reklam
Regionxeberlericom.az » Gündəm » Nəcməddin Sadıqov bəzi şəxslər vasitəsi ilə MN-ə təsir edir

reklam

Nəcməddin Sadıqov bəzi şəxslər vasitəsi ilə MN-ə təsir edir


Azərbaycan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla bağlı növbəti iddia yayılıb.

RegionXəbərləri.com azadinfo.az-a istinadən xəbər verir ki, N. Sadıqov Müdafiə Nazirliyinin rəhbərliyindən xaric edilməsinə baxmayaraq, hələ də müəyyən şəxslər vasitəsi ilə orduya təsir edir.

Məlumatda qeyd edilir ki, onun vaxtı ilə vəzifə verib, önə çəkdiyi şəxslər hələ də ona sadiqdir və verdiyi tapşırıqları yerinə yetirirlər. Sadıqov tez-tez həmin şəxslərlə görüşlər keçirir, onlara müəyyən göstərişlər verir.

Heç kəsə sirr deyil ki, Orduda ona yaxın olan şəxslər qısa zamanda yüksək vəzifələrə yüksəlir, qarşı olanlar ən yaxşı halda nazirlikdən kənarlaşdırılırdı.

N. Sadıqov Müdafiə Nazirliyindəki vəzifəsindən kənarlaşdırıldıqdan sonra həbsi gözlənilsə də, bu baş vermədi. Görünür, daxildəki və xaricdəki qüvvələr müxtəlif yollara əl ataraq, Sadıqovun həbsinə mane olur.

Bəzi ekspertlər Sadıqovun azadlıqda olmasını ölkəmiz üçün təhdid olduğunu hesab edir.

Qeyd eək ki, Nəciməddin Sadıqov 1993-cü ildən bu ilin yanvar ayına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsində çalışıb. Vəzifədə olduğu müddət ərzində haqqında müxtəlif ittihamlar səsləndirilib. Hətta “Tərtər işi”nin əsas sifarişçisi olduğu bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev də N. Sadıqovun evində gizli görüşlər keçirdiyini bildirmişdi.


Paylaş:


Müəllif : Tarix:
27-06-2021, 23:28
Sikayət   


loading...
Загрузка...