Maşın oğurlayan şəxs İcra Hakimiyyətinin tenderində qalib oldu
Füzuli Rayon İcra Hakimiyyətinin mal-materialların satın alınması üzrə müsabiqəyə yekun vurub.
RegionXəbərləri.com Qaynarinfo-ya istinadən xəbər verir ki, müsabiqənin qalibi "Mantı LM Group” MMC-dir. İcra Hakimiyyəti ilə MMC arasında satınalma müqaviləsi imzalanacağı təqdirdə qurum şirkətə 130.777 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Mantı LM Group” MMC 27 yanvar 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, E.İsakzadə küçəsi, ev. 10/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.
Açıq mənbələrdə "Mantı LM Group” MMC haqqında hər hansı məlumat yoxdur. İrşad Rzaquliyevə gəlincə, o, ötən il avtomobil oğurluğuna görə həbs edilib. Həmin vaxt yayılan məlumatda deyilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə Babayev Qəşəm Əliqəmən oğlu ərizə ilə müraciət edərək bildirib ki, yaşadığı Yəhya Bakuvi küçəsi 5 ünvanında avtomobili oğurlanıb.
Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb. O, avtomobili ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Saxlanılan şəxsin üzərindən narkotik maddə sayılan "kakos" aşkar edilib. Məlum olub ki, İrşad Rzaquliyev əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb.
Tamah ona güc gəldiyi üçün avtomobili oğurlayıb. Saxlanılan şəxs avtomobili oğurlamayacağını, sadəcə maqnitafonunu satıb özü üçün narkotik vasitə alacağını bildirib.
Maqnitafonu Sabunçu bazarında satan şəxs narkotik vasitə də əldə edib. Əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Bundan başqa, məlum olur ki, İrşad Rzaquliyevin adına daha 4 şirkət var: "Lalende FM Group” MMC, "Semra SNG” MMC, "Madagar RF” MMC və "NGN Group” MMC-dir. Adıçəkilən şirkətlərin hamısı 27 yanvar 2021-ci il tarixdə qeydiyyata alınıb.
İrşad Rzaquliyevin adının cinayət xarakterli əməllərdə hallanması, eyni gündə adına 5 şirkətin qeydiyyatdan keçirilməsi onun "proxy” şəxs olması ehtimalını artırır. Digər tərəfdən, "Mantı LM Group” MMC cəmi 6 aydır fəaliyyət göstərir. Bu baxımdan, şirkətin maddi-texniki bazasının, maliyyə imkanlarının lazımi səviyyədə olması şübhə doğurur.
Şübhələrə aydınlıq gətirmək üçün İqtisadiyyat Nazirliyi yanında Anriinhisar və İstehlak Bazarına Nəzarət Departamneti əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.
Füzuli Rayon İcra Hakimiyyətinin baş müsahibi Cəmşid Əmirov isə Qaynarinfo-ya bildirdi ki, təmsil etdiyi qurum hələ şirkətlə müqavilə imzalamayıb. O, həmçinin satınalma müsabiqəsinin elektron portal üzərindən keçirildiyini deyərək "Mantı LM Group” MMC və onun qanuni təmsilçisi barədə məlumatlı olmadıqlarını bildirdi:
"Biz hələ müqavilə imzalamamışıq. Əgər bizim şərtlərimizə uyğun gələrsə, o zaman müqavilə bağlayacağıq. Şirkət barədə isə heç nə deyə bilmərik. Çünki müsabiqə elektron portal üzərindən keçirilir. Bu barədə onlarla əlaqə saxlasanız daha yaxşı olar”.
Tenderlər üzrə ixtisaslaşmış araşdırmaçı-jurnalist Hafiz Babalı isə bildirib ki, satınalma müsabiqəsi elektron portal üzərindən keçirildiyi üçün satınalan təşkilat hansı şirkətlərin iştirak etdiyini bilməyə bilər:
"Müsabiqənin qalibini də satınalan təşkilat müəyyənləşdirmir. Amma "Elektron portala müdaxilə olunurmu?” sualının cavabı açıq qalır. Bütün bunlara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Departamenti aydınlıq gətirməlidir”, - deyə o əlavə edib.
Hafiz Babalının fikrincə, İrşad Rzaquliyevin cinayət xarakterli əməllərdə adının hallanması, onun adına eyni gündə 5 MMC-nin yaradılması müəyyən şübhələrə yol açır:
"Doğrudur, əvvəllər məhkum olunmuş şəxslər də şirkət qura bilər. Qanun bunu qadağan etmir. Amma burada bir məsələ var ki, dediyiniz şəxsin adına eyni gündə 5 şirkət yaradılıb. Bu şirkətlər cəmi 6 aydır fəaliyyət göstərir. Bəlli deyil ki, onların maliyyə imkanları və maddi-texniki bazası hansı səviyyədədir. Yəni, burda həmin şirkətlərin saxta olmasına ciddi şübhələr yaranır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 17:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 17:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01