reklam
Regionxeberlericom.az » Gündəm » Ağcabədidə tenderləri KİMLƏR UDUR? - İLGİNC FAKTLAR

reklam

Ağcabədidə tenderləri KİMLƏR UDUR? - İLGİNC FAKTLAR



Bir neçə il öncə Ağcabədi rayon sakinlərinin yaşadığı sosial problemlərlə bağlı dövrü mətbuatda çoxsaylı şikayətlərə rast gəlinirdi. Bütün bir çox narazılıqların başında isə qaba xarakterli Şahin Məmmədovun durduğu bildirilirdi. Ağcabədi rayon İcra Hakimiyyətində başçı dəyişikliyi 2019-cu ilin noyabr ayında baş verdi. Fəaliyyəti rayon sakinlərinin ciddi narazılığına səbəb olan İcra başçısı Şahin Məmmədovu Masallıda eyni vəzifəni tutmuş Rafil Hüseynov əvəz elədi. Artıq yeni olmasa da, ikinci ili tamam olmağa az qalmış, Ağcabədinin yeni İcra başçısı Rafil Hüseynov sələfindən nə ilə fərqlənə bildi? Fəaliyyətinin başlanğıcında narazı rayon sakinlərinin könlünü almaq üçün verilmiş vədlər elə vəd olaraq qalmaqdadır. Əvvəlki illərlə müqayisədə rayonun sosial-iqtisadi atmosferində heç bir dəyişiklik baş verməyib.

Aktualinfo.org ötən il Rafil Hüseynovun rayonda yaratdığı qeyri sağlam biznes mühiti barədə məlumatlar yaymışdı. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində,bütün rayonlarda olduğu kimi Ağcabədi rayonunda da bir çox mühüm işlərin görüldüyü,infrastruktur layihələrin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan məsələlər kifayət qədər çoxdur. Bu şübhələr bizdə haradan yaranır?

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilmiş məlumatlara görə Ağcabədi rayon İcra Hakimiyyəti 16.06.2021-ci il tarıxdə Respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi üzrə müsabiqə yolu ilə baş tutmuş tenderdə “LƏLƏTƏPƏ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və 41 500 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdı. İcra hakimiyyəti elə həmin gün şəhidlərin adlarının əbədiləşdirilməsi üçün küçəyə vurulan xatirə lövhələrinin düzəldilməsi üzrə 31 038 manat məbləğində satınalma müqaviləsini də sözügedən MMC-ilə bağlayıb.Bu torpaqlarımızın azadlığı uğrunda canlarıdan keçmiş şəhidlərimizin adlarının əbədiləşdirilməsi baxımından İcra Hakimiyyəti tərəfindən atılan təqdirəlayiq bir addımdır. Amma burada vurğulamaq istədiyimiz bir məsələ də var. Bu tenderlərin qalibi olmuş “LƏLƏTƏPƏ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlıdır.

Qeyd edək ki, “LƏLƏTƏPƏ” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan əvvəl də qeyri yaşayış binalarının əsaslı təmiri və tikili və avadanlıqların cari təmiri üzrə Ağcabədi rayon İcra Hakimiyyətinin keçirdiyi bir neçə tenderlərin qalibi olub. MMC-yə gəlincə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LƏLƏTƏPƏ” MMC-nin 8 saylı Ərazi Vergilər İdarəsində 18.12.2017-ci ildə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağcabədi şəhəri,Heydər Əliyev pr. qanuni təmsilçisinin isə Camalxanova Aygül Əli qızı olduğu göstərilir. Bəs Aygül Camalxanova kimdir?

Ağcabədi rayonunda son illər bütün dövlət satınalmalarının qalibi olmuş,“ELÇİN-TTQİ” , “QARABAĞ İNŞAAT-2016” və “RCİ-İNKİŞAF 2014” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin qanuni təmsilçisi Camalxanov Rövşən İbrahim oğlu ilə eyni ünvanda yaşayan bir şəxs,ya həyat yoldaşı,ya da qohumu. Qeyd edək ki, Rövşən Camalxanovun təsisçisi olduğu MMC-lərin fəaliyyəti ilə bağlı ötən yazıların birində ətraflı məlumatlar vermişdik. İndi isə onu xatırlatmaq istərdik ki, Ağcabədi rayon İcra Hakimiyyəti təxmini hesablamalarımıza görə son iki ildə Rövşən Camalxanovun qanuni təmsilçisi olduğu “ELÇİN-TTQİ” Məhdud Məsuliyyətli Cəmiyyəti – 194 535 manat,”QARABAĞ İNŞAAT-2016″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 438 640 manat, “RCİ-İNKİŞAF 2014” Məhdud Məsuliyyətli Cəmiyyəti 467 759.91 manat məbləğində satınalma müqavilələri bağlayıb. İndi isə Ağcabədidə xırda-xırda onlarla tender və kotirovka sorğularında 1 milyon manatdan çox vəsait ayrılmış MMC-lərə diqqət yetirək.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RCİ-İNKİŞAF 2014” MMC-nin 8 saylı Ərazi Vergilər İdarəsində 28.04.2014-cü ildə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağcabədi şəhəri,Heydər Əliyev pr. qanuni təmsilçisinin isə Camalxanov Rövşən İbrahim oğlunun olduğu göstərilir. Hazırda MMC-nin dövlətə 6636.74 manat vergi borcu mövcuddur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELÇİN-TTQİ” MMC-nin 8 saylı Ərazi Vergilər İdarəsində 18.02.2016-cı ildə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağcabədi şəhəri,Heydər Əliyev pr. qanuni təmsilçisinin isə Camalxanov Rövşən İbrahim oğlunun olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QARABAĞ İNŞAAT-2016” MMC-nin 8 saylı Ərazi Vergilər İdarəsində 04.04.2016-cı ildə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağcabədi ryonu Avşar kəndi, qanuni təmsilçisinin isə Camalxanov Rövşən İbrahim oğlunun olduğu göstərilir.

Rafil Hüseynovdan bir başçı kimi cavab almaq istədiyimiz maraqlı suallar da buradan yaranır. Rayonda nə üçün bütün satınalmalar ancaq bir nəfərə verilir? Bir nəfərin adına yaradılmış ayrı-ayrı MMC-lərin müxtəlif satınalmalarda iştirakı nə dərəcədə qanunauyğun bir haldır? Bu inhisarçılıq deyilmi? Araşdırmalarımıza görə Rövşən Camalxanov keçmiş İcra başçısı Şahin Məmmədovla daha çox işbirliyində olub. Təbii ki,iş başına keçdikdən sonra bundan rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun da xəbəri olub. Amma Rafil Hüseynov bu inhisarçılığın qarşısını ala bilər,rayonda fəaliyyət göstərən digər şirkətlərə də sağlam biznes şərait yarada bilərdi.İcra Hakimiyyətinin Tender Komissiyası durub indi deməsin ki,xəbərimiz yoxdur, tenderlər elektron qaydada keçirilir. Amma yekun protokolda hər kəs,kimin,kim olduğu bəlli olur axı…

Ağcabədini ələ almış bu inhisarçı MMC-lərin kimə məxsus olması,arxasında hansı yüksək çinlinin durması çox maraqlıdır. Ötən yazıda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun bu inhisarçılığa münasıbət bildirməsini istəmişdik. Onda bizim üçün maraqlı idi. Amma artıq maraqlı deyil, çünki inhisarçılq onun özünün marağındadır, göründüyü kimi şərati də özü yaradır.



Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 12:29
Sikayət   


loading...
Загрузка...