Ağdamda ordumuza atəş açan Rusiya hərbçiləri olub - Tərlan Eyvazov
Hərbi ekspert Tərlan Eyvazovun Hafta.az əməkdaşıyla bu dəfəki söhbətində son həftələrdə Ermənistanla sərhəddə və iyulun 6-da Ağdam istiqamətində atəşkəsin pozulması, bir hərbçimizin yaralanmasıyla müşayiət olunan hadisələr, Rusiyanın Azərbaycanın Yuxarı Qarabağ torpaqlarındakı “sülhməramlı” adlı hərbi kontingentinin, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti təhlil edib, son Vətən savaşındakı qələbəmizdən sonra Qarabağda tör-töküntüləri qalan separatçı-terrorçu rejimin qondarma və qanunsuz “müdafiə ordusu”nun acınacaqlı durumundan, Ermənistandakı Qarabağ klanının son olaylara təsiri ehtimallarından və s. bəhs edilib.
-Tərlan bəy, üzərindən bir sutkaya yaxın vaxt ötməsinə rəğmən Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” bölməsində iyulun 6-da Ağdam rayonu ərazisində ermənilər tərəfindən atəşkəsin pozulması və bir hərbçimizin yaralanması haqda heç bir məlumat verilməyib. Rusiyanın Azərbaycan torpağındakı “sülhməramlı” adlanan kontingenti komandanlığının bəhs edilən insidentdən xəbərsiz olması mümkündürmü?
-Xeyr. Bu, qətiyyən mümkün deyil. Elə bir ciddi hadisə baş verdiyi halda Rusiya tərəfi bundan məlumatsız ola bilməz. Ortalıqda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də var... Amma Ağdamdakı insident barədə mən tamamilə fərqli fikirdəyəm. Əvvəla, bildiyiniz kimi, Ağdamdakı insidentdən öncə Erməni Silahlı Qüvvələri iyunun sonlarında 2 dəfə Tovuz, bir dəfə isə Kəlbəcər istiqamətindən atəşkəsi pozublar. Dünən günorta saatlarında Tovuz istiqamətində yenidən atəşkəsin pozulması haqda rəsmi məlumat verildi. Təəssüf ki, iyunun sonlarında Tovuz istiqamətində atəşkəsin pozulmasından sonra Azərbaycanın bəzi “bərkgedən” “politoloq” adlanan şərhçiləri sanki hansısa qüvvələrə yarınmaq məqsədilə bunu yanlış yozdular. Məlumdur ki, həmin istiqamətdə yerləşən Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri KTMT-nin keçmiş Baş katibi, Ermənistan Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general polkovnik Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturovdur. Və bizim şərhçilərin fikrincə, Xaçaturovun Paşinyan hakimiyyəti ilə problemləri olduğuna görə atəşkəsin pozulması insidentini o, təşkil edib. Ancaq mən elə Tovuzdakı olaydan dərhal sonra mediaya açıqlamamda söylədim ki, bu, Rusiyanın əməlləridir. Və bu, ilk növbədə yüksək səviyyəli Şuşa bəyannaməsinə olan cavabdır. Yəni bunlar öz əlacsız hikkələriylə Azərbaycan və Türkiyənin həmin uğurlu gedişinə qarşı nəsə etməyə çalışırlar. Moskva üzdə rəsmi Bakı və Ankara ilə əməkdaşlıqlarını edir, amma pərdə arxasında yenə də öz işini görür. Həmin insidentlərə münasibətdə Azərbaycan tərəfinin soyuqqanlı davranmasından yararlanan düşmənlər bu dəfə artıq Yuxarı Qarabağdan Ağdam istiqamətində yerləşən ordu hissələrimizə atəş açaraq bir hərbçimizi yaraladılar. Guya bunu da Qarabağdakı qanunsuz erməni silahlıları edib. Fəqət az-çox məlumatı olan biri kimi deyirəm ki, hazırda Qarabağdakı “müdafiə ordusu” adlanan qanunsuz qurumun tör-töküntüləri elə bir vəziyyətdədir ki, onların Azərbaycan ordusuna tərəf atəş açmağa marağı və halı da yoxdur. Bunu sizə tam məsuliyyətlə deyirəm. Birincisi, separatçı rejim heç postlara qoymağa erməni tapmır. Qanunsuz birləşmələrdə qalan azsaylı silahlılar isə həddindən artıq könülsüz xidmət edirlər. Xüsusilə də Şuşa bəyannaməsindən sonra Qarabağdakı ermənilər Azərbaycan və Türkiyənin bölgədə böyük güc sahibi olduqlarını və Azərbaycanın qalib ordusunun Yuxarı Qarabağın bir hissəsində və ətrafındakı real varlığını hiss edirlər. Odur ki, onların nəinki hərbi xidmət keçmək, Qarabağda qalması məsələsi artıq sual altındadır. Hesab edirəm ki, bu atəş pozuntusu yalnız və yalnız Rusiyanın sülh missiyası adı altında orada fəaliyyət göstərən hərbi kontingentinin işidir. Yəni Ağdamda ordumuza atəş açan elə Rusiya hərbçilərinin özü olub. Bu, Moskvanın əməlidir. Belə olaylar yaratmaqla Azərbaycan tərəfinə təzyiq göstərməyə çalışırlar və bununla həmçinin Rusiya ordusunun Qarabağdakı mövcudiyyətinin vacib olduğunu vurğulamağa çalışırlar. Amma onlar düşünmürlər ki, artıq 1990-cı illər deyil, indi müasir texnologiyalar vasitəsilə kimin harada nə iş gördüyü aydın şəkildə bilmək olur...
-Bəs Azərbaycan tərəfinin rəsmi informasiya verdiyi halda Rusiya MN ermənilərin atəşkəsi pozması haqda məlumat verməməklə tərəflərə nə demək istəyir?
-Əgər demirlərsə, buna izahat verməlidirlər ki, belə bir insident olub, yaxud olmayıb. Rusiya hərbçilərin məsul olduğu ərazidə Azərbaycan əsgəri yaralanıbsa, buna mütləq izahat verilməlidir...
-Bəlkə demək istəyirlər ki, biz heç bir tərəfi saymırıq və öz bildiyimiz kimi davranırıq?
- “Saymamaq” deməzdim. Sadəcə, Rusiya tərəfi atəşkəsin pozulmasına şərait yaratmaqla bayaq dediyim kimi, özünün Qarabağdakı mövcudiyyətini əsaslandırmağa çalışır. Çünki baş verən siyasi proseslər, Ermənistandakı seçkilərdə Qərbmeyilli Paşinyanın qalib gəlməsi, orada sülh tərəfdarlarının daha da çoxalması, eləcə də Azərbaycan-Türkiyə ittifaqını daha da gücləndirən Şuşa bəyannaməsi onu göstərir ki, 5 illik müddət tamam olandan sonra Rusiya qüvvələrinə burada ehtiyac qalmayacaq. Və Moskva bu prosesi indidən önləməkdən ötrü aranı qarışdırmaq, alovu şiddətləndirməyə çalışaraq belə bir görüntü yaratmağa səy göstərir ki, biz burada olmasaq, atəşkəs pozulacaq, qan su yerinə axacaq və s.
-Belə çıxır ki, Rusiya Qarabağdakı silahlı diversantları da bir növ özlərinin qarantı kimi saxlayır?
-Bəli... Eyni zamanda Ermənistana köçmüş ermənilərin Rusiya hərbi kontingentinin dəstəyi ilə Qarabağa qaytarılması – hamısı Moskvanın siyasətinin tərkib hissəsidir. Sual olunur ki, Rusiya hərbi kontingenti sülhməramlı kimi Qarabağdadırsa, o halda silahlı ermənilərə nə ehtiyac var. Əgər onlar varsa, onda siz nə gəzirsiz orada?..
-Yəqin ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamdakı insidentdən xəbər tutsa da və türk hərbçiləri Türkiyə tərəfini bu barədə məlumatlandırsa da, həmin Mərkəzin bu haqda ayrıca rəsmi məlumat verməyə səlahiyyəti yoxdur?
-Təbii ki, Monitorinq Mərkəzi yalnız müşahidəçi funksiyası daşıyır. Onların əlində hadisələrə hər hansı digər təsir göstərmə mexanizmi yoxdur...
-Ümumiyyətlə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin media ilə əməkdaşlıq etməsi, həmin qurumun mətbuat xidmətinin yaradılması və jurnalistlərə tez-tez Yuxarı Qarabağ və ya Ermənistanla sərhəddə yayılan ziddiyyətli qeyri-rəsmi məlumatları dəqiqləşdirmə imkanı verməsi mümkündürmü?
-Bəli, mən də razıyam ki, Qarabağda sülhməramlı missiya adıyla fəaliyyət göstərən Rusiya hərbi kontingentinin, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ictimaiyyətlə, o cümlədən media ilə kontaktları qaneedici deyil. Artıq fəaliyyətə başlamasından yarım ildən çox vaxt keçməsinə baxmayaraq biz hələ də bəhs edilən Mərkəzin mətbuatla hər hansı açıq bir kontaktını görməmişik. Bu da təbii ki, ictimaiyyətdə bir çox suallar yaradır. Çünki müasir dövrdə belə şeyləri gizli saxlamaq olmaz. Hazırda Yuxarı Qarabağın Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsində baş verən hər bir ciddi olay barədə ictimaiyyətə məlumat verilməlidir. Məlumat da verilməyəndə, təbii ki, bundan narazılıqlar doğur və müxtəlif şayiələr baş qaldırır...
Hər bir halda istər Azərbaycan-Ermənistan sərhədində, istərsə də keçmiş Dağlıq Qarabağın hələ də ermənilərin yaşadığı hissəsində sülh missiyasını üzərinə götürmüş Rusiya hərbi komandanlığı, eləcə də siyasi rəhbərliyi atəşkəsin pozulma hallarında günahkardır və buna görə tam məsuliyyət daşıyırlar.
-Siz deyirsiz ki, Ağdamda atəşkəsi Rusiya hərbçiləri özləri pozub. Axı onlar buna necə risk edə bilərlər? Ən azı, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də baş verənləri müşahidə edir..
- Rusiya hərbçilərinin bunu edə biləcəyinə inanıram... Yox, əgər özləri etməyibsə, onda zəhmət çəksinlər, atəşkəsin pozulması faktını qeydə alsınlar və günahkarları üzə çıxarsınlar. Yox edə bilmirlərsə, imkan versinlər özümüz edək... Öncə dediyim kimi, 10 Noyabr razılaşmasından sonrakı ilk aylarda Azərbaycan ordusu xeyli sayda erməni terrorçusunu öz gücünə tərksilah etməyə məcbur oldu. Bu ilin yazında isə sərhədin Zəngəzur-Sünik ərazisində Ermənistan ordusu yenə də atəşkəsi pozmağa başladı. O zaman bizimkilərə dedilər ki, erməni ordusunda hərc-mərclikdir, içkili-filan olublar, siz onlara atəşlə qarşılıq verməyin... Bunu da anladıq. Amma son həftələrdə artıq Tovuz, Kəlbəcər və ardınca Qarabağda - Ağdam istiqamətində atəşkəs ciddi şəkildə pozulmağa başlanıb. Artıq Azərbaycan tərəfdən yaralanan var. Özü də öz ərazisində, Qarabağda... Sabah da, Allah eləməmiş, şəhid olması xəbərini eşidəcəyik. Bunlarında da qarşısını almağa məsul olan slühməramlı adı daşıyan Rusiya hərbi kontingenti və onun komandanlığıdır...
Bütün bunlara rəğmən Azərbaycan tərəfi xoş məram göstərməkdə davam edir. Torpaqlarımızda hərbçi və mülki vətəndaşlarımıza qarşı təxribat və cinayət törətməklərinə rəğmən onlarla erməni hərbçisini azad edərək öz ölkələrinə yolladıq. Eləcə də həmin həbçilərin Azərbaycanda saxlanma şəraitlərini də nəzərə alsaq, Azərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəliklərin hamısını layiqincə yerinə yetirib və yetirir. Halbuki, ermənilərin bizə verdiyi mina xəritələri də onların öz etiraflarına görə, çox da dəqiq deyil. Odur ki, Ermənistan və ya digər ölkə, yaxud təşkilatların Azərbaycanı nədəsə günahlandırması doğru deyil. Digər tərəfdən, Ermənistan seçicisinin baş nazir olduğu dövrdə ölkəsi müharibədə məğlub olmasına rəğmən Paşinyana səs verməsi həmin ölkə ictimaiyyətinin artıq müharibədən bezdiyinin, sülh tərəfdarı olmasının göstəricisidir. Odur ki, Ermənistanla sərhəddə, yaxud Qarabağda baş verən hansısa insidentin bu ölkə daxilindəki hansısa müxalif qüvvələrin, Köçəryanın, Sərkisyanın üzərinə yıxılmasını real hesab etmirəm. Düşünürəm ki, artıq seçkilərdəki qələbəsindən sonra Paşinyan hakimiyyəti hər şeyə nəzarət edə bilir. Və belə nəticəyə gəlmək olur ki, cəbhə xətlərində baş verənlərdə Moskvanın barmağı var...
-Yəni deyirsiz ki, sərhəddə, yaxud Yuxarı Qarabağda atəşkəsin ermənilər tərəfindən Köçəryanın, Sərkisyanın lideri olduğu Qarabağ klanının ordudakı dayaqları vasitəsilə, amma Kremlin icazəsi ilə pozulması mümkün deyil...
-Bəli, fikrimcə, belə versiyaların heç bir əsası yoxdur. Seçkilərdə Qarabağ klanı nümayəndələrinə Ermənistanın çox hissəsi səs verməyərək onlara yerlərini bildirdi. İstər Ermənistanda, istərsə də Qarabağdakı ermənilər bizdən də yaxşı bilirlər ki, Köçəryanlar, Sərkisyanlar kimlərdir, hansı dairələrə xidmət edirlər. Onların məsələsi bitdi. Sadəcə, hazırda nə edirsə, Rusiya, Kreml edir...
-Necə hesab edirsiz, Ağdamdakı son insidentdən sonra Azərbaycan və Türkiyə torpağımızdakı Rusiya hərbi kontingentindən Yuxarı Qarabağdakı erməni silahlı birləşmələrini tərksilah etməsini daha açıq və ciddi şəkildə tələb edəcəkmi?
-Təbii ki, mütləq edəcək. Ola bilsin, biz bir müddət siyasi-diplomatik baxımdan bəzi şeyləri əyani şəkildə görməyək, bilməyək, amma bu addımlar atılacaq. Və bir müddət sonra da olsa, bu haqda informasiya veriləcək. Başqa cür mümkün deyil. Bu, elə-belə ötüşməyəcək. Çünki ölkə daxilindəki, öz torpağındakı düşmən qüvvələr tərəfindən hərbçisinin yaralanması bir dövlət üçün kifayət qədər ciddi hadisədir...
Paylaş:
Müəllif : Yazar
Tarix:9-07-2021, 13:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-07-2021, 13:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18