Mübariz Mənsimovdan "Xəzər Lənkəran"dan əlini birdəfəlik çəkib - AÇIQLAMA
Artıq 5 ildi “Xəzər Lənkəran” fəaliyyətini dayandırıb.
Düzdü, bir müddət Lənkəran klubunun aşağı yaş qrupları AFFA-nın bayrağı altında keçirilən liqalarda çıxış etdilər. Ancaq rəhbərlik sonda uşaq komandalarını da maliyyələşdirməkdən imtina etdi və klub tam tarixin yaddaşına köçdü.
Bu azmış kimi, bugünlərdə əldə etdiymiz məlumata görə, “Xəzər Lənkəran”ın rayondakı bazası da satışa çıxarılıb. Mənbəmiz hətta bazaya artıq real alıcı tapıldığını da bildirdi. Onun sözlərinə inansaq, bugünlərdə ev dustaqlığından azad olunaraq azadlığa qovuşan Mübariz Mənsimov bazanı iranlı iş adamına 10 milyon manata satmağa razılaşıb.
Söylənilənlərə aydınlıq gətirmək üçün vaxtilə Lənkəran klubunun icraçı direktoru olan Höccət Hacıyevi aradıq. Onu da qeyd edək ki, Mübariz bəyin xalasıoğlu olan Höccət bəy bir ara baza və stadiona da rəhbərlik edib. Hacıyevin məsələyə reaksiyası belə oldu:
“Məni artıq “Xəzər Lənkəran”a heç nə bağlamır. Klub fəaliyyətini bir neçə ildi dayandırıb. Qeyd etdiyiniz baza əmlakın sahibi olan Mais Mənsimova məxsusdu. Bazanın satılıb-sıtılmadığını yalnız ondan öyrənə bilərsiz. Mən də ordan-burdan eşidirəm ki, baza satılır. Ancaq bununla bağlı heç bir yerdə nə məlumat var, nə də rəsmi xəbər. Ağızdan ağza ötürülən xəbərdi. Bazada heç kim çalışmır, bütün işçilərlə yollar ayrılıb”. //football-plus.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2021, 17:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2021, 17:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti