Gəncə Dövlət Universitetinin bir qrup müəllimi dekanın korrupsiya əməlləri barədə prezidentə və Ali Attestasiya Komissiyasının sədrinə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sədri cənab Famil Mustafayevə
Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən
Müraciət
Hörmətli, Famil müəllim, məlumunuz edirəm ki, Gəncə Dövlət Universitetində Bayram Apoyevin qeyri-qanuni hərəkətlərinə və özbaşınalıqlarına dur deyən tapılmır.Bu savadsız saxta pedaqoqun özbaşınalığının həddi-hüdudu yoxdur.
Maraqlı haldır ki,Bayram Apoyev bütün günü universitetdədir, onun bir dəqiqə belə boş vaxtı yoxdur, tələbələrlə işləyir, rektorluğun iclasları, müxtəlif tədbirlər,özünün dərsləri və s. Dekan olduğu fakültədə imtahanlardan, kollekviumlardan, aylığa buraxılan tələbələrdən rüşvəti birbaşa özü yığır. Bu dekanın elmi işinin mövzusu elmi şurada müzakirə edilmədən 5 dəfə dəyişdirilib və doktorluq dissertasiyası müdafiə edib. Demək olar ki,elmi tədqiqat işi aparmasa belə, doktorluq dissertasiyası müdafiə edib və təsdiqini gözləyir.Bu dekanın rüşvət yığmaqdan nə vaxt başı açıldı ki,o elmi tədqiqat işi ilə məşğul oldu?
Pedaqoji fakültənin hazırki dekanı Apoyev Bayram Fəti oğlu 20 ildir ki,dekan işləyir. O,Azərbaycan Dövlət Pedaqoji İnstitutunun cografiya ixtisasını bitirmişdir,bir müddət orta məktəblərdə biologiya və coğrafiya müəllimi işləmişdir.İndi isə "Pedaqogika" kafedrasının dosenti və "Pedaqoji" fakültənin dekanıdır.Hal-hazırda görkəmli filoloqlar Nizami yaradıçılığında nəyi isə axtarıb tapa bilmirlər,çünki bu böyük şair ətraflı tədqiq olunub.
Maraqlıdır, bu coğrafiya müəllimi hara,Nizami yaradıcılığı hara??? Bu coğrafiya müəlliminin doktorluq dissertasiyasının mövzusu Nizami
Gəncəvinin yaradıcılığı ilə əlaqəlidir.Hazır dissertasiya işi tapana qədər elmi şurada müzakirə olunmadan bir neçə dəfə doktorluq dissetasiya işinin adı dəyişdirilmişdir.Heç bir elmi yaradıcılıq məzuniyyətində, heç bir kitabxanada olmayıb. Maraqlıdır,elmi-tədqiqat işini bu adam harada aparıb?Bu şəxs bütün günü tələbələrdən rüşvət yığmaqla məşğuldur. Bu gün də dekanlıqda oturub imtahanın biri 100 manatdan tələbələrdən rüşvət yığır.20 ildir ki,dekan kimi rüşvət yığma fəaliyyətini davam etdirir..Elə bunun nəticəsidir ki,onun heç bir yerdə işləməyən oğlu Şamo bu günlərdə Topazda 70000 manat uduzub.
Bayram Apoyev özü dəfələrlə etiraf edib ki, "Ali Attestasiya Komissiyasında mənim yaxın adamım var,ona 30000 manat vermişəm, ekspertdən də keçmişəm, kim istəsə ona kömək də edə bilərəm.Ali Attestasiya Komissiyasındakı yaxın adamım 30000 manat alıb doktorluq dissertasiyasını təsdiq elətdirir".
Daha bir maraqlı fakt ondan ibarətdir ki,Bayram Apoyevin qızı Çinarə və kürəkəni Elvin Atakişiyev də universitetdə işləyirlər.Elvin Atakişiyev franzız dili fakültəsini bitirib.Amma azərbaycan dilindən müdafiə edib,Alman dili kafedrasının müdiridir.Tamam uyğunsuzluqdur,əndrəbadi şeylərdir.Elvin Atakişiyevin elmi rəhbəri GDU-nun professoru Telman Quliyev olub.Elvin Atakişiyev Nəsimi adına Dilçilik İnstitutunda müdafiə edib,danışa bilmədiyi üçün həm elmi rəhbəri,həm də özü biabır olub,amma Bayram Apoyevin sehrli barmaqları bu biabırçı işi AAK-da təsdiq elətdirib.
Bayram Apoyevin plagiat sözündən xoşu gəlir,belə ki,onun kitabları müxtəlif alimlərin kitablarından köçürmə olduğu kimi,plagiat kitablara da özü rəy verib.Məsələn,Bayram Apoyevin müavini İlqar Haqverdiyevin və GDU-nun Bədən Tərbiyəsi və idman kafedrasının müdiri Ağayev İlham Mansır oğlunun birgə həmmüəllifliyi ilə ərsəyə gələn " Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası" dərsliyi. Sözügedən dərs vəsaitinin orijinal variantını - "Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları"nı yazıb ərsəyə gətirən Azərbaycan Pedaqoji Universitetin dosenti, Pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının " Fəxri bədən tərbiyəsi və idman işçisi", SSRİ idman ustası Baloğlan Quliyevdir. Hazırda həmin dərs vəsaiti Prezident kitabxanasındadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 17 fevral 2010-cu il tarixli, 202 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş bu kitab 2009-cu ildə Bakıda, ADPU-da işıq üzü görsə də, sonradan, daha dəqiqi, 2016-cı ildə GDU-nun müəllimləri - İlham Ağayev və İlqar Haqverdiyev həmin kitabdan plagiatlıq edərək yeni bir dərs vəsaiti "ərsəyə gətiriblər". Bu kitaba rəy verən elə həmin Bayram Apoyev olmuşdur.
Məlumunuz edirəm ki, Bayram Apoyevin doktorluq dissertsiyasını pedaqogika üzrə elmlər doktoru, professor Akif ABBASOV yazıb.Bayram Apoyevin özünün bu dissetasiasiya işindən ümumiyyətlə, xəbəri belə yoxdur.Müdafiə etdiyi işin təsdiqi üçün tələb olunan elmi məqalə saxta Tomson Reyters jurnalında nəşr olunub.Bayram Apoyev deyir ki, yaxın günlərdə dissertasiya işim AAK tərəfindən təsdiq olunacaq və diplomumu alacam.Bütün bunlar Ali Attestasiya Komissiyasında işləyən bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir.
Hörmətli Famil müəllim ,biz Sizi obyektiv adam kimi tanıyırıq.Xahiş edirik ki,bu hərc-mərcliyin qarşısını alasınız.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-06-2019, 08:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-06-2019, 08:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16