reklam
Regionxeberlericom.az » Gündəm » Emin Əmrullayevin mübarək ŞƏXSİ HEYƏTİ... - İLGİNC MƏQAM...

reklam

Emin Əmrullayevin mübarək ŞƏXSİ HEYƏTİ... - İLGİNC MƏQAM...


Nazir təyinatından dərhal sonra Elnur Nəsibovu özünə müşavir təyin etməklə Emin Əmrullayev komandasını formalaşdırmağa başladı. Əslində buna yeni nazirin təbii haqqı kimi də baxmaq olar.

Xatırladaq ki, E. Nəsibov Təhsil naziri ilə uzun illər bir yerdə çalışıb və onun əsas kadrlarından biri hesab olunur. Media və cəmiyyət üçün o qədər də açıq olmayan və çox da tanınmayan Nəsibov bu yaxınlarda az qala bir statusun qurbanına çevriləcəkdi. Öz karyerasına “əl çəkən” sabiq deputat H.Mirələmovu müdafiəyə qalxan müşavir “ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa” yazmaqla siyasi səhvə yol vermişdi. Lakin az sonra yəqin ki, təpkilərdən sonra statusunu silərək özünü Mirələmovun aqibətindən xilas etməyi bacardı. Buna baxmayaraq bir cümlə ilə hansı keyfiyyətlərə sahib olduğunu cəmiyyətə təqdim edən E.Nəsibov social şəbəkələrdə kifayət qədər təpkilərlə üzləşdi.
Rubrika.az saytına verilən məlumatlara görə E.Nəsibov nazirin müşaviri kimi daha çox təhsil sahəsində fəaliyyət göstərən QHT-lərin işini kurasiya edir. Xatırladaq ki, təhsil sektorunda QHT-lərin fəaliyyəti ilə bağlı zaman-zaman medyada kifayət qədər tənqidi materiallar yayımlanıb. Bu sahədə yetərincə qaranlıq məqamların və boşluqların olması göz önündədir.
Məlumatlara görə nazirliyin (bilavasitə E.Nəsibovun) məsləhət bilmədiyi QHT-lərin təhsil sektorunda fəaliyyəti hər vasitə ilə əngəllənir. Əksinə “məsləhətli” QHT-lər müxtəlif layihələrin reallaşdırılmasında əsas rol oynayır və böyük məbləğli qrant layihələr həyata keçirilir.
Verilən məlumatlara görə E.Nəsibova yaxın olan şəxslərin rəhbərlik etdiyi QHT-lərdən qeyri bir kimsə nazirliyin layihələrinə yaxın buraxılmır. Çox mühüm layihələrin həyata keçirilməsində tanınmış QHT-lərin üzvləri ekspertiza və monitorinqinə dəvət edilmirlər. Nəticədə heç bir şəffaflıq olmadan böyük layihələr bir neçə şəxsin iradəsi ilə reallaşdırılır.
Görünür Elnur Nəsibov Qeyri Hökumət Təşkilatları ilə iş deyəndə özünü hökumətdən qeyri hökumət kimi başa düşüb. Belə olmasaydı böyük layihələrin reallaşdırılması məhz onun “kriteriyalarına” cavab verən QHT-lər vasitəsilə həyata keçirilməzdi.
E.Nəsibovun “kriteriyaları” hansılardır ?
Mövzu barədə geniş araşdırma hazırlanır.



Paylaş:


Müəllif : Tarix:
8-07-2021, 09:20
Sikayət   


loading...
Загрузка...