İsgəndər Həmidov bu gün ölkəyə qayıdır - “O deyir ki, nə olursa olsun, vətənimdə olsun”
Türkiyədə müalicə alan sabiq daxili işlər naziri İsgəndər Həmidovun bu gün ölkəyə qayıdacağı gözlənilir. Bir neçə gün öncə onun yanında olan köməkçisinin feysbuqda paylaşdığı statusda qeyd edilib ki, sabiq nazir iyunun 8-də vətənində olacaq.
Hazırda İ.Həmidovun səhhəti düşərgə təmsilçilərinin diqqət mərkəzindədir. Eyni zamanda, iki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatının sabiq nazirin lideri olduğu qanadındakı durum da müzakirə predmetidir.
İ.Həmidovun qardaşı oğlu, Milli Fikir Mərkəzinin sədri, etatist.com internet qəzetininin təsisçisi Şəhriyar Məcidzadə əmisi üçün dönüş biletinin alındığını söylədi: “Danışığımıza əsasən deyə bilərəm ki, İsgəndər bəy ayın 8-də gələcək. Amma hansı saatda gələcəyini mənə deməyib. Mənə dedilər ki, bilet alınıb. Gələndə mənə saatını deyəcək ki, onu qarşılayım. Bir fövqəladə vəziyyət baş verməsə, yəni sağlamlığı ilə bağlı nəsə bir şey olmasa, mütləq gələcək.
Sonuncu dəfə onunla iyunun 5-də danışdım. İsgəndər bəyin xarakteri hər kəsə bəllidir. O deyir ki, nə olursa olsun, vətənimdə olsun. Səhhəti imkan versə də, verməsə də, o qayıdacaq. Bu düşüncədəyəm. Bu adamın bütün taleyi, həyatı ölkəsi ilə bağlıdır. Ondan çıxış edərək qayıdacağını düşünürəm”.
Gələcək Azərbaycan Partiyasının sədri, AXH-nin dönəm sədri Ağasif Şakiroğlu İ.Həmidovun gələcəyini təsdiqlədi: “Yaxınları 8-i saat 16:05-də Bakıya enəcəyini bildirir. Səhhətində irəliləyiş yoxdur. Ağrıları var. Hazırda da həkim nəzarətindədir. Ölkəyə də həkim nəzarətində gələcək”.
Dönəm sədri AXH-nin son durumundan da danışdı: “Hərəkatın fəaliyyətində heç bir durğunluq yoxdur. AXH əvvəl necə öz gücü ilə çalışıbsa, indi də elədir. Hər həftə stabil şəkildə toplantılarımız keçirilir. Hal-hazırda hərəkatın idarə heyətinin üzvü Yavər Mikayılov həbsdə qalıb. Ayın 20-də azadlığa buraxılacaq. Eyni zamanda, AXH-nin Sabunçu şöbəsinin sədr müavini, hərəkatın Ali Məclisinin üzvü Ramiz Səlimov həbs edilib. Son həbslərin AXH-nin fəaliyyətini zəiflətmədi, əksinə gücləndirdi. Təşkilatlanma, tutulanların müdafiəsi işləri davam edir. Kütləvi aksiyaların keçirilməsi ilə bağlı müzakirələr gedir. Həftənin birinci günü idarə heyətinin toplantısında prinsipal və konkret qərarların qəbul edilməsi gözlənilir”. \\musavat.com\\
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2019, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2019, 10:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39