Sən demə, Adil Vəliyevin oğlu yaxşı oğlan imiş... - Amma xəbərimiz olmayıb...
Müdafiə naziri Zakir Həsənov Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərlini təltif edib. Nazir 44 günlük müharibədə orduya göstərdiyi dəstəyə görə Ənvər Ənvərliyə Fəxri fərman verib. Fəxri fərmanda deyilir ki, Ənvər Ənvərli müharibə dövründə vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, Azərbaycan Ordusuna maddi və mənəvi dəstək verib, qayğı və diqqət göstərdiyinə görə təltif olunub.
Bloger Mehman Hüseynov təltifin fotosunu yayandan sonra mətbuatda və sosial şəbəkələrdə mövzu müzakirə olunmaqdadır. Bu müzakirələrdə başçı oğlunun hansı işinə görə təltif olunması sual olunur.
“Yeni Müsavat”ın əməkdaşı bu sualı Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlayıb. Qurumdan bildiriblər ki, Ənvər Ənvərli bu işləri iş adamı olaraq görüb və suallar da ona ünvanlanmalıdır.
İş adamının rəhbərlik etdiyi “21-ci Əsr” MTK ilə əlaqə saxladıq.
MTK-dan bildirdilər ki, Ənvər Ənvərli 44 günlük Vətən müharibəsi zamanı orduya, müharibədən sonra isə şəhid və qazi ailələrinə imkanları daxilində kömək edib: “Ənvər Ənvərli bu işlər üçün xərcləməyi planlaşdırdığı məbləğdən daha artıq vəsait xərcləyib və yenə də xərcləməkdədir. Müdafiə Nazirliyinin rəhbərliyi də sağ olsun, onun xidmətlərini nəzərə alıb, təltif edib. Məgər təltif olunan təkcə Ənvər Ənvərlidir? Digər tərəfdən, Ənvər Ənvərli bu işləri təltif olunmaq üçün etməyib axı. Harada yazılıb ki, hər hansı bir iş adamı xalqa, orduya dəstək ola bilməz? Biz də bu müzakirələrlə tanışıq və sual edirik: iş adamı orduya, qazilərə və şəhid ailələrinə dəstək verə bilməz? Bu nə yanaşmadır?”
MTK rəsmisi deyib ki, Ənvər Ənvərli gördüyü işləri ilk gündən reklam etmək niyyətində olmayıb: “Ənvər Ənvərli bu mövzuda müzakirələrin açılmasının tərəfdarı deyil. O, hesab edir ki, imkanı olan, biznesi, gəliri olan hər bir kəs Ordumuza, şəhidlərimizin ailələrinə, qazilərimizə imkanları daxilində dəstək verməli, kömək etməlidir. Bu günə qədər şəhid və qazi ailələrinə, 37 döyüşçü ailəsinə yardım edib. O, bu işləri görərkən reklam edilməsini, bu haqda yazılmasını, danışılmasını istəməyib. Amma bir təltifdən dolayı bu cür müzakirələr açılırsa, bu cür qaralama kampaniyası aparılırsa, məcburiyyət qarşısında bu məsələləri açıqlaya bilərik. Kimlər Ənvər Ənvərlinin gördüyü işlərlə tanış olmaq istəyirsə, buyursunlar, Zabrat qəsəbəsinə gedib şəhid Əfqanın anası Kəmalə xanıma bağışladığı 3 otaqlı, tam təmirli evə baxsınlar”.
MTK rəsmisi “təltifdə Ənvər Ənvərlinin orduya dəstək verdiyi qeyd olunub, sirr deyilsə, bu məqsədə nə qədər vəsait ayrılıb” sualına belə cavab verdi: “Ordumuza dəstək verib. Ümumilikdə şəhid ailələri və qazilərə verilən dəstək nəzərdə tutulandan dəfələrlə artıqdır və belə yardımlar davam etdirilməkdədir. Müharibə günlərində Füzuli və digər rayonların ərazisində döyüşən əsgərlərimizə də əlimizdən gələn köməyi əsirgəmədik, yardımlar apardıq. Ənvər Ənvərli müharibədən sonra da şəhid ailələrini, qazilərimizi diqqətdə saxlamaqdadır. Sumqayıtda yaşayan qazi Camal Alxasova maşın bağışlayıb. Bu, onun özünün şəxsi istəyi ilə baş tutub. Kimlər bu məsələləri dərindən öyrənmək istəyirsə, gedib araşdırsınlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 08:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16