına yaratdığı, 2011-ci ildən isə AZAL rəhbəri Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyeva ilə şərik olduğu “İdeal” şirkətindən 680 min manat artıq pul götürməsinə dair qəbzlərin bir hissəsi saxtadır: “Üstündə mənim imzam olmayan kassa-məxaric orderlərini istintaq niyə sübut kimi qəbul edib? Yaxud da bəzi kassa-məxaric orderlərinin üstündə “Adore” şirkətinin möhürü var. O orderlərin 2013-2016-cı illərə aid olduğu iddia edilir. “Adore” şirkəti isə 2020-ci ildə yaradılıb. Bu, necə ola bilər?”
İlqar İsmayılov dindirmə zamanı onu da deyib ki, Zərifə Həmzəyeva 2011-ci ildə “İdeal”a şərik olandan sonra təsisçisi olduğu “SilkWay” bankdan şirkətin inkişafı üçün 5 milyonluq kredit ayrılmasına göstəriş verib: “Məqsəd mağazaların artırılması, şirkətin inkişafı idi. Amma krediti mənim adıma ayırmışdılar. Lakin mənə pul verilməmişdi. Birbaşa şirkətin kassasına aparılmışdı. Devalvasiya dövründə manatla olan krediti dollara çevirdilər, müqavilədə dəyişiklik etdilər. Aylıq 250 min dollar ödəniş tələb elədilər. Məqsəd məni müflis eləyib, qalan payı əlimdən almaq idi. Onu da elədilər...”
Məhkəmə prosesi iyulun 5-də davam edəcək.
İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mnimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.
“Premium Bank”dan isə saxta kredit müqaviləsi haqda deyilənləri təkzib ediblər. Bankdan mediaya açıqlamada bildirilib ki, İlqar İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb və onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İlqar İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətə uyğun deyil.
“Premium Bank” AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevaya məxsusdur. O, bankın əsas səhmdarıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-06-2021, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-06-2021, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01