reklam
Regionxeberlericom.az » Gündəm » Yeni Azərbaycan Partiyasının üzvü rəis müavininin korrupsiya əməlləri barədə Vilayət Eyvazova müraciət etdi-ŞİKAYƏT

reklam

Yeni Azərbaycan Partiyasının üzvü rəis müavininin korrupsiya əməlləri barədə Vilayət Eyvazova müraciət etdi-ŞİKAYƏT


RegionXəbərləri.com-a Göyçay rayonu Bığır kənd sakini Yeni Azərbaycan Partiyasının üzvü Mayılov Çingiz Sabir oğlu tərəfindən müraciət daxil olub. Narazı vətəndaş müraciətində bunları qeyd edir.

"Bildirirəm ki, Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edib qurama qurub 1000 manat pulumuzu almışdır.
Belə ki, mənim qohumum Yevlax rayonu Hüseynbala Əliyev küçəsi mənzil 7 sakini İsgəndərov Emil Tahir oğlu rayonda maqazin işlədir qanunu qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur.Maqazindən nisiyə satdığı velisopedin və digər əşyaların pulunu istədikdə ona qarşı xuliqanlı edilməsinə baxmayaraq rəis müavini Əfqan Qurbanovun göstərişi ilə 12 iyun 2021-ci il tarixdə Emili polis şöbəsinə aparıb 1 gün qanunsuz olaraq orada saxlayırlar. Mən qohum kimi Emilin həbsdən çıxarılmasına çalışdıqda bildirdilər ki, 2500 manat pul verməlisən əks halda cinayət işi açılacaq.Mən əlacsız qalıb 1000 manat pul düzəldib Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun qudası Asif adlı şəxsə vermişəm. Həttda pul vermə anlarını video lentə almışam.
Bu şikayəti etməkdə məqsədim Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun nəzərinə bu özbaşınalığı çatdırmaqdır.Əfqan Qurbanov belə özbaşınalığı ilə polis adına ləkə gətirir.Mənim qohumum İsgəndərov Emil xırda sahibkarlıqla işləyib ailəsini dolandırır, dövlətə vergi verir.Ancaq polis rəisi müavini Əfqan Qurbanov isə qanunsuz əməlləri ilə dövlətə ziyanlar vurur, polis adına ləkə gətirir.
Cənab Nazir Vilayət Eyvazovdan xahiş edirəm məni qəbul edib rüşvət alma videosuna baxıb polis adına ləkə gətirən Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun barəsində qanunu tədbir görəsiniz.Əlaqə telefonu; (070) 331-04-91"

RegionXəbərləri.com olaraq yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com 









Paylaş:


Müəllif : Tarix:
25-06-2021, 08:30
Sikayət   


loading...
Загрузка...