reklam
Regionxeberlericom.az » Gündəm » Rövşən Rzayev, Mahir Abbaszadə və digər vəzifəli şəxslər həbs oluna bilər... - İDDİA

reklam

Rövşən Rzayev, Mahir Abbaszadə və digər vəzifəli şəxslər həbs oluna bilər... - İDDİA



Gündəlik Bakı qəzeti olaraq dəfələrlə qeyd etmişik ki, Azərbaycanda miqyasına görə ən böyük korrupsiya Rövşən Rzayevin sədr olduğu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindədir. Və bunu ciddi sübutlarla əsaslandırmışıq. Amma təəssüf ki, bu günədək müvafiq dövlət qurumları “Qaçqınkom”da ciddi yoxlama aparmayıb. Və beləcə başda komitə sədri Rövşən Rzayev olmaqla, müavinləri Fuad Hüseynov, Sabir Əhmədov, Aparat rəhbəri Eldar Zeynalov, Mənzil Departamentinin direktoru Səbuhi Əhmədov və ən əsası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevriliblər. Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir.
Təkcə Fondun rəhbəri Mahir Abbaszadənin 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) bağışladığı 420000 yevro dəyəri olan hədiyyə Qaçqınkomdakı korrupsiyanın miqyasını göstərir. Həmən hədiyyə cütlüyün çəkdirdiyi şəkildə də aydın görünür. Bu hələ dənizə bir damcı misalıdır...

''Gündəlik Bakı''ya daxil olan səhih məlumata görə, bir neçə gündür ki, Maliyyə Nazirliyi nəhayət “Qaçqınkom”da və ona məxsus strukturlarda ciddi yoxlamaya başlayıb. Tam əminik ki, yoxlama Rövşən Rzayevin, Mahir Abbaszadənin və digər vəsifəli şəxslərin həbsinə səbəb olacaq. //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
22-06-2021, 17:38
Sikayət   


loading...
Загрузка...