“İcra Hakimiyyətindən bir nəfər də olsa, bu qapını döymədi” - Şəhidin qardaşı
İkinci Qarabağ Müharibəsində ən çox şəhid vermiş şəhərlərdəndir Gəncə. Müharibədə həm sıravi vətəndaşları, həm də onlarla hərbçi itirib bu şəhər.
Ruslan Səlim oğlu Hümbətov da İkinci Qarabağ Müharibəsinin Gəncə şəhididir. O, 1987-ci ildə Göygöldə anadan olub. Azərbaycan Ordusunun giziri olan Ruslan Hümbətov, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Şəhidin qardaşı Tural Hümbətovun Bizimyol.info saytına verdiyi məlumata görə, Ruslan 2010-cu ildə ön cəbhədə könüllü xidmət etməyə başlayıb:
“O, 17 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 2010- cu ildə ön xəttdə hərbi xidmətə yollandı, həm də könüllü olaraq. Hərbi xidməti bitirdikdən sonra 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrə qəbulla bağlı keçirilən kursda 217 nəfər arasında 1-ci yer tutaraq xüsusi fərqlənməyə layiq görüldü. 2016-ci il aprel döyüşlərində göstərdiyi xidmətə görə medal və xüsusi fərmanla mükafatlandırılıb. 2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələr arasında keçirilən beynəlxalq yarışda Azərbaycanı təmsil edib və birinci yerə layiq görülüb. 2020-ci ildə gedən döyüşlərdə; Murov, Kəlbəcər, Füzuli, Suqovuşan, Qubadlı istiqəmətlərində döyüşüb. Eyni ilin oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.”
Qardaşı danışır ki, Ruslan hər ay əmək haqqının bir qismini hərbçi yoldaşları ilə xəstə insanlara və ehtiyacı olanlara sərf edirmiş.
“Çox fərqli ürəyiaçıq biri idi. Ancaq şəhid olanda onu yalnız YAP və YAŞAT Fondu yada saldı. İcra Hakimiyyətindən bir nəfər də olsa, bu qapını döymədi. Şükür olsun, heç nəyə ehtiyacımız yoxdur. Amma itkimiz var, biz Ruslanı itirmişik. Onu heç nə geri qaytara bilməz”.
R.Hümbətov evli idi. İki övladı qalıb.
Xatırladaq ki, şəhid Ruslan Hümbətov, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı, "İgidliyə görə" medalı, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. //yenisabah.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2021, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-07-2021, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti