reklam
Regionxeberlericom.az » Gündəm » Göyçay rayon xəstəxanasında özbaşınalıq- ŞİKAYƏT

reklam

Göyçay rayon xəstəxanasında özbaşınalıq- ŞİKAYƏT


RegionXəbərləri.com-un elektron poçtuna Göyçay rayonu Çərəkə kand sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaş mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və digər orqanlara müraciət ünvanlayır.

"Cənab Prezident sizə bildirmək istəyirəm ki,mən 09 iyun 2021-ci il tarixdə yaxın qohumum Nəbiyev Sehran Şakir oğlu və onun ailə üzvilərilə Göyçay rayon Mərkəzi Xəstəxanasına Covid 19 əleyhinə vaksinasiya olunmağa getmişdim.Bu zaman Xəstəxananın birinci mərtəbəsində İcbari Tibbi Siğorta əməkdaşı olan Namiq adlı şəxs tibbi maskadan istifadə etmək tələbilə kobud şəkildə üzərimizə qışqırdı.Deyilişi olduqca kobud səslənsə də,biz onun dediyinə dərhal əməl etdik.Səhəri gün mən səhətimlə bağlı yenidən rayon Mərkəzi Xəstəxanasına getdiyim zaman həmin Namiq adlı Siğorta işçisi tanımadığım digər bir vətəndaşa da,bir gün öncə mənə etdiyi kimi kobud davranaraq tibbi maskadan istifadə etməyi əmr etdi.Bu zaman" Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz"maddəsinə əsaslanaraq ona müraciət etdim.Ona gözəl tərzdə bildirmək istəyirdim ki,vətəndaşlarla bu cür davranmaq olmaz.Bu zaman kənarda dayanmış digər bir Siğorta əməkdaşı Namiqin qeyri-etik davranışına təkan verərək mənim üzərimə gəldi.Onlar birliklə mənə fiziki güclə zor tətbiq etdilər.Mən isə öz növbəmdə Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə zəng edib mənə edilən xuliqanlıq barədə öz şikayətimi bildirdim.Bir az sonra hadisə yerinə Göyçay rayon Polis Şöbəsindən iki polis əməkdaşı gəldi.Lakin Namiq,elə polislərin yanındaca mənə əl-qol atmağa cəhd etdi,tərbiyəsiz söyüşlər söydü,şərəf və ləyaqətimi ən kobud sözlərlə təhqir etdi."Guya"mənim hüquqlarımı müdafiə etmək məqsədilə gələn, Polis leytenantı Taleh Ağayev isə gördüklərinə qarşı çox soyuqqanlı idi.O,sanki heç hüquq mühafizə orqanı deyilmiş kimi davranırdı.

İlk növbədə qeyd etməliyəm ki,"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur".Yəni,yuxarıda qeyd etdiyim CM-nin 211.1-ci maddəsinə əsasən Namiq və digər Siğorta əməkdaşı öz tutduqları vəzifələrindən sui-istifadə edərək qanun pozuntusuna yol verir.Daha betəri isə odur ki,o,bunu 102 şikayətinə əsasən gələn polis leteynantı Taleh Ağayevin gözü önündə etdi.Eyni zamanda bir neçə gün sonra məni Göyçay rayon Polis şöbəsinə dəvət edən sahə rəisi Sadıqov Həbib Əlibrahim oğlu ilə birliklə hadisə yerinə getdik.Namiq adlı şəxs müəmmalı səbəblərlə polis mayoru Həbib Sadıqovu heç kimin olmadığı bir otağa saldı.15-20 dəqiqə sonra gülə-gülə otaqdan çıxan Həbib Sadıqov mənə bildirdi ki,"Namiqin və digərinin izahatını aldım,Məhkəməyə təqdim edəcəm.Qanunlara əsasən dediklərini sübut edə bilsən 50(əlli) və ya 100(yüz) manat cərimə olunacaqlar.Bunu mən deyil,qanun belə deyir".

Bildirmək istəyirəm ki,müasir standartlara cavab verən Xəstəxanamızın hər tərəfində müşahidə və nəzarət kameraları quraşdırılmışdır.Sizdən çox xahiş edirəm,10 iyun 2021-ci il tarixdə saat 09-00 və 11-00 arası müddətində qeydə alınmış video çəkilişin mənim də şahidliyimlə Məhkəməyə təqdim edilməsi üçün tapşırıq verəsiniz!Heç bir cinayət cəzasız qala bilməz.Mən haqqımın bərpa olunmasını və cinayətkarların cəzalandırılmasını tələb edirəm.Həmçinin tələb edirəm ki,şərəf və ləyaqətimi təhqir edənlərə göz yuman polis leytenantı Taleh Ağayev və məsələni ört-basdır etməyə çalışan polis mayoru Həbib Sadıqov barəsində ciddi tədbir görülsün".
 
RegionXəbərləri.com olaraq yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq....

RegionXəbərləri.com 






 


Paylaş:


Müəllif : Tarix:
8-07-2021, 08:49
Sikayət   


loading...
Загрузка...