reklam
Regionxeberlericom.az » Gündəm » Aldadılan tələbələr nə etməlidir? - "Qeyri-qanuni yolla diplom əldə etmək mümkün olmayacaq"

reklam

Aldadılan tələbələr nə etməlidir? - "Qeyri-qanuni yolla diplom əldə etmək mümkün olmayacaq"



“Tələbələrin məsuliyyətsizliyi ondan ibarətdir ki, ödəniş kiməsə nəğd şəkildə ödənilməli deyil”.

Yenicag.az xəbər verir ki, Aysel Aziz adlı şəxs tərəfindən Bakı Slavyan Universitetində Qiyabi və əlavə təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyeva ilə bağlı növbəti şikayət barədə məlumat verib. Onun sözlərinə görə, yaxın adamı Bakı Slavyan Universitetində təkrar ali təhsil alan zaman dekan təhsil haqqının çox qismini bank vasitəsilə ödətdirib, kiçik bir məbləği isə əlbəəl alaraq, universitetin mühasibatlığına özünün ödəyəcəyini bildirib. Tələbələr bu qayda ilə iki il ödəniş ediblər. Universitetdən məzun olduqda isə diplomun verilməsi zamanı problem yaşanıb. Belə ki, universitetdən tələbələrin əskik ödəmələrinin olduğu və bu ödənişlər ödənmədiyi təqdirdə diplom verilməyəcəyi bildirilib.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi saytımıza açıqlamasında qeyd edib ki, dələduzluqla üzləşən tələbələrin çıxış yolu vəziyyətlə bağlı universitet rəhbərliyinə, Təhsil Nazirliyinə və məhkəməyə müraciət etməkdir. Əks halda hansısa qeyri-qanuni yolla diplomlarını əldə etmək mümkün olmayacaq:

“Şikayətə əsasən Bakı Slavyan Universitetində Qiyabi və əlavə təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevanın dələduzluqla məşğul olduğunu söyləmək olar. Burada tələbələrin məsuliyyətsizliyi ondan ibarətdir ki, ödəniş kiməsə nəğd şəkildə ödənilməli deyildi. Yəni, ödəniş birbaşa edilməli və qəbz universitetin mühasibatlığına təqdim olunmalı idi. Hazırkı durumda ziyana uğrayan tələbələr universitet rəhbərliyinə ərizə ilə müraciət edə bilərlər. Ərizədə ödənişin edildiyi şəxsin adı da qeyd olunmalıdır. Daha sonra isə həmin şəxs barədə məhkəməyə müraciət edilə bilər. Bununla yanaşı, tələbələr diplomlarını əldə etmək üçün Təhsil Nazirliyinə müraciət etməlidir. Mövcud vəziyyətdə ödənilən vəsait nəğd şəkildə əldə olmadığına və tələbələrin təhsil haqqı tam olaraq ödənmədiyi üçün universitet haqlı olaraq diplomların verilməsində problem yaradır. Dürdanə Əliyeva ilə bağlı universitet də məhkəməyə müraciət ünvanlaya bilər”.


Paylaş:


Müəllif : Tarix:
13-07-2021, 10:46
Sikayət   


loading...
Загрузка...