Səadət Şıxıyevaya SƏRT CAVAB: "Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs..." - AMEA-da QALMAQAL
Əvvəla qeyd etmək istəyirəm ki, mən hər sözün, söz birləşməsinin birbaşa və hətta sözaltı mənasının təsir məsələsini, mənəvi, hüquqi ölçüsünü dərk edirəm və bu baxımdan bu yazımın sərlövhəsinin ifadə yükü də mənə bəllidir.
Beləcə, heç yubanmadan “bəs o zaman bu nə sərlövhədir?- sualı fikrindən keçənlərə birbaşa bildirirəm ki, “onun” müəllifi sayı minlərlə olan ortabab elmi işçilərimizdən biri – SƏADƏT ŞIXIYEVAdIr. O, bu şəxsiyyətini gözəl ifadə edən cümləni özünün elmdən uzaq bir yazısında mənə və 2 başqa alimə aid edib.
Niyə? Ona görə ki, mən onun manopoliyasına alığı sahəyə “addım” atmışam və ondan qat-qat faydalı işləri görmüşəm.
Bu bir gerçəkdir ki, məsuliyyətsiz, məntiqsiz Səadət Şıxıyeva klassik şairimiz İmaddədin Nəsimi tədqiqatçılarıından, o cümlədən bu şarimizdən əlinə qələm alıb yazan hər kəsdən narazıdır və mütləq “bir pürçüm” tapıb elə şər-böhtan atəşinə tutur ki, bir növ “anasından əmdiyi süd burnundan gəlir”…
Həəə… mən də bunu bilirdim. Amma iki il əvvəl ona məhəl qoymayıb Nəsiminin 650 illiyi münasibəti ilə Elan olunmuş Nəsimi İLİnin bitməyinə 4 ay qalmış Səadət Şıxıyevanın yubiley təntənəsini bəsit, bazar söhbəti xarakterli dava-dalaşlarından bezib fəlsəfə elmləri doktoru olaraq mənəvi və ““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti İB” təsisçisi və sədri hüquqi haqqımla yeni, aktual mövzularla ortamı burulğandan qurtarmağa həvəsləndim.
İlk növbədə Nəsiminin 600 il uyuduğu Suriya torpaqları –Hələb şəhərində Nəsimi və Nəsimi İlinə həsr olunmuş yazıları topladım, tərcümə etdim, rəsmi ölkə mətbuatında məsələn, Respublika qazetində “Nəsimi İli Çağdaş Ərəb tədqiqatlarında”(2 məqalə), “İmadəddin Nəsiminin məqamı bu gün”, “İmadəddin Nəsimi tədqiqatı ərəb-Suriya mənbələrində və takiyesi”, “Nəsiminin məqamı bu gün”, Ədəbiyyat qazetində “Suriya alimi Əbdülfəttah Rəvvas Qələçi və İmadəddin Nəsimi irsi”, Xalq qazetində “İmadəddin Nəsiminin məqbərəsi bizi gözləyir”, 525-ci qazetdə “İmadəddin Nəsiminin məqamının bu günü”, bundan başqa bir sıra internet qazetləri və saytlarda bu mövzunu ciddi elmi təhlillərimlə geniş işıqlandırdım.
Əsas məsələ mən bu məqalələrin daxil olduğu “Çoxmədəniyyətliliyin nəhəng körpüsü – İmadəddin Nəsimi” adlı Toplunu hazırladım və bu Kitab AMEA-nın İctimai Elmlər Bölməsinin Qərarı, akademik-katib Nərgiz Axundovanın elmi redaktorluğu ilə çap olundu.
Sonra!.. Hələb şəhərində İmadəddin Nəsimi irsi ilə ciddi tanış olan, 1991-ci ildə “Hələbin yaqutu – İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” adlı monoqrafiyası çap olunmuş, ərəb dünyasında nəsimişünas alim kimi məşhur olan Əbdülfəttah Rəvvas Kalajını, axtararkən, yəni onlarla Suriyalı ziyalıya, müxtəlif qurumlara sürəkli məktublar, Facebook şəbəkəsindən mesajlar yazarkən əvvəlcə Hələbin baş inşaat mühəndisi Ədrülrəhman ƏL-Jasseri, daha sonra Nəsiminin məbərəsinin tədqiqatçısı Lamia ƏL-Jasseri tapdım.
Ədrülrəhman ƏL-Jasser mənim dəfələrlə ona etdiyim xahişlərdən sonra Nəsimi məqbərəsinə gedib fotolar çəkdi, sonra xahişimlə məqalə yazdı və o məqalə Respublika qazeti və 525-ci qazetdə çap olundu. Bu məqaləyə kimi bizim medyada Nəsimi məqbərəsinin dağılmadığı haqda geniş yazılır və fotolar paylaşılırdı. Beləliklə, həqiqəti, gerçəkliyi Ədrülrəhman ƏL-Jasserin məqaləsi üzə çıxarmış oldu. Nəsiminin məbərəsinin və bütövlükdə Suriyada Osmanlı tikililərinin tədqiqatçısı Lamia ƏL-Jasser mənə dahi şairimizin “takiyasının” bütün sxemləri və hər qarışın təhlili verilən dəyərli məqalə yazıb göndərdi. Onun məqaləsini də Respublika qazetində dərc olundu. Hələ bu hadisələr haqqında Azərtac və digər informasiya agentlikləri məlumatlar yaydı.
Əbdülfəttah Rəvvas Kalajını axtarışlarıma gəlincə neçə aylardan sonra, Facebookdakı səhifəsində paylaşmalarımdan, uzun-uzadı mesajlarımdan sonra onunla əlaqə yaratdım və mənə Nəsimi haqqında iki kitabını Hələbdə yaşayan həmvətənlimiz Rəşidə Adil qızı Bünyadzadə vasitəsilə göndərdi. Müharibə gedən ölkədə, xüsusilə bir əcnəbinin hərbi postları keçərək yazıçı, alim Kalaji evinə gedib kitabları, üstəlik onların ölkəmizdə tərcüməsinə və çapına mənə Etibarnaməni alıb, Beynəlxalq Poçtla Hələb- Dəməşq – Beyrut – Moskva vasitəsilə Bakıya göndərməyin necə bir cəsarətli iş olduğunu məncə düşünə bilən hər kəs anlayar. Hələ qaçqınlığı mənliyinə yaraşırmadan müharibə gedən Suriyada 4 qız övladı ilə odun-alovun içində yaşayan Rəşidə xanım hər cür riski gözə alıb Nəsiminin məqbərəsinə gedib Vidyo görüntülər çəkib Nəsimi gerçəklikləri olaraq mənə – ölkəmizə göndərdi ki, bunlar da Nəsimi İLİNƏ bir ayrı tövhə idi və bütün bu işlər rəsmi qazetlərdə işıqlandıqca dahimizin yubiley marofonunda Səadət Şıxıyevanın yersiz, “birinci mən yazmışam, niyə adımı çəkmədin” kimi əsassız “davalarının” meydanı xeyli daralmış oldu. Həqiqətən mənim çağdaş ərəb tədqiqatçılarının Nəsimi haqqında məqalələrini üzə çıxarmağım, R.Bünyadzadənin göndərdiyi kitablar, şairin məqbərəsinin vəziyyətini ifadə edən fotoşəkillər və vidyo lentlər, hədiyyə kitablardan birinin operativ şəkildə çap olunması “mənəm-mənəm” deyən cızma-qaralardan daha maraqla qarşılandı.
Bu prosesdə mən Nəsimi irsini ərəb müəlliflərini təhlil edərkən bizim mənbələrdən mənimsəyib mənimsəmədiklərini öyrənmək üçün nüfuzlu ölkə alimlərinin əsərlərini eksklyuziv gözdən keçirəndə Səadət Şıxıyevanın Nəsimi haqqında yazdığı 1 neçə məqalə, verdiyi müsahibələrdə akademik Ziya Bünyadovun adını göstərmədən alimin “Nəsimi diri-diri soyularaq öldürülməyib” məqaləsindəki Nəsiminin edamı ilə bağlı dəlilləri ( edam zamanı 2 dəfə kəlmeyi-şəhadətini deməsi faktını) təkrarladığını gördüm və onun 1 Söz birləşməsi, 2-3 beyti belə, əgər ondan sonra kim isə yazırsa, mütləq – “öz adının” göstərilməsi tələbini xatırlayıb, Müəllif hüququ deyilən məsələni-etikanı sadəcə vurğuladım.
Beləcə, mənim Nəsimi İLİNƏ şəffav xidmətim Səadət Şıxıyevanı nə qədər narahat eləmişsə, bu “qeydlərim” lap ağrıdıbmış. Amma “düz sözə” nə desin?! Sus ki, sus, susub və nə az, nə azacıq 2 il sonra “daldan atılan daş” kimi bir jestlə özünü təmizə çıxarmaq və vəziyyətdən çıxmaq üçün bu yazının sərlövhəsi olan fikri mənim üçün işlədib… Böyük ehtimal ki, o, təkrarlarından yazılanların, xüsusən də Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs olduğunu açıq-aydın sübut edən – “çuvalında gizlətdiyi” “CİDAnın artıq unudulduğunu düşünüb danışmağa başlayıb. Mən hətta bu “CİDA” ilə bağlı ayrıca kəskin məqalə ilə 2020-ci ildə çıxış etdikdə belə o qorxub susmuşdu!
Bu “CİDA” haqqında çox qısaca deyim ki, yuxarıda da qeyd etdiyim kimi Nəsimini monopoliyaya almış ortabab alimlərimizdən biri – bu Səadət Şıxıyeva 2008-ci ildə Hələb şəhərində Nəsiminin 640 illiyi münasibəti ilə təşkil edilmiş Konfransda olarkən A.R.Kalajinin “Hələbin yaqutu” monoqrafiyasını bir nəfərdə görüb, surətini alıb Bakıya gətirmişdir. Lakin çox təəssüf ki, fəlsəfə doktoru Səadət Şıxıyeva əsərin surətini əldə edib Azərbaycana gətirsə də, özünü nəsimişünas adlandıra-adlandıra ərəb dünyasında indiyə kimi yeganə ciddi mənbə hesab olunan bu əsər haqqında 11 il (artıq 13 il!) müddətində ictimaiyyətə məlumat verməmiş, bir növ kitab və müəllifini öz arxivində “həbs etmişdir”.
Onu da qeyd edim ki, fəlsəfə doktoru Səadət Şıxıyeva 2018-ci ilin soyuq qış aylarının birində məndən baş redaktoru olduğum “Cahan +” qazetinin Nəsiminin 640 illiyinə həsr olunmuş, həm də Akademik B.Nəbiyevin Kalaji haqqında da bəhs etdiyi məqaləsinin çap olunduğu sayını böyük Nəsimi təəssübkeşliyi ilə istədi. Mən də onun “nəsimişünaslıq tədqiqatlarına” kömək etmək niyyətilə şəhərdən bağa (arxivim bağdadır) getdim, avariyadan çıxmış, ayaqları kəsik-əzik adam, bum-buz evdə qazetin o sayını tapıb ona gətirdim (Yeri gəmişkən deyim ki, ona bu xeyirxalığımı halal eləmirəm!..) və “təsadüf ya zərurət” məhz bu tarixdən sonra həmin kitab Şərqşünaslıq institunun dövlət planına salındı, belə ki, tərcüməyə verildi. Burda xüsusilə qeyd etmək istəyirəm ki, bəs əgər Kalajinin bu kitabı 11 il “heç nə” olduğu üçün ÜZƏ ÇIXARILMAYIBSA necə oldu dövlət planına salındı, təsdiqləndi, 1 il tərcüməsi üçün bir alimə xeyli miqdarda maaş verildi?!
Bundan başqa Kalajının bu kitabında onun Nəsimi haqqında “Yolu görən” pyesi haqqında da məlumat vardır. Eyni zamanda mən bu əsəri gətirtdirmişəm ölkəyə və ölkə rəsmi mediası bu haqda məlumat yayıb. Bəs S.Şıxıyeva necə Nəsimisevər, nəsimişünasdır ki, bu əsərlə maraqlanmayıb? Necə olur, Kalajinin “Hələbin yaqutu” əsərini komfransda kiminsə əlində görüb surətini xahiş edib alıb ölkəyə gətirən “nəsimişünas” S.Şıxıyeva 3 ildi, həmin alim-yazıçının digər əsərinin orjinalı ilə heç maraqlanmır?! Heç belə də nəsimişünaslıq, Nəsimisevərlik olar?!
Əlbəttə fəlsəfə doktoru Səadət Şıxıyeva nəsimişünas olduğunu özü deyir, özü eşidir. Onun bu iddiası boş fərrziyədir. Çünki, Nəsiminin fiziki ömrünün çoxu, ruh həyatının 600 ili ərəb dünyası ilə bağlıdır, ərəb dilində də əsərləri var ki, Səadət Şıxıyeva bu sənət dühasını dərk etmək, ərəb dilli tədqiqatları orjinalda oxumaq üçün ərəb dilini mükəmməl bilməliydi, O isə heç cüzi də bilmir. Bu vəziyyət onun Nəsimişünas “titulu” iddiasını kölgədə qoyur.
Eyni zamanda Səadət Şıxıyeva bir müsahibəsində “30 il nəsimişünaslığa can qoyduğunu”,- deyir. Heç belə “can qoymaq” olar? Ortada Nəsimi haqqında 2, 3 monoqrafiyası yoxdur. Sözdə “40 dənə” monoqrafiyası var, “Maddi imkansızlığa görə” çap olunmayıb. Bilmirəm kimi aldadır, kimi ələ salır bu kəmiyyətlə?!. Sual verilməlidir, yəni sən – S.Şıxıyeva doğurdan bu qədər çox monoqrafiya yazmısan, çap olunmayıb, susmusan?! 1 monoqrafiya təxminən 2 ilə ərsəyə gəlirsə, 10 monoqrafiya 20 ilə meydana çıxar. Əgər 20 ildə yazdıqların 10 monoqrafiya çapa layiq bilinmirsə “at özünü Xəzərə”… Bundan başqa yaş, elmi dərəcə gerçəkləri var. O, bu yaşda heç “Şünas”, akademik, müxbir üzv demirəm, ən azı elmlər doktoru olmalıydı. Bu yerdə qeyd etmək yerinə düşər ki, əsl şərqşünas Kalajı soyadını ərəb dilindən çıxış edərək olduğu kimi yazar, daha Qələçi yazmazdı. Mən Gövhər Baxşəliyevin bir məqaləsində də Kalajının Qələçi kimi qeyd olunduğunu oxudum. Fikrimcə, Səadət Şıxıyevanın “traktovkasıdır”.
Habelə, Səadət Şıxıyeva bir müsahibəsində Nəsimi həyatı ilə bağlı geniş məlumat verir, jurnalistin — “Mənbə olaraq dediyiniz faktlar haradan qaynaqlanır?- sualına cavabında bildirir ki, “Bu informasiyaların bir hissəsi ərəbcə qaynaqdandır və nəşr olunmamış monoqrafiyamda olduğundan məlumat mənbəyini göstərmək istəmirəm” (1905.az) .
Bəlkə də Səadət Şıxıyeva bu surətini əldə edib möhkəm-möhkəm gizlətdiyi “Hələbin yaqutu” əsərindən mətni təqdim edib, adını informasiya qoyur və ən gülməlisi, “nəşr olunmamış monoqrafiyamda olduğundan məlumat mənbəyini göstərmək istəmirəm”- deyir?..
Amma stop! S.Şıxıyeva! Belə bir elmi metodika yoxdur ki, tədqiqatçı bu və ya digər mənbəyə-müəllifə istinad etsin, amma adını çəkməsin ki, nəşr olunmamış monoqrafiyamdandır… Digər tərəfdən “o ərəb qaynağı” məgər dövlət sirridir, yaxud Kalajı və ya hansısa müəllif xalq düşməni elan olunub ki, adını çəkmək təhlükəli olsun?! Hələ nə yaxşı ki, jurnalist soruşub, birdən jurnalistdə maraq doğurmayaydı? O zaman hansısa ərəb alimin, o cümlədən ola da bilər, Əbdülfəttah Rəvvas Kalajının tədqiqatı Səadət Şıxıyevanın adına çıxacaqdı!..
Reallıq isə budur ki, nəsimişünasam, şərqşünasam- deyib, böyük iddialarda olan Səadət xanım A 4 formatında cəmi 43 (86 səhifəlik kitab) səhifədən ibarət olan bu kitabın hər il əgər 3-4 səhifəsini tərcümə etsəydi, 11 ildə kitab çoxdan ortaya qoyulmuş olardı. Bundan başqa, müəlilf sağdır. Bizimlə ünsiyyətdədir və mənə Etibarnamə və avtoqrafla göndərdiyi kitablarıın tərcümə edilib-edilmədiyini, nəşr taleyini çox tez-tez yazıb, soruşur. Həm də təkcə məndən yox, kitabı tərcümə etdiyini ona bildirmiş tərcüməçidən maraqlanır. Hətta bu yaxın günlərdə mənə çox ağır iradını bildirib. Xahiş edib ki, medyada paylaşım.
Həmçinin S.Şıxıyeva “Hələbin yaqutu” kitabını yuxarıda da qeyd etdiyim kimi “elmi əsər” hesab etmir. Şərqşünaslıq institutunun direktoru, akademik Gövhər Baxşəliyeva isə “Şərq araşdırmaları” jurnalında çap olunmuş “Nəsimi ədəbi mirasında ərəb dili” məqaləsində Kalajı və bu əsəri haqqında belə yüksək rəy yazır: “Bu istiqamətdə apardığımız tədqiqat yalnız bir kitabın varlığını üzə çıxardı. Ərəb tədqiqatçısı Əbdülfəttah Ravvas Qələçinin “Hələb yaqutu İmadəddin Nəsimi: həyatı, şeirləri və fəlsəfi fikirləri” adlı kitabı (Dəməşq, 1991) ərəb coğrafiyasında şairə həsr olunmuş yeganə məlum monoqrafik tədqiqatdır və bu cəhəti ilə də əhəmiyyət kəsb edir” (http://www.elibrary.az/docs/JURNAL/jrn2019_502.pdf ),
İndi biz bu əsəri monoqrafiya adlandıran, yazarına ehtiramlı münasibət bildirən akademikə inanaq, ya fəlsəfə doktoruna?..
Qeyd edim ki, akademik Gövhər Baxşəliyeva Kalajının kitabı ilə bağlı yazır ki, “Bu istiqamətdə apardığımız tədqiqat yalnız bir kitabın varlığını üzə çıxardı”. Amma tədqiqat ciddi işdir. Yəni tədqiqatı kitabxanalarda, arxivlərdə apararlar. Virtual kitabxanalarda, internet üzərindən və s. Zəhmətdir tədqiqat. Bu kitabı isə təkrar edirəm, Səadət Şıxıyeva 2008-ci ildə Suriyada Nəsimi konfransında iştirak edərkən birinin əlində görüb, surətini çıxartdırıb gətirib. Bu tədqiqat deyil ki!..
Beləliklə, bu geniş yazıda Səadət Şıxıyeva adlı bir ortabab alimin Azərbaycan aliminə yaraşmayan sifətlərə malik xüsusiyyətlərindən bəhs etdim. Əlbəttə yaşımın bu vədəsində, elmi işlərimin “başdan aşdığı”, təbii səhhət problemlərimin, üstəlik peyvənd qəbulu sıxıntılarımın pik nöqtəsində bu yazını yazdımsa, deməli, borclu qala bilmədim. Yazmaya bilmədim!
Səadət Şıxıyeva adlı bir fəlsəfə doktoru çox böyük yanlışlıq edərək məni bu ilin 01 aprel tarixində iki saytda yayınlanmış “AMEA-da PLAGİAT QALMAQALI: “Özlərini Nəsimi haqqında tədqiqatıma şərik etdilər”(Yenicağ.az) – Alimdən SƏRT İTTİHAMLAR” və “AMEA-da PLAGİAT QALMAQALI – Alimdən SƏRT İTTİHAMLAR” (Xəbərfakt.az) yazılarında təhqir etməyəydi, mənə böhtan atmayaydı, mən də “cavabını” verməyəydim!
Mən Konkret olaraq Səadət Şıxıyevanın həmin yazıda haqqımda olan cümlələrini hamıya, xüsusilə elm camiyasının bütün düşünə bilən nümayəndələrinin diqqətinə çatdırmaqla onun necə bir mənəviyyatsız, məsuliyyətsiz olduğunu bildirmək istəyirəm. Buyurun tanış olun. Baxın görün o necə Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxsdir.
O yazıb:
Mən Konkret olaraq Sizin diqqətinizə Səadət Şıxıyevanın həmin yazıda haqqımda olan cümlələrini çatdırmaqla onun necə bir mənəviyyatsız, məsuliyyətsiz olduğunu hamıya, elm camiyasının bütün düşünə bilən nümayəndələrinə bildirmək istəyirəm. Buyurun tanış olun. Baxın görün Səadət Şıxıyeva necə Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxsdir.
O yazıb:
1. “Neçə illərdir ki, (alim adı)… , Xatirə Quliyeva və (alim adı)…… -un məsləhətçisi olub kulis arxasında oturmaqla əleyhimə şər-böhtan kampaniyası aparan … (davamda 1 akademik haqqında şər-böhtam gəlir — X.Q)…” .
2. “Özünüzü təmizə çıxarmaq üçün mənim adımı Xatirə Quliyeva və (alim adı) … kimi Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxslər vasitəsilə internet saytları, dövri mətbuat və sosial şəbəkələrdə plagiatla bağlı hallandırmağa son verin! Əlinizdə istinadsız köçürməmə dair heç bir fakt olmadığı üçün sizin və trollarınızın bu şər-böhtan kampaniyası və təqibi cinayət tərkibli əməldir!!! Bu sizə ilk və son xəbərdarlığımdır”.
Bu yazılan böhtanlar, təhqirlər qeyd-şərtsiz olaraq mənim ( həmçinin həmin alimlərin ) şərəf və ləyaqətimin alçaldılması məqsədi daşıyır və elə onun özünün başqasına xitabən qeyd etdiyi kimi “cinayət tərkibli əməldir”. Uzun illər Azərbaycan elminin zəhmətkeş, tanınmış alimlərini yazılarında, sosial şəbəkə statuslarında əsassız arqumentləri ilə tənqid edən bu qadın indi də məni hədəf seçib. Özü də onu gördüyüm işlərlə “arxada qoyduğum”, Z.Bünyadovu adını çəkmədən təkrarladığını yazdığım 2019, 2020-ci illərdə yox, indi başlayıb… Düzgün etmişəm. 2-3 beyti onunla paralel və ya ondan sonra yazanlara “mənim adımı yazmalısan”iradını bildirən niyə ondan çox-çox əvvəl zəhmət çəkib yazmış akademik Ziya Bünyadovun adını yazmayıb?! Rəhmətlik Ziya müəllim isə ləyaqətli alimliyin zirvəsində dayandığı üçün belə yazmışdır: “İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam Ansiklopedisi”ndə dərc olunan “Nəsimi” adlı məqaləsindən bəllidir (Bax: “İslam Ansiklopedisi”, İstanbul, 1964, cild 9, səh. 206-207). Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmluk sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci miladi illər) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (818-824 hicri və ya 1414-1424-ci miladi illər) olub. Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür” ( http://old.islamazeri.az/-21315-haber.html http://old. islamazeri. az/-21315- haber.html). Deməli, S.Şıxıyeva bu mənbəni akademikdən götürdüyü halda onun və həmçinin Əbdülbaqi Gölpınarlının adını göstərmədən dəfələrlə öz tədqiqatı kimi təqdim edib ki, mənim bunu vurğulamağım əsəblərinə toxunub. Necə olur, başqalarını, hələ Kalajini təqdimat yazmaqda adiləşdirirsən, amma özün burdan-bura Ziya Bünyadovdan qeyri elmi etik şəkildə faydalanırsan?! 80 yaşlı yerli Hələbli, Nəsiminin “qonşusu” Kalaji ərəb dünyasına Nəsimini anladarkən “İslam Ansiklopedisi”-nə istinad edib və necə Ziya Bünyadov, o da “kişi oğlu kimi” mənbəni göstərib. Hələ Kalajinin “İslam Ansiklopedisi”-ndə Nəsimi haqqında məqaləsi də var. Bəs S.Şıxıyeva? O Nəsimi ilində bizim media üçün yazdıqlarında, saytlara verdiyin müsahibələrdə bu dəlilləri öz adından təqdim edir. Bunu yazmışam mən, nəyi yanlışdır?!
Ancaq mən onun adı, fəaliyyəti barədə plagiat fikrini nə birbaşa, nə dolayısıyla yazmamışam. Çünki bu ciddi məsələni yazmaq üçün mən bütün Nəsimi tədqiqatları ilə S.Şıxıyevanın elmi məqalələrinin bütün abzaslarını tutuşdur malıy dım. Bu mənə nə onda, nə indi maraqlı deyil. Mən onun səhv etmirəmsə, Nəsiminin milli mənsubiyyəti mövzusunda 1 konfrans materialı ilə rastlaşmışam, mövzu maraqlı gəlib axıra qədər oxumuşam və İTƏN VAXTIMA heyifsilənmişəm. “O belə dedi, bu elə dedi” mahiyyətindədir onun bu konfrans materialı. Bəs sən nə deyirsən, – yoxdur cavabı?! Halbuki, təqdim olunan “onun-bunun” dövrü keçib. Sən yeni Söz deməisən! Həm də Sən milli təəssüb hissi ilə Nəsiminin Azərbaycandan olduğunu sübut etməlisn. Dahimiz insandan çox-çox fiziki və mənəvi çəkidə ağır İRS qoyub gedib. Oxu, aç sirri! Fransız maarifçisi İ.Ten deyib ki, “Əsl yazıçı odur ki, əsəri üzərində adı olmadan kimliyini, milliyyətini, vətənini, dövrünü müəyyən edə bilsən”! İmadəddin Nəsimi də əsl, hətta əsldən də əsl “yazıçıdır”. Onun da bütün “bioqrafiyası” Dağ boyda Divanlarının, qızıl kimi və yamyaşıl səhifələrindən görünür. İdrak gözü lazımdı sirri görüb açsın, yazsın. Səadət Şıxıyeva isə nə onun öz təbirincə “Nəsimi irsi ilə məşğul olduğu 30 ildə”, nə də “dəridən-qabıqdan” çıxdığı 650 illik yubileydə bunu edə bilmədi!
Sonra mən bu yaxınlarda internetdə onun belə bir fikri ilə rastlaşdım ki, “Amma hürufiliyin tarixi ilə bağlı illər boyunca apardığım araşdırmalar tamamilə fərqli nəticəni ortaya qoyub. Hürufilər dövrünün hakimləri, iqtidar sahibləri ilə çox yaxşı münasibətdə olublar…”(www.anl.az). Baxın görün bu adam necə iddealı danışır. Amma onun hürufiliyin tarixi ilə bağlı illər boyunca apardığı araşdırmalar çox demirəm bir balaca dərin olsaydı, o, tarixdə minlərlə hürufinin necə təqib olunduqlarını, necə dəhşətli şəkildə, qəddarcasına tonqallarda yandırıldığını, elə Nəiminin, onun ən yaxın təmsilçisi Əliül Əlanın, o cümlədən Nəsiminin, hələ onlara qədər Sührəvərdinin, Mənsur Halacın taleyini bilərdi.
Bundan başqa S.Şıxıyeva bu yazıda “ Nəsimi özü faciəli taledən qaçmaq istəməyib: “ O,hər şeydə ilahi təqdirə, alın yazısına, Allahın verdiyi qismətə inanan bir şəxs idi”, – fikrini vurğulayır. Səhvdir. Bir müddət Türkiyə Sultanı (qısa yazıram-X.Q)Hürüfuliyi qəbul etsə də sonra vəziri ona bu təriqətin İslama, Allahsızlığa bağlı tərəflərini anladıb və bununla Əliül Əlanın, Nəsiminin və ümumiyyətlə hürufilik hərəkatının nümayəndələrinin həyatında gizlənmə, Qaçmaq kimi hadisələr olub. Geniş faktlar var.
Bundan başqa, bu 30 il Nəsimi irsi ilə məşğul olduğunu iddia edən “Nəsimi şeirdən fəlsəfəyə gəlib”, Nəsimi hürufiliyə qədər də şair idi, hürufiliyi qəbul edəndən sonra da, elə ömrünün sonuna qədər də şairdir. Çünki o, özünün filosof, arif, hürufi şəxsiyyətini şeirlə ifadə edirdi”- kimi yanlış müddəa irəli sürür. Nəsimi axı uşaq yaşlarından atasının. əmisinin dostu Nəiminin “məktəbinə” gedib. Əgər Şıxıyeva sufilik, hürufilik təlimini özü dediyi kimi “illər boyunca öyrənmiş” olsaydı bu İslam fəlsəfəsinin ideologiya təbliğat prinsiplərindən birinin ritorika ilə zəngin şer dili olduğunu, takiyalar prinsipini bilər və belə əsassız fikirlə cəmiyyəti yükləməzdi. Mənim oxuduğum Türk, Avropa mənbələrində geyim qədər fikrin-təbliğatın poetik olmasının şərt olduğu, məclislərin, elə biri sufi, hürufi ədəbiyyatının mənbəyi aydın və dolğn əsaslandırılıb. Həmçinin də Nəsimi uşaq yaşlarından Hürufilik fəlsəfi təriqətinə qoşulduğu üçün məntiqlə o ilk əvvəideoloq-l filosofdur, sonra şair.
Bu iqtibaslar verdiyim internet yazısında Şıxıyevanın o qədər obyektiv tənqid olunmalı fikirləri var ki…
Mən qayıdıram onun bilavasitə mənə tuşlanan, guya onun haqqında plagiatçı olduğu kompaniyasında iştirak etməyim kimi boş, məntiqsiz arqumentasiyası üzərinə və açıq deyirəm, mən S.Şıxıyevanı oxumamışam, onu oxumağa itirəcəyim vaxta heyfim gəlib, ciddi dünya kitabxanalarından Orxan Mir-Qasımovu, Antik düşüncədə Sufilik və Hürufilik doktrinasnı, Kabbalizmi, İsmailizmi, Siyasi dotrinaları və s. yeni. aktual elmi ədəbiyyatı oxumuşam. O ədəbiyyatı ki, nəinki fəlsəfə doktoru bu qadın, çox sayda tədqiqatçılarımız onlara yaxınlaşmayıblar. Bu oxuduqlarımla çox şükür Allaha “nəsimişnas”, “şərqşünas” və s. və i. “şünas” olmadan saf biliklə, zəhmətlə yeni bir monoqrafik tədqiqat işi yazmışam. Bu əsərdə şərəflə və məsuliyyətlə deyirəm ki, Ulu şeyximizin vətən mənsubiyyəini də, poetikasının fəlsəfəsini, dünyagörüşünü də, hürufiliyin multikultural dəyərlərini və s. ciddi mənbələrə “söykənməklə” üzə çıxarmışam. Çapa vermirəm hələlik, ona görə ki, hələ də bir dərya ədəbiyyatım var oxumağa. oxuyub, bitirib yeni qənaətlərimi əsaslandırıb yeni monoqrafiyamı xidmətçisi olduğum milli elm məbədimizə heç bir “şünaslığa” təmənnada bulunmadan hədiyyə edəcəyəm.
Mövzudan çox uzaqlaşmadan bu yazı ilə çox-çox dəyərləndimiş olduğum S.Şıxıyevanın “x” akademik və “iqrik” alimlərlə “dava” mövzusuna qayıdıb ciddiyyətlə, səmimiyyətlə bildirrəm ki, o məsələnin mənə heç bir aidiyyəti yoxdur. Məsələn, bu qadın 2009-cu ildə çap olunmuş kitabına həmmüəllif olmuş akademikdən bəhs edir ki, mənim bu işdən qəti xəbərim yoxdur və ola da bilməzdi. İkincisi, hər bir AMEA işçisi bilir ki, elm sahəsində belə bir arxaik qayda var, aşağı dərəcəli alimlər özlərindən yüksək dərəcəli alimlərdən yazdıqları kitaba, məqaləyə həmmüəllif, elmi redaktor olmağı, rəy verməyi xahiş edirlər. 2009-cu ildə S.Şıxıyeva da həmin akademikdən kitabına həmmüəllif olmağı xahiş edibsə və əsas məsələ, 10 il bu akademik adının kölgəsində “tanınıbsa” bundan mənə nə?! Həmçinin O, bu məsələni indi niyə, xüsusən 650 illikdə 5-6 ölkə mediasında özünü təbliğ etdikdən, yəni ayağı yer tutub – məşhurlaşdıqdan sonra müzakirəyə çıxarır?! Bundan başqa əgər o iddiasında səmimidir, ciddidir, doğurdan da həmin akademik onun kitabına razılığı olmadan özünü həmmüəllif yazdırıb, elə onda,-2009-cu ildə AMEA rəhbərliyinə şikayət edəydi, media çıxışı ilə narazılığını bildirəydi, lap məhkəməyə şikayət ünvanlayaydı. Ümumiyyətlə isə, həmin akademiki tanıdığım 20 ildəki təəssüratımdan çıxış edib iddia edirəm ki, o bu cür ağlagəlməz xırda maraqda ola bilməz! Sonra S.Şıxıyeva heç vaxt “fağır” olmayıb ki… Heç dərinə getmirəm, Ədəbiyyat institutundan Şərqşünaslıq institutuna böyük konfliktdən sonra “uduzub” keçib. Yəni, onun üçün elə o vaxtlar məqam idi ki, üzərinə kiminsə həmmüəllif “düşdüyü” kitabının bütün nüsxələrini yığışdırsın və yenidən öz adına çap eləsin. Ütəlik də bir “qəşəng” məqalə ilə ifşa etsin bu məsələni də. onu Ədəbiyyat institutundan çıxaranları və ya qorumayanları da … O isə bu akademikə sığınıb, hadisənin üstündən illər keçəndən sonra, 650 illikdə saytlarda “məşhurlaşandan” sonra keçib böhtan hücumuna. Bu onun neçə tərəfdən qeyri ciddiliyini təsdiqləyir, digər tərəfdən haqqında şər-böhtançı, “hamını qara eynəklə görən”fobiyalı təsəvvürü yaradır. Bu qadın Azərbaycanın tanınmış, hətta dünyada tanınmış və habelə dünyasını dəyişmiş alimləri haqqında məqsədli olaraq trollar, plagiatçılar, “adam öyrədən” və s. mənfi fikirlər formalaşdırmağa cəhd edir ki, bu da onun Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxsiyyətini büruzə verir.
Digər tərəfdən o “Özlərini Nəsimi haqqında tədqiqatıma şərik etdilər” iddiasında o qədər saxtakardır ki… Yəni 2009-dan sonra əgər həqiqətən tədiqatın var, bu meydan, bu şeytan 3-nü çap elə və ön sözündə “həmmüəllifliyi” vurğula. Pulun yoxdu, mən də daxil 90 faiz alim kimi kəs əynindən, boğazından öz maaşınla çap elə.
Beləcə, onun bu iddeaları cəfəngiyyatdır, amma hər bir halda mənim onun akademiklə və digər alimlərlə davasına heç bir aidiyyətim yoxdur. O məni Nəsimidən yazdığıma görə böyük tərbiyəsizliklə hədəfə alıb. Baxın 2019-da məndən xahiş edən də, onun üçün soyuqda bağa gedib material götürdüyümdə “məndən yoxdu”… 2 il sonra məni Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs- adlandırır. Deməli, o hamıdan istifadə edir və sonra “ad” qoyur. Bax budur Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs olmaq, hətta cılız təbiətli olmaq! Dövlət alim yetişdirib. Biri mən, illərlə əziyyət çəkib fəlsəfə elmləri doktoru dissertasiyası müdafiə etmişəm, 7 monoqrafiya, ölkədə və xaricdə ən nüfuzlu jurnallarda dərc olunmuş 100-dən çox aktual mövzulu, dəyərli məqalənin müəllifiyəm, ondan fərqli mən yeni, aktual mövzularla gündəmdə olmuşam və davam edirəm. Hətta mən Azərbaycanı Suriya Ərəb Respublikasında bizim o ölkədə rəsmi Səfirliyimiz olmadıığı illərdən təmsil etmişəm. Belə ki, AR Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmış ““Nəsimi” Suriya – Azərbaycan Dostluq Cəmiyyəti” təsisçisi və sədriyəm. Nəsimini ölkəmizdən ən çox ziyarət etmiş bir şəxsəm, Cəmiyyətimi Suriya ilə bağlı İmadəddin Nəsimiyə görə düşünmüşəm, Cəmiyyətin adını Nəsimiyə ehtiramla Nəsimi qoymuşam. Cəmiyyətin qəzetinin adı üçün də Nəsimi beytini seçmişəm. Elə bu yazının yayınlandığı “Cahan+” Saytının adı da mənim İmadəddin Nəsimi ehtiramımdan qaynaqlanır. Mən hələ 1 ilə Nəsimişünas olmaq olmaz, – deyən, 30 il külüng çaldığını iddia edən nə elmi var, nə mənəviyyatı olan bu qadından fərqli poeziyada da izi olan adamam. 3 şerlər kitabım çap olunub. NƏSİMİMİZƏ onun məqbərəsində şerlər yazmışam, məqalələr yazmışam. Əyri oturaq, düz danışaq, niyə mən “Nəsimidən” yazmamalıyam?! Niyə məni, Nəsimidən yeni yazan alimləri “pioner” adlandırır?! Ona bu haqqı kim verib?! Əlbəttə, şünaslıqdan yox, şüvənşünaslıqdan abrını saxlayanlar, qızıl kimi vaxtını boşboğazlıqla döyüşməyə sərf etmək istəməyənlər!.. Ona cavab verməyəndə də belə!.. O, Səviyyəsinə ölənə qədər yüksələ bilməyəcəyi alimlərələ AD qoyur! Neçə-neçə nüfuzlu alim, o cümlədən mənim haqqımda alçaldıcı sözlər yazır!…
Beləcə, “aşığın sözü qurtaranda” misalına uyğun bu qadın sübutsuz – dəlilsiz “vurub-kəsir”. Bununla özünün elmdə geriliyinə, 60 yaşa qədər elmlər doktoru dərəcəsi dissertasiyası yaza bilmədiyinə, müdafiə edib həsrətində olduğu o diploma sahib olmadığına görə özünə haqq qazandırmağa çalışaraq böhtanlar atır, təhqirlər edir. 2 il müddətində o dəyişə bilirsə, məsələn mənə və digər alimlərə- rəyçilərinə. həmmüəlliflərinə qarşı 360 dərəcə dönürsə bu onun “beyn bəlasıdır” . Onun qarayaxma üçün ağ vərəqə bənzər ağlına gələn “Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs” fikrinin məna transkripsiyası gör haralara gedir: bu şəxs ya vətən xaini olmalıdır, ya seperatçı olmalıdır, ya dini radikal, ya əxlaqsız, ya rüşvətxor, ya plagiatçı, ən yaxşı halda müxalifətçi olmalıdır. Şükür Allaha mənim şəxsi və alim bioqrafiyam bu naqisliklərlə bir qram çəkidə, 1 sm.ölçüdə ləkələnməyib. Mənim alim simam elmi fəaliyyətim, elmi nailiyyətlərimdir ki, istər keyfiyyət, istərsə kəmiyyət baxımından onunla müqayisədə zirvədədir. Əsərlərimin mövzusuna gəlincə, 2 monoqrafiyam, 1 məqalələr toplum başda olmaqla əksər əsərlərim Azərbaycan xalqının Ulu Öndərinə, habelə dövlət siyasətinin təbliğinə həsr olunub. Azərbaycan aliminə yaraşmayan sifətlərə malik bu şəxs mənim dövlətçilik mövqeli, xalqımızın təfəkkür xəzinəsinə ərmağan fəaliyyətimi görməzdən gəlib məni belə qəbul edib ifadə edirsə o mütləq psixi problemlər yaşayır, ya da seperatçıdır. Həm də S.Şıxıyeva yeganə FB dostum olub ki, xalqımızın Ulu Öndərinə həsr olunmuş əsərlərim çap olunanda məni təbrik etmıyib, ümumiyyətlə daim müxalif mövqedən statuslar paylaşıb, kommetlər yazıb. Bu da mənim yox, onun Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs olduğunnu təsdiqləyir.
Onun məni “x” akademikin öyrətdiyi ilə bağlı müddəaları da büsbütün əsassızdır. Yox, mən yalanam, o doğrudur, buyursın əlində akademikin məni onun əleyhinə şər-böhtan kompaniyası aparmağa sövq etdiyinə dair fakt – məktub, mesaj, telefon danışığə və s. dəlilləri dərhal qoysun ortaya. Qoymursa o, özüdür Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs!.
35 ildir xalpımın elmi təfəkkür xəzinəsinə xidmət edirəm. Mənim həmin akademik, həmçinin hər hansı bir akademikdən heç bir asılılığım yoxdur! Mənim kiməsə yaltaqlanmaq, kiminsə qulu kimi “sifarişini” yerinə yetirmək kimi bir borcum da yoxdur. Ömrü də fani dünyanın lotereya kimi 99 faiz boş istiqrası hesab edirəm. Bu şüurumla heç kimə hətta hörmət etməyi belə özümə borc bilmirəm. Hamı özü üçün böyükdür. İstərəm, əgər hörmət etməli keyfiyyət taparam, hə, yox, suyum, çörəyim əvvəli Allahdan, sonrası dövlətimdəndi. Bu çörəyin də mənə halal olması üçün var qüvvəmlə çalışıram. O akademikə də dəqiq qənaətimə görə salam verirəm, ehtiram bəsləyirəm. 20 ildə onunla mənim aramda 20 cümlə danışıq olmayıb. Çox vaxt mənim səsli salamıma başı ilə cavab verib. Kommetlərimə belə qırmızı layk verdiyi olmayıb. Harda, haçan bu akademik məni öyrətdi?! Messegerim də aktiv. Kim istəyir baxa bilər, heç bir “məsləhət” mesajı yoxdur. Deməli SƏADƏT ŞIXIYEVA KƏM BİLİKLİ OLMAQLA BƏRABƏR BÖHTANÇIDIR! Azərbaycan elminin dəyərli simalarından birinə, üstəlik yüzlərlə işçisi olan rəhbər şəxsə böhtan atır. Onun qul haqqını yeyir ! Nə olsun qadındı, talesiz alimdi düşünüb deyib, yüksək dərəcəli alimlər ona cavab vermirlər. Axı “qaya içdən dağılır!”, dövrümüzün öz ümumi probleminin əsəb gərginliyi, bu tərəfdən də bu ürək bulanması… Onun akademikə şər-böhtanları, o cümlədən yüksək elmi dərəcəli alimlər, həmçinin mənim haqqında trol deməsi də ermənilərin bizim xalqa vurduğu damğalardan heç fərqlənmir!.. Bu xalq alim yetişdirib ki, yoldan ötənin biri onu trol adlandırsın?!
Bundan başqa həmin akademikin ən ciddi seçkisi vaxtı belə əsassız iddealarla çıxış etməyin cinayət təqibinin başlaması üçün əsas olduğunu bilməmək bir, bilib bunu etmək 2 qat məsuliyyətsizlik, düşmənçilik hərəkətidir. Bunu düşmən deyər, məsələn ermənilər! Yaxud seperatçı qeyri millətlər edər!
Hələ bir bu fikrindən sonra o, 10-12 il əvvəl müdafiə etmiş bir neçə alimin adını qeyd edir ki, bunların filan dissertasiyalarının flan səhifələrinin plagiat olduğunu bilirəm. Aha, bilirdin, niyə vaxtında susmusan?! Bəs sən aləmi ayağa qaldırmısan ki, “plagiata nifrət edirsən”, “bu işlə mübarizə aparırsan”. Niyə bəs 10 illər bunu bilib susmusan?! Məsələn, mən Elm qəzetində çap olunmuş (2 səhifə) “Türk dünyasına xəyanətlə uzanan əllər kəsilməlidir”məqaləmdə 1 elmlər doktorunun plagiatlarını ifşa etmişəm. Zakir Məmmədov haqqında monoqrafiyamın 25 səhifəlik “Hifz olunmaqdansa parça-parça oğurlanan xəzinə” yarımfəslində neçə-neçə elmlər doktorunu, fəlsəfə doktorunu ifşa etmişəm. Beləcə, nə idi onda səni BU PLAGİATLARA göz yummağa vadar edən?! Bağda “ərik var idi”?! Stop! Cinayəti bilib gizlətməyin hüquqi cəzası var! O cəza qalsın, belə mənəvi cinayəti gizlətmək, 1 media yazısı ilə belə ifşa etməmək Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxslərə xasdır.
Sən həmçinin o vaxtlar qanuna zidd olaraq müdafiə edənlər üçün xaricdə məqalələrini çap etdirmək kimi qazanclı işlə məşğul idin. Bax bu fakt da Sənin illərlə tədqiqatla yox, bu “qorxulu və eyni zamanda çirkin” işlə məşğul olduğunu təsdiqləyir. Cazibəsi var tədqiqatın, çəkir aparır adamı. Sən necə tədqiqatçı idin ki, onun-bunun məqaləsi üçün 40 dənə jurnalla danışıqlar aparırdın,sonra qiymət danışırdın, sonra pul yığırdın, həmçinin məqalələri tərcümə etdirirdin, onun üçün də pul danışırdın, pul yığırdın, sonra nüxsələri qəbul edib paylayırdın?! AAK-nın şərtlərində isə hər iddiaçı özü məqaləsini çap etdirməlidir, göstərilir.
Sən faydalandığın, kölgəsində məşhurlaşmaq imkanı əldə etdiyin akademikə, biz zəhmətkeş, beyni bilikli, əli qələmli alimlərə böhtan atanda, təhqirlər hayqıranda bunları bir düşün! Bunlar Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxslərə xas işlərdir.
Ərəb alimi və yazıçısı Abdulfattah Rəvvas Kalajının “Hələbin yaqutu” kitabını konfransda 1 əldə görüb surətini ölkəyə gətirib 11 il haqqında məlumat verməmək, əsərin tərcüməsinə və onun dərcinə məsul olub bu günə kimi onu da üzə çıxarmamaq, məni müəllifin kitabları ilə bağlı bütün işlərə Etibarnamə verdiyi l nümayəndə kimi çətin vəziyyətə salmaq da beləcə Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxslərə xasdır.
Akademikə hədə-qorxu mesajı göndərirsən: “ trollarınızın bu şər-böhtan kampaniyası və təqibi cinayət tərkibli əməldir!!! Bu sizə ilk və son xəbərdarlığımdır”.
İndi, heç başqalarını demirəm, mən sənin üçün haqqımda şər-böhtan kampaniyası apardığına görə məhkəmə təqibi işi açdırsam, neyləyəcəksən?! Məhkəmə də qanuna uyğun cəzanı pulla hesablasa neyləyəcəksən?! Ağlayacaqsan ki, kitablarımı çap edə bilmirəm, hardan ödəyim?! Yox! Mən heç sənin maddi vəziyyətinə görə deyil, səni elə bu şəkildə cəzalandırmağı zəruri hesab edirəm. Sən özün Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxssən! Çünki bu elm də, ziyalılıq da, zəngin, məhsuldar şəffav fəaliyyət də bir yana qalsın, konkret olaraq şəxsi nüfuza, ləyaqət hissinə, hətta bizim tərbiyəmizə, savadımıza cavabdeh ruhlara kökə – valideynlərə gedib çıxır sənin təhqir və böhtanların!
Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs — SƏADƏT ŞIXIYEVASən axı kimsən?! Fikrimcə bu yazımda mən sənin əslində kim olduğunu bir az anlatdım. Son sözüm: Səadət, öz “adını” başqalarına qoyma! Nə qədər yaşın çox olsa da qulağına sırğa elə: “döymə taxta qapıları”. Başını sal aşağı, oxu, istəyirsən Nəsimini oxu, istəyirsən Kafkanı oxu, nə istəyirsən oxu, intellektini genişləndir.Əsas da bir dəyərli doktorluq dissertasiyası yaz, müdafiə elə. Daha onun-bunun uğurunda gözün qalmasın və yaşlı qadınsan, şər-böhtan atma! Bu Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxslərə xas cəhətdi…
Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru
www.yenicag.az
Paylaş:
Müəllif : Yazar
Tarix:22-06-2021, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-06-2021, 13:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08