Zərifə Həmzəyevanın bankından götürülmüş 5 milyon hara köçürülüb? - İLGİNC GƏLİŞMƏ
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov deyir ki, onu susdurmaq üçün öz şirkətinin xəzinəsindən 2013-2016-cı illərdə 680 min manat vəsait götürüb mənimsəməkdə ittiham edirlər. Halbuki, həmin dövr ərzində özü şirkətə 3 milyon 772 min manat pul mədaxil edib. Həbsdə olan iş adamının vəkilləri bunu təsdiq edən mədaxil qəbzlərini Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlər kollegiyasına təqdim ediblər.
Hələ məhkəmənin hazırlıq iclasında İlqar İsmayılov bildirmişdi ki, şirkətin kassasından pul götürməsinin sübutu kimi, iş materiallarına əlavə olunmuş mədaxil qəbzlərini qəbul etmir. Çünki həmin qəbzlərin əsli yox, kserosurətdir. Həm də həmin qəbzlərdə onun imzası yoxdur və o sənədlərin hansı şəraitdə, kim tərəfindən hazırlandığı məlum deyil. İş adamı iddia edirdi ki, onun həbsinə və mənimsəmə ittihamına əsas yaratmaqdan ötrü saxta qəbzlər hazırlanaraq, iş materiallarına əlavə olunub.
İş adamının vəkilləri hazırlıq iclasında İlqar İsmayılovun imzası olan mədaxil və məxaric qəbzlərini də məhkəməyə təqdim edərək, onların iş materiallarına əlavə olunmasını istəmişdi. Vəkillərin sözlərinə görə, bu qəbzlər İlqar İsmayılovun mənimsədiyi iddia olunan məbləğdən dəfələrlə çox vəsaiti “İdeal Kompani”nin kassasına köçürdüyünü sübut edir. Lakin məhkəmə həmin qəbzlərin mənbəyi, haradan, nə vaxt əldə edilməsiylə bağlı şübhələr olduğunu əsas gətirərək, onları sübut kimi qəbul edib, iş materiallarına əlavə etməmişdi.
İlqar İsmayılovun vəkilləri mənbə ilə bağlı şübhələrin aradan qaldırılması üçün şirkətin kassasına 2013-2016-cı illərdə şirkətin kassasına köçürülmüş 3 milyon 377 min manatla bağlı mədaxil qəbzlərini notarial qaydada təsdiqlətdirib və iyulun 5-də keçirilən məhkəmə iclasında təqdim edib.
“Bu qəbzlər həm də onu sübut edir ki, o vaxtkı “SilkWay”, indiki “Premium Bank”dan İlqar İsmayılovun adına ayrılan 5 milyonluq kredit də bankdan götürülüb, şirkətin kassasına köçürülüb. Eyni gündə bankdan vəsaitlər çıxarılıb və şirkətə mədaxil edilib”, – vəkil Rəşad Əliyev bildirib.
Bu dəfə məhkəmə “İdeal Kompani”yə köçürülən vəsaitlərlə bağlı sübutları – qəbzləri qəbul edib.
“İdeal Kompani”dəki pay 2017-ci ildə tamamilə İlqar İsmayılovdan alınandan bir müddət sonra – 2020-ci ildə şirkətin idarəçiləri “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Ona görə də hazırda İlqar İsmayılova qarşı cinayət işində zərərçəkmiş qismində “Adore Company” tanınıb.
Bu şirkətin nümayəndəsi Rüfət Əliyev də məhkəmədə ifadə verib. O bildirib ki, ittiham tərəfinin mövqeyilə razılaşırlar.
İlqar İsmayılovun vəkili Gülnar Quluzadə hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmədə ifadəsini yada salıb: “Dividend bölgüsü Fuad Əliyevin iştirakıyla aparılıb, istintaq zamanı da ifadələrdə onun adı çəkilib. Əsas şahidlərdən biri olmasına baxmayaraq, istintaq onu dindirməyib. Ona görə də Fuad Əliyevin məhkəmədə dindirilməsini xahiş edirik”.
Hakim Əli Məmmədov bildirib ki, ittiham tərəfin əsas şahidləri dindiriləndən sonra zərurət yaranarsa, Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi məsələsi müzakirə oluna bilər.
Müdafiə tərəfinin daha bir vəsatəti isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən İlqar İsmayılovun “İdeal Kompani”nin xəzinəsinə mədaxil və məxaric etdiyi vəsaitlərin yoxlanılmasına dair 15 yanvar 2018-ci il tarixli Mütəxəssis Aktının alınması haqda olub.
Vəkil Nailə Eldarova bildirib ki, 2017-ci ilin iyulunda da eyni ittihamla İlqar İsmayılov haqqında cinayət işi başlanmış, 2018-ci ilin yanvarında həmin cinayət işinə xitam verilmişdi: “Cinayət işinə xitam verilməsi barədə 23 yanvar 2018-ci il tarixli qərardan görünür ki, “İdeal Kompani”nin 25 oktyabr 2011-ci ildən 31 dekabr 2016-cı ilə qədərki fəaliyyəti, İlqar İsmayılovun şirkətin xəzinəsinə mədaxil və məxaric etdiyi vəsaitlərin araşdırılması üçün Mütəxəssis yoxlaması təyin edilib. Bu yoxlamanın nəticəsinə dair 15 yanvar 2018-ci il tarixli aktda yazılıb ki, İlqar İsmayılovun mədaxil və məxaric etdiyi məbləğlər arasındakı fərq müsbət olub. Yəni İlqar İsmayılovun adına şirkətin kassasından artıq pul çıxarılması aşkar edilməyib. Məhz bu aktın əsasında da cinayət işinə xitam verilib. İndi yenə də həmin audit şirkəti və həmin dövr üzrə yoxlama aparıb, bu dəfə isə rəy verir ki, fərq mənfidir. Bu dəfə də onun rəyi əsasında ittiham veriblər”.
Məhkəmə müdafiə tərəfinin bu vəsatətinin baxılmamış saxlanmasına qərar verib.
Məhkəmə prosesi iyulun 12-də davam edəcək.
İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
Zərifə Həmzəyeva “Premium Bank”ın əsas səhmdarı, həmçinin kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli Group”un da rəhbəridir.
Meydan TV
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29