Özü hədəfdə olan başçı indi də oğlu ilə GÜNDƏMDƏDİR... - İLGİNC
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev təkcə böyüklərin deyil, uşaqların, hətta körpələrin də cibinə girir.
Bu adam “sağ əli” olan Rəfael ilə rayonda bir neçə uşaq bağçası, körpələr evi açıb. Və bağça biznesindən əməlli-başlı qazanır.
Bir soruşan yoxdur ki, şadlıq evlərin, xarici avtomobil bazarın, torpaq biznesin azlıq edir ki, indi də, nəvələrin yaşda uşaqların cibinə girirsən.
Adil Vəliyevlə Rəfaelin biznesi təkcə bağçalarla kifayətlənmir.
Rəfael Sabunçuda bahalı torpaqların siyahısını hazırlayıb icra başçısının stolunun üstünə qoyur və bazarlıq başlayır. Son 10 ildə Adil Vəliyev Sabunçunun ərazisini öz dədə malı kimi satır, milyonlar qazanır.
Bu adam o qədər tamahkardır ki, rayonun Kürdəxanı qəsəbəsindəki yol kənardındakı torpaqları satır, gölməçəri qurdub fərdi ev tikənlərə satır.
Sabunçunun Bakıxanov qəsəbəsində torpağın 1 sotunun qiyməti Adil Vəliyev icra başçısı olandan sonra 25-30 min manata qalxıb.
Adil Vəliyev Sabunçuda bütün yaşıllıqlara qənim kəsilib. Hətta xırda uşaqlar üçün nəzərdə tutulan parklarda kafe, çayxana açıb ticarət edir.
Adil Vəliyevin xeyli sayda “xəstəliyi” var. Amma ən dəhşətlisi avtomobil xəstəliyidir. Oğlu Ənvərin özünün xarici avtomobil parkı var. Ənvərdə ki, ayda 1-2 dəfə polisə aparılmasa, rahat olmur. Hər dəfə Adil Vəliyev “xeyli tərləyir”, kimlərəsə ağız açdırıb Ənvəri “kpz”dən çıxardır, amma yenə düzəlmir.
Yaxınlarının dediyinə görə, bu ata-balanın “özəl xəstəliyi” var, ata-bala uşaq vaxtı yıxılıb kəllə-beyin travması alıblar. Adil Vəliyev rayonun tabeliyində olan Maştağa qəsəbəsinə də tez-tez gedir. Amma səbəbini az adam bilir.
Bu adamın hiyləgərliyi həm də odur ki, şəxsi mülklərinin, restoranlarının, şirkətlərinin guya yuxarıda kiməsə məxsus olduğunu deyir.
Adil Vəliyev fərdi ev tikintisi ilə bağlı aldığı pulları guya Bakı Şəhər İcra Hakimiyyətinə verdiyini car çəkir.
Görəsən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bunu bilmir ?
Adil Vəliyev Sabunçu ərazisində plana düşmüş evlərdən yüz minlər qazanır.
Bu adamda islam dininə qarşı patoloji nifrət var, dini bayramları ələ salır, lağ edir. Görəsən, səbəbi nədir ?
Özü isə tez-tez bahalı restoranlara arxa qapıdan girir, həm də tək olmur.
Adil Vəliyevin icra nümayəndələri ictimai işləri yerinə yetirən şəxslərin bütün maaş kartlarını ciblərində gəzdirirlər. Bu cinayətdir.
Adil Vəliyev icra başçısı olmazdan “Sarı gəlin” şadlıq sarayına sahib idi. İndi deyirlər satıb. Və Bakıxanovda özü üçün “AQAT” şadlıq sarayını tikdirib. Görəsən hansı vəsaitlə ?
Əlbəttə, aldığı rüşvətin hesabına.
Bəs 1 il öncə kabinetdə tutulan 280 min manat nə pulu idi, cənab Vəliyev ?
Təzə “Sağ əlin” Həbibi güc orqanları həbs etmişdi , məhkəməni pulla ala bildin Vəliyev ?
Bəlkə əlindən çıxan “Euro Style” LTD MMC-nin nəzdində olan "Volkswagen Bakı Mərkəzi"ndən danışaq, bəlkə Porsche-dən?
Bütün bunlar bir yana. Sən şəhid ailələrinə bu qədər etinasızsan. Qazilərin toplaşması üçün Sabunçu boyda rayonda 4 kv.m yer vermirsən.
Amma özün qəbristanlıqları zəbt edirsən. Deməli, dirilərin payını satıb qurtarmısan, indi də ölüləri istismar edirsən.
İndi isə Adil Vəliyevin avtomobil kolleksiyasına nəzər salaq.
İcra başçısının təkcə avtomobil parkının dəyəri 3 milyon manatdır. Artıq media Adil Vəliyevə təzə ad da qoyub: oğru, korrupsioner, rüşvətxor.
Görəsən, ayda dövlətdən 1000 manat maaş alan Adil Vəliyevin 3 milyonlu avtoparkı haradandır ?
Yuxarıda qeyd etdik ki, Vəliyevlər ailəsinin maşın xəstəliyi var. Özü də “PORSCHE” markalı maşınların xəstəsi.
Adil Vəliyevə məxsus olan maşınlar:
Xidməti maşın AUDİ A8 (10-AA-818)
Şəxsi maşını Porsche Panamera Turbo (10-AA-078). Qiyməti 200.000 AZN
Adil Vəliyevin oğlu Ənvər Vəliyevin maşın qarajı.
2014-cü ildə qiyməti 250.000 AZN olan “PORSCHE 911Turbo S” markalı maşın sürürdü. Ona məxsus olan 10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə.
2015-ci ildə oğlu maşınını dəyişir və qiyməti 150.000 AZN olan “PORSCHE 911” markall maşın sürür. Ona məxsus olan yeni 10-AL-078 dövlət nömrəsi ilə.
2018-ci ildə oğlu Ənvər özünə 450.000 AZN (yarım milyonluq) Ferrari Berlinetta alır. Yeni maşının yeni nömrəsi var - 10-FF-078.
2021-ci ildə biz icra başçısının oğlunu Bakıya təzə gətirilmiş, qiyməti 500.000 AZN olan FERRARi Berlinetta F12-də görürük. Və bu dəfə də yeni maşın yeni nömrə ilə 10-OO-078.
Gördüyünüz kimi, İcra başçısının oğlu Ənvər hələ biz araşdırıb ortaya çıxartdığımız bu illər ərzində özünə 4 müxtəlif maşın alıb. Təkcə oğlu maşınlara xərclədiyi pul 1.350.000 (bir milyon üç yüz əlli min) manat edir və üstəgəl atasının 200.000 AZN-lik PORSCHE markalı şəxsi maşın. Ümumi 1.550.000 (bir milyon yarım) manat edir.
Və nəhayət 2017-ci ildə icra başçısının ailə üzvlərini biz yeni maşında görürük. Onlara məxsus olan qiyməti 360.000 AZN olan PORSCHE Cayenne Turbo markalı maşın.
Deməli Vəliyevin ailə üzvləri 3 il ərzində 3 ədəd yeni maşına 1.000.000 ( bir milyona yaxın) manat xərcləyiblər. Ata, oğul və ailə üzvlərinə məxsus olan maşın qarajının qiyməti 2.550.000 (iki milyon yarım) manat edir.
Görəsən, ölkədə bu qədər dövlət qurumları olduğu halda niyə bir nəfər də olsun maraqlanmır ki, Adil Vəliyev, səndə bu milyonlar haradandır ?
Bəlkə, atandan, babandan qalıb ?
Yox. Atan-baban, bir həsir, bir məmmədnəsir olub.
Bu pulların hamısını xalqdan oğurlamısan.
Və buna görə, cavab verəcəksən, icra başçısı dostların necə bu gün cavab verirlər, sən də eləcə. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:9-07-2021, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-07-2021, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16